16 Dekabr 2025 14:09
311
CƏMİYYƏT
A- A+
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  


Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən təşkil edilən “Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası” mövzusuna həsr olunmuş XI Qlobal Forumun açılış mərasimi keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində əvvəlcə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Migel Anhel Moratinos, İspaniyanın inklüzivlik, sosial təhlükəsizlik və miqrasiya naziri Elma Saiz Delqado, Tükiyənin keçmiş Baş naziri, Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın çıxışları dinlənilib.

Forumda Azərbaycanı mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov və QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə təmsil ediblər.

Tədbir çərçivəsində, həmçinin iclaslar, plenar sessiyalar və bir sıra görüşlər keçirilib.

DQİDK-nın sədri Ramin Məmmədov BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun Yüksəksəviyyəli iclasında iştirak edib.

Şeyxülislam Allahşükür Paşazadə isə İordaniya şahzadəsi Rim Alinin moderatorluq etdiyi "Bəşəriyyətə İnam: Dinlərarası Dialoq Sülh və Bir Bəşəriyyət yoluna aparan körpüdür" adlı plenar sessiyada çıxış edib. QMİ sədri forum iştirakçılarına Prezident İlham Əliyevin salamlarını çatdıraraq, BMT Sivilizasiyalar Alyansının qlobal problemlərin həllində mühüm beynəlxalq platforma olduğunu vurğulayıb. O, Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq modelinə əsaslanan əməkdaşlığının Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları çərçivəsində uğurla davam etdiyini bildirib. Şeyxülislam Azərbaycanın Alyansın VII Qlobal Forumuna ev sahibliyini, eləcə də Qarabağda dini-mənəvi irsin bərpası və ölkəmizin qlobal sülh təşəbbüslərində fəal rolunu qeyd edib.

Sessiyada İCESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Ekumenik kilsənin baş Mitropoliti Emanuil Adamakis, KAİSİD Beynəlxalq Dialoq Mərkəzinin baş katib əvəzi Antonio Almeyda Ribeyro və başqaları da çıxış ediblər.

QMİ sədrinin Forum çərçivəsində, həmçinin Səudiyyə Ərəbistanı Krallığı xarici işlər nazirinin müavini Vəlid Əlxreyci, BMT Baş Katibinin müavini Migel Anhel Moratinos, İCESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Ekumenik kilsənin baş Mitropoliti Emanuil Adamakis, Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin rəhbəri Firdaus Abdulxalikov ilə ikitərəfli görüşləri olub. Görüşlərdə əməkdaşlıqların səviyyəsindən məmnunluq ifadə edilib, qarşıdakı fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!