09 Yanvar 2025 08:50
173
Təhsil
A- A+
Müəllim olmağımla qürur duyuram

Müəllim olmağımla qürur duyuram


Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizn öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". 

Ulu Öndər hesab edirdi ki, təhsilin səviyyəsini yüksəltmək üçün onun maddi-texniki bazası möhkəmləndirilməli, müəllimlərin maddi durumu yaxşılaşdırılmalıdır. Odur ki, Ümummilli Lider bu istiqamətdə əməli tədbirlər görür, konkret addımlar atırdı. Mən 1999-cu ildə orta məktəbi bitirərkən bizim 100 yaşlı məktəbimiz köhnə uçuq binada yerləşirdi. 2003-cü ildə isə doğma məktəbimizdə -Tərtər şəhər 1 saylı tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başlayanda artıq məktəbimiz üçün müasir üslubda yeni bina tikilmişdi. Əlbəttə, belə şərait həm müəllimlər, həm də şagirdlər üçün olduqca fərəhli idi. Beləcə, təhsilə qoyulan sərmayə, göstərilən qayğı və diqqət tezliklə nəticəsini verməyə başladı. Azərbaycanda savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc nəsil yetişdi.

Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölkədə təhsilin inkişafında böyük uğurlara imza atır. Hazırda həm dövlət hesabına, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın ən ucqar kəndlərində belə müasir standartlara cavab verən məktəb binaları tikilir. Müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi, onların öz üzərlərində daha ciddi işləməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu, zamanın tələbidir. Həyatımız sürətlə dəyişdiyi kimi, təhsilimiz də inkişaf etməli, yenilənməlidir. Bunu tədris etdiyim biologiya fənnində də görürəm. İndiki biologiya bir neçə il bundan əvvəl bildiyimiz fənn deyil, burada nə qədər yeniliklər baş verir. Fənlərin inteqrasiyası da çox sürətlə gedir. Əgər əvvəllər biologiyanı tədris etmək üçün yalnız bu fənnə aid dərslikdəki mövzuları bilməliydiksə, indi biologiya müəllimi riyaziyyata, digər elmlərə bələd olmadan şagirdlərinə mükəmməl bilik verə bilməz. Odur ki,  təhsil sahəsindəki islahatları vaxtı çatmış məsələ kimi qəbul edirik.

Prezident İlham Əliyev də vaxilə müəllim kimi fəaliyyət göstərmişdir. Prezident demişdir: "Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmirdim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım". Dövlətimizin başçısı müəllim əməyinə yükək qiymət verir:  "Bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri sayılan, xalqımızın intellektual potensialının formalaşmasında, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın inkişafında böyük xidmətləri olan müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti bu gün əldə etdiymiz uğurların əsasında durur".

"Yaxşı müəllim nə deməkdir?" sualına məşhur pedaqoq Vasili Suxomlinski belə cavab vermişdir: "O, ilk növbədə uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtı ilə uşaq olub".

Bu sözlərin doğruluğunu müəllim kimi fəaliyyət göstərdiyim müddətdə daim müşahidə etmişəm. Əksər hallarda şagirdlər bir insan kimi sevdikləri müəllimin fənninə daha çox maraq göstərirlər. Əsl pedaqoq üçün isə "yaxşı" və "pis" şagird anlayışı yoxdur. O, hər kəsə eyni münasibət bəsləyir, daha çox ehtiyacı olanlara qayğı və həssaslıq göstərir. 

Deyirlər ki, hər sinif xasiyyətinə, davranışına görə həmin sinfin rəhbərinə oxşayır. Bu, xüsusilə ibtidai siniflərdə daha çox özünü büruzə verir. Çılğın müəllimin sinfindəki uşaqlar dəcəl, təmkinli müəllimin şagirdləri sakit olurlar. Ona görə də elə bir insan tapmaq olmaz ki, ilk müəllimini xatırlamasın. Nəinki xatırlamasın, onun adı gələndə bütün ruhu oyanmasın.

