09 Yanvar 2025 09:05
542
İQTİSADİYYAT
A- A+
Qış olsa da, pambıq yığımı davam edir

Qış olsa da, pambıq yığımı davam edir


Gecikmənin səbəbi nədir: yeni sortlar, yoxsa əlverişsiz hava


Ölkəmizin aran bölgələrinə yolu düşənlər yəqin ki, yolboyu ağ örpəyə bürünmüş sahələri görürlər. Amma bu "örpəy"in qara heç bir dəxli yoxdur. Ən azından o səbəbdən ki, qışın "oğlan çağı" olsa da, hələ bu ərazilərə qar yağmayıb.

Bəs sahələri ağ örpəyə bürüyən nədir? Nə qədər təəccüblü olsa da, pambıq. Ona görə də bu mənzərəni seyr edənləri ilk növbədə təəccüb hissi bürüyür. Sonra da öz-özlərinə sual verirlər: "Yanvar ayıdır, indiyə də pambıq yığımı qalar?"

Amma bu, reallıqdır. Elə isə pambıq yığımının bu qədər uzanmasının səbəbi nədir? Məsələ ilə əlaqədar mütəxəssislər, fermerlər, Dövlət Aqrar İnkişaf mərkəzlərinin məsul işçiləri, pambıq istehsalı və tədarükü ilə məşğul olan şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüşüb araşdırmalar apardıq. Onların əksəriyyəti bunu əsasən təbiətlə, pambığın vegetasiya dövründə havaların münasib keçməməsi ilə əlaqələndirdi. Biz də bu fikrə şərikik. Bilirik ki, kənd təsərrüfatı, əkin-biçin işləri əsasən təbiətlə əlaqədardır. Atalar demişkən: "Yağmadı yağış, bitmədi qamış". Problemlə bağlı dünya ölkələri də narahatdır. Təsadüfi deyil ki, keçən ilin noyabr ayında BMT-nin Bakıda keçirdiyi COP29 bununla bağlı bir çox məsələlərə aydınlıq gətirdi, ölkələrə, xalqlara çağırış etdi. 

Keçən ilin aprel ayı pambıqçılar üçün aldadıcı oldu. Əvvəl havalar xoş keçdi. Pambıqçı fermerlərin çoxu bundan istifadə edərək qısa vaxtda çiyid səpinini apardılar. Sevindilər ki, arağaş ("nübar") məhsul yetişəcək və payızda yağışlar düşməmiş pambığı yığıb müqavilə bağladıqları şirkətə təhvil verəcəklər. Lakin may ayında havaların birdən-birə soyuması pambıqçılar üçün problemlər yaratdı. Belə ki, cücərib torpaqdan baş qaldıran körpə bitkilər müəyyən müddət inkişafdan qaldı. Eyni zamanda bitkilər arasında "mənənə", "trips" kimi xəstəliklər yayıldı. Mülkiyyətçilər həmin sahələri dərmanlamalı oldular. Bəziləri də məcbur olub təkrar səpin apardılar. Bütün bunlar vegetasiya dövrünün uzanmasına gətirib çıxardı. 

Mütəxəssislərin arasında yığım vaxtının gecikmə səbəbini çiyid sortları ilə bağlayanlar da oldu. Şirkətlərin fermerlərə əkmək üçün verdikləri çiyid toxumu əsasən qardaş Türkiyədən gətirilir. Bunlar "Bəyaz altun", "Laker", "Lodos", "Kristina", "Karla" və digər sortlardır. Həmin sortlar günəşdən vegetasiya dövründə, yəni 155-160 gün ərzində ümumilikdə 4 min 600 - 4 min 800 dərəcə istilik toplamalıdırlar. Göründüyü kimi, söhbət yenə havaların necə keçməsindən asılıdır. Bir neçə il əvvəl seçmə üsulla əl ilə yığım avqustun sonları-sentyabrın əvvəllərində başlanılardı. İnişil və keçən il isə bu, xeyli gecikdi. Maşınlarla yığılacaq sahələrin defaliyasiyasına sentyabrın 20-dən sonra start verildi. Havaların yağmurlu keçməsi bu dəfə yığıma mane oldu. Təzə səpilən yarpaqtökən dərmanlar yağış suyu ilə yuyulub getdiyindən mülkiyyətçilər həmin tədbiri təkrar gördülər. Bütün bu təkrar görülən işlərin məhsulun mayadəyərinə hansı təsiri göstərməsini şərh etməyə, bizcə, ehtiyac yoxdur. 

