Sentyabr ayının əvvəlindən Elm və Təhsil Nazirliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi” və "Uşaq və yeniyetmə psixologiyasının əsasları" mövzusunda keçirilən ixtisasartırma təlimləri davam edir.
Psixologiya Elmi-Tədqiqat İnstitutundan verilən məlumata görə, təlimlər əyani aparılır və 30 akademik saatı əhatə edir.
Bildirilib ki, təlimlər bugünədək Bakı şəhəri, Samux, Göygöl, Astara, Goranboy, Göyçay, Masallı və Cəlilabad rayonlarında keçirilib.
Təlimin məqsədi təhsil sisteminin əsasını təşkil edən və təlim-tədris məsələlərinin həllində mühüm rol oynayan səmərəli müəllim-şagird-valideyn ünsiyyəti qurmaqla yüksək nəticələrin qazanılmasına nail olmaq və müəllimlərin psixoloji qiymətləndirmə alətlərindən istifadə etmək bacarıqlarını inkişaf etdirmək, onların bu sahədə peşə və ixtisas hazırlığını təkmilləşdirməkdir.
Qeyd edək ki, təlimlər müddətində müəllimlərə şagirdlərdə rast gəlinən müxtəlif problemlər və onların diaqnostikası ilə bağlı ümumi məlumat verilməsi, məktəbdə psixodiaqnostika işinin təşkili yollarının, psixoloji problemlərin psixodiaqnostikası üçün istifadə olunan anket, sorğu və obyektiv testlər, şagirdlərlə psixodiaqnostika işində adaptasiya olunmuş metodikalar, proyektiv metodikalar və onların tətbiqi qaydalarının öyrədilməsi nəzərdə tutulub.
“Azərbaycan”
Qış olsa da, pambıq yığımı davam edir
Ağstafada Hüseyn Arifin və Həmid Abbasın büstlərinin yerləşdiyi ərazi yenidən qurulub
Bayram günlərində Naftalana gələn turistlərin sayı artdı
Müəllim olmağımla qürur duyuram
Qeyri-neft məhsullarının ixracında davamlı artım var
Prezident Azərbaycan qazının Avropadakı istehlakçılarına çağırış etdi
Ermənistanın faşist prezidentlərinin qanlı əməlləri
İlham Əliyev Ermənistanı yeni reallıqlarla barışmağa çağırdı
Prezident Avropa Komissiyasına da sərt mesaj ünvanladı
Qərbin anti-Azərbaycan ritorikası faydasızdır
Azərbaycan Türkiyənin ən böyük xarici investorudur
"Xilaskarımız İlham Əliyev Şuşada hər gün bizə Zəfərin və Suverenliyin təntənəsini yaşadır"
Bir yanda dirçəliş, bir yanda dönüş
Praqmatik və düşünülmüş siyasət
“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında
“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB08 Yanvar 2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti01 Yanvar 2025
MƏN AZƏRBAYCANLIYAM!30 Dekabr 2024
Prezident İlham Əliyev qlobal enerji təhlükəsizliyinin təminatçısıdır29 Dekabr 2024
İnkişaf büdcəsi28 Dekabr 2024
Proseslər Prezidentin nəzarətindədir27 Dekabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!