Müəllim şəxsiyyət kimi həm şagirdlərə və valideynlərə, həm də bütövlükdə cəmiyyətə nümunə olmalıdır. Ona görə də xüsusən rayonlarımızda, kənd yerlərində müəllimlərimizə böyük ehtiramla yanaşılır, onların fikirləri, məsləhətləri ilə hesablaşırlar.

Bütün peşələrə böyük hörmətim var. Lakin müəllim olduğum üçün özümü xoşbəxt hiss edirəm. Müəllimlik dünyanın ən hörmətli peşələrindən biridir. Həkimi də, alimi də, mühəndisi də, baytarı da yetişdirən məhz müəllimdir. O, bu yolda ömrünü şam kimi əridərək cəmiyyətimizə savadlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar bəxş edir. Şagirdlərimin uğurları haqqında xəbərləri eşidəndə, uşaq kimi sevinirəm. Sanki illərin ağır yükü çiyinlərimdən götürülür. Pedaqoqun ən böyük mükafatı da elə budur - zəhmətinin bəhrəsini görmək və əlbəttə ki, unudulmamaq. Əgər illər sonra hansısa bir şagirdin səni əlamətdar günündə xatırlayıb təbrik edirsə, deməli, ömrün hədər keçməyib.

44 günlük Vətən müharibəsindəki Zəfərimizdə müəllimlərimizin xüsusi payı var. Məhz məktəbimizdə şagirdlərə aşılanan Vətən sevgisinin və ailə tərbiyəsinin nəticəsi kimi elə bir nəsil yetişdi ki, onlar torpaq uğrunda ölümün gözünə dik baxaraq canları, qanları bahasına ərazilərimizi işğaldan azad etdilər. Cəbhədə döyüşərək gənclərə nümunə göstərən müəllimlərimiz də az olmadı. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizin şəfa tapmasını arzulayıram.

Nəhayət, bu yazımı dünyanın fatehi Makedoniyalı İsgəndərin öz müəllimi Aristotel haqqında dediyi sözlərlə bitirirəm: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı". Gəlin bu yüksək qiymətə layiq olaq, əziz həmkarlar!


Gülnar ƏLİYEVA,

Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırıb

18:47
09 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:46
09 Yanvar

Ağdamda Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək  

18:45
09 Yanvar

Zelenski: Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir

17:20
09 Yanvar

AQTA sədri sahibkarları dinləyib

17:19
09 Yanvar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

17:09
09 Yanvar

Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

17:07
09 Yanvar

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib

16:21
09 Yanvar

Kaliforniyada meşə yanğınları məşhurların evlərini məhv edib

16:18
09 Yanvar

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

16:16
09 Yanvar

“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib  

15:59
09 Yanvar

Sorğu: Fransalıların böyük əksəriyyəti yeni hökumətdən narazıdır  

15:26
09 Yanvar

MOK-da əməkdaşlıq memorandumu imzalanıb

15:17
09 Yanvar

Vaqif Cavadov: Uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm

15:16
09 Yanvar

Peskov Ermənistana Aİİ-də iştirakın faydalarını xatırladıb

15:15
09 Yanvar

Ekranı şaquli uzanan ilk noutbuk nümayiş olunub

15:12
09 Yanvar

Papa Fransisk COP29-un əhəmiyyətindən danışıb

15:10
09 Yanvar

“Samsung” yeni məhsullarını təqdim etməyə hazırlaşır

14:56
09 Yanvar

Rumıniyada təkrar prezident seçkiləri may ayında keçiriləcək

14:55
09 Yanvar

Ermənistan hökuməti ehtiyatda olan hərbçiləri təlimlərə cəlb edir

14:47
09 Yanvar

Tibet zəlzələsindən sonra 1211 afterşok qeydə alınıb

14:37
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!