09 Yanvar 2025 08:05
136
SİYASƏT
A- A+
Bir yanda dirçəliş, bir yanda dönüş

Bir yanda dirçəliş, bir yanda dönüş


Yurda köç Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bərabər davam edir


Qarabağ adlı yurdumuzun 30 illik həsrəti 4 il əvvəl bitdi. Azərbaycanın hər tərəfinə səpələnmiş qarabağlılara verilmiş "məcburi köçkün" adına əbədi son qoyuldu. Şəhidlərin qanı, qazilərin yarası ilə qaytarılmış torpaqlarımızın üzünə gün doğdu. 

Böyük qayıdışın başlanması ilə torpağın sahibləri yurda dönməyə başladılar. Yurda qayıdışın təmin olunması üçün 2022-ci il noyabrın 16-da dövlət başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalaması  prosesin uğurla davam etdiyinin bu gün bariz  göstəricisidir.

Böyük qayıdış Azərbaycan üçün Zəfərdən sonrakı prioritet oldu. Öncə Qarabağ  və Şərqi Zəngəzur sürətlə abadlaşmağa və dirçəlməyə yön aldı. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bu dönüş  üçün bütün zəruri tədbirlər görüldü. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi,  əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi fəallığın təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası bunu təsdiq edir. 

Böyük qayıdışın ilk ünvanı, ilk qaranquşu olaraq Şərqi Zəngəzurun  Zəngilan rayonuna daxil olan Ağalı kənd sakinlərinin bir qrupu 2022-ci il iyulun 19-da köçürüldü. Bununla da işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinə yeni nəfəs, yeni həyat  gəldi, bölgənin havası dəyişdi. Prezident İlham Əliyevin şəxsi qayğısı və diqqəti nəticəsində sürətlə aparılan tikinti işlərinin vüsəti həmin  yaşayış məskənini "ağıllı kənd"ə çevirdi. Sakinlərin ixtiyarına yaşayış binaları ilə yanaşı ən zəruri iaşə obyektləti, məktəb və xəstəxana binaları verildi. Ağalı "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət", DOST, həmçinin Kiçik və Orta Biznesin inkişafı mərkəzləri təsis olundu. Həmin obyektlərdə işləmək üçün paytaxtdan gedən mütəxəssislər  bu gün həyatlarından çox razıdırlar. 200 evdən ibarət olan Ağalı heç bir beynəlxalq qurumun, xarici dövlətin yardımı olmadan  ölkəmizin öz hesabına tikilib başa çatdırılıb. Kəndin öz sakinlərindən ibarət 420 nəfərlik 86 ailə doğma ocaqlarına köçürülüb. 

Artıq dörd ildir ki, erməni faşistlərinin viran qoyduğu  digər yurd yerləri də yenidən tikilir, infrastrukturlar inşa olunur. Prosesin davamı olaraq kənd və qəsəbələr, şəhərlər  erməni quldurlarının pis izlərindən təmizlənir. Simasını dəyişmiş  yaşayış yerləri  vaxtilə köç etmiş övladlarına  qucaq açır, onları ahənrüba kimi yurda çəkir. Yurd yerlərinə dönmüş sakinlər ocaqlarını yandırır, yuvalarını isidirlər. Beləcə, yurda dönüş, yuvaya qayıdış öz sürətində davam edir. Amma bu sürəti bir qədər ləngidən  iki amili də gözardı etməyək. Bunlardan biri torpağa basdırılmış minalardır ki, onların da təmizlənməsi xeyli vaxt tələb edir. İkincisi isə,  Ermənistanın  silahlanması, revanşist qüvvələrin müharibə arzusunu reallaşdırmaq istəkləridir. Təbii ki, bu hərəkət Azərbaycan dövlətini düşündürməyə  bilməz. Ermənilərin atdığı  yaramaz addıma adekvat cavab vermək artıq qaçılmazdır. Bunu Prezident İlham Əliyev bu günlər yerli televiziya kanallarına verdiyi müsahibəsində xüsusi vurğulayıb: "Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə, əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara. Amma buna baxmayaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə". 

Bir gün olsun belə yenidənqurma, bərpa, abadlıq, tikinti işləri dayanmayan Qarabağ və Şərqi Zəngəzurun daha bir çox yaşayış məntəqəsinə köç karvanlarının yola düşməsi planlaşdırılıb. O şəhər və kəndlərin adları da artıq seçilib. Hazırda tikinti və yenidənqurma layihələri icra edilir. Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşacağıını bildirən Prezident qeyd olunan müsahibəsində işğaldan azad olunmuş ərazilərdə gedən tikinti işlərindən də söz açıb: "Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni orada həm idarəetmə, həm infrastruktur, həm də "yaşıl enerji" layihələri bütün ölkəni əhatə edəcək. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunel, körpü, elektrik stansiyası, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq".

Vaxt var idi Azərbaycanın icazəsi olmadan Qarabağ torpaqlarında  fəaliyyət göstərən xarici şirkətlər mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə iş görərək küllü miqdarda qazanc götürürdülər. Amma gün gəldi bu özbaşınalığa  son qoyuldu. Xaricilər işlərini yarı-yarımçıq qoyaraq  arxalarına baxmadan bölgədən qaçdılar. Azərbaycan dövləti  azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verdikdən sonra region nəhəng tikinti meydançasına çevrildi. Təkcə Azərbaycanın deyil, xarici dövlətlərin şirkətlərinin də fəaliyyət göstərdiyi bölgə dirçələrək nəfəs almağa başladı, dünyanın gözü qarşısında xarabalıqlıar cənnətə döndü. Məlum msahibədə "Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik" deyən Prezident  bu sözlərin davamı olaraq söyləyib: "Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Yəni bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var. Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırıb

18:47
09 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:46
09 Yanvar

Ağdamda Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək  

18:45
09 Yanvar

Zelenski: Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir

17:20
09 Yanvar

AQTA sədri sahibkarları dinləyib

17:19
09 Yanvar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

17:09
09 Yanvar

Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

17:07
09 Yanvar

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib

16:21
09 Yanvar

Kaliforniyada meşə yanğınları məşhurların evlərini məhv edib

16:18
09 Yanvar

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

16:16
09 Yanvar

“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib  

15:59
09 Yanvar

Sorğu: Fransalıların böyük əksəriyyəti yeni hökumətdən narazıdır  

15:26
09 Yanvar

MOK-da əməkdaşlıq memorandumu imzalanıb

15:17
09 Yanvar

Vaqif Cavadov: Uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm

15:16
09 Yanvar

Peskov Ermənistana Aİİ-də iştirakın faydalarını xatırladıb

15:15
09 Yanvar

Ekranı şaquli uzanan ilk noutbuk nümayiş olunub

15:12
09 Yanvar

Papa Fransisk COP29-un əhəmiyyətindən danışıb

15:10
09 Yanvar

“Samsung” yeni məhsullarını təqdim etməyə hazırlaşır

14:56
09 Yanvar

Rumıniyada təkrar prezident seçkiləri may ayında keçiriləcək

14:55
09 Yanvar

Ermənistan hökuməti ehtiyatda olan hərbçiləri təlimlərə cəlb edir

14:47
09 Yanvar

Tibet zəlzələsindən sonra 1211 afterşok qeydə alınıb

14:37
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!