Pambıq əkib-becərən bir çox fermer, sahibkar yerli pambıq sortları toxumlarının əldə edilməsində çətinlik çəkdiyini söyləyir. Mütəxəssis fikirlərini əsas götürərək onlar yerli pambıq sortlarının xaricdən alınanlarla müqayisədə  ay yarım tez, yəni 110-120 günə yetişdiyini bildirirlər. Belə olan halda öz seleksiyaçılarımızın aldıqları, həm də iqlim şəraitinə uyğun toxumlardan niyə istifadə edilməsin? Bu sualın cavabı dərindən təhlil olunmalıdır. 

Yeri gəlmişkən, qeyd edək ki, xaricdən toxum gətirib sahibkarlara baha qiymətə - bir kiloqramı 6 manata satan şirkətlər, ayrı-ayrı iş adamları bundan yaxşı qazanc əldə edirlər. Digər bir məsələ isə odur ki, həmin sortların əkilib-becərilməsi ilə bağlı mülkiyyətçilər, fermerlər lazımi qədər maarifləndirilmirlər. Fermerlərdən birinin dediyinə görə, o, "Lodos" sortunu əkibmiş. Həmin sortun suya tələbatı az olduğundan ona "səhra sortu" da deyilir. Vegetasiya dövründə onu cəmi bir dəfə suvarmaq tələb olunur. Artıq suvarılanda  və ya yağışlar çox düşdükdə bitkilər kükrəyib qalxır, dayanmadan inkişaf edir. Bütün gücünü boya verdiyindən məhsulu da olmur. 

Uzun illərdən bəri ölkəmizdə belə bir qabaqcıl ənənə var: yazın sonu, yayın əvvəllərində arpanı biçib yerində dərhal pambıq əkənlər olur və iqlim şəraiti, torpağın vəziyyəti, üstəgəl, zəhmətkeş pambıqçıların səyi bir ildə iki dəfə məhsul götürməyə imkan verir. Lakin görünən odur ki, son illərin iqlim anomaliyaları buna imkan vermədiyi üçün yığımı gecikən sahələrin bir hissəsi də bu cür əkinlərin payına düşür. 

Deyilən səbəblərdən yanvar ayı olmasına baxmayaraq, pambıq yığımı davam edir. Hazırda Salyan rayonu üzrə 100 hektara yaxın sahənin birinci yığımı qalır. Bu isə həm növbəli əkin aparmağa mane olur, həm də taxıl əkinini gecikdirir. Məlumdur ki, pambıq yığımı başa çatandan sonra yerinə taxıl əkilir. Növbəli əkin torpaqların saflaşması, yüksək məhsuldarlıq üçün başlıca şərtdir. 

Amma bütün günahı sortların üzərinə atmaq da düz olmazdı. Pambığın gec yetişməsinə və az məhsuldar olmasına təsir edən başlıca səbəblərdən biri də ona lazımi səviyyədə aqrotexniki qulluq göstərilməməsidir. Neftçala rayonu üzrə 2024-cü ildə 8 min 59 hektara çiyid səpilib. İndiyə kimi 26 min tondan çox pambıq yığılıb. Hər hektarın məhsuldarlığı 32,37 sentnerdir. Rayonda 5 şirkət pambıq istehsalı və tədarükü ilə məşğul olur. "P-Aqro" şirkəti, "MKT-İK" MMC-nin yerli filialları üzrə məhsuldarlıq 36-37 sentner olduğu halda, "Paşabası" təsərrüfatı üzrə cəmi 5 sentner olmuşdur. Salyan rayonunda da vəziyyət buna bənzərdir. Keçən il 10 min 63 hektara çiyid səpilmişdir. İndiyədək həmin sahələrdən 28 min 752 ton pambıq yığılmışdır. Hər hektarın məhsuldarlığı 28,6 sentnerdir ki, bu da əvvəlki illərdəkindən xeyli azdır. Səbəb isə "Salyan Aqroparkı"nın ekstensiv əkinçilik metoduna üstünlük verməsidir. Bir neçə il əvvəl yaradılan bu təsərrüfat öhdəsində olan dövlət fondu torpaqlarından səmərəli istifadə etmək əvəzinə, hektar dalınca qaçır. Becərmə vaxtı isə işin öhdəsindən gələ bilmir. Nəticədə sahələrdən istənilən məhsulu almaq olmur. Rayonda fəaliyyət göstərən "MKT-İK" MMC-nin və "P-Aqro" şirkətinin filialları hər hektardan 35 sentner pambıq götürdükləri halda, "Salyan Aqroparkı" üzrə bu göstərici 18 sentnerdir. 

Göründüyü kimi, daha çox diqqət və qayğı tələb edən pambıq bitkisinə lazımi qulluq göstərməyəndə bitkilər həm az, həm də gec məhsul verir. Ümumiyyətlə, pambıqçılığın problemlərinin əsaslı şəkildə təhlil olunub həll edilməsinə ciddi ehtiyac var.


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!