16 Dekabr 2025 13:11
301
CƏMİYYƏT
A- A+
Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  


Avroasiya məkanında son illərdə müşahidə olunan geosiyasi proseslər fonunda türkdilli dövlətlərin yeni siyasi-iqtisadi birlik kimi yüksəlişi qlobal gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Əgər əvvəlki dövrlərdə türk ölkələri arasında əlaqələr parçalanmış şəkildə idi isə, bu gün artıq institusional əsaslara malik vahid əməkdaşlıq sistemi formalaşıb. Türk Dövlətləri Təşkilatının fəallığı, çoxtərəfli təşəbbüslərin genişlənməsi və enerji, logistika, yaşıl iqtisadiyyat sahələrində reallaşan layihələr türk dövlətlərini müasir dövrdə yüksələn “türk sivilizasiyası” modeli kimi önə çıxarır.

Bunu AZƏRTAC-a açıqlamasında özbək politoloq İslamxon Qafarov bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin inteqrasiyası artıq dünya siyasətində yeni sivilizasion xətt formalaşdırır: “Əgər Samuel Hantinqton öz məşhur əsərində dünya sivilizasiyalarının yüksəlişi barədə danışırdısa, bu gün türk dövlətləri birliyi artıq müasir dövrdə yeni, vahid sivilizasiya modeli kimi özünü təsdiqləyib. Bu, Hantinqtonun proqnozlarından kənar formalaşan yeni geopolitik reallıqdır”.

İslamxon Qafarov qeyd edib ki, Türk Dövlətləri Təşkilatı iqtisadi, sosial və ekoloji sahələrdə dayanıqlı inkişaf prioritetlərini müəyyənləşdirərək enerji təhlükəsizliyini əsas strateji xətt kimi götürüb. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri bu prosesin aparıcı qütbləridir.

Ekspert əlavə edib ki, 2024-cü ilin dekabrında Azərbaycan, Qazaxıstan və Özbəkistanın Avropaya yaşıl enerjinin ixracı ilə bağlı imzaladıqları mühüm saziş türk dövlətlərinin qlobal enerji xəritəsində rolunu əhəmiyyətli dərəcədə artırıb: “Proqnozlara əsasən, təkcə Özbəkistan 2030-cu ilədək Avropaya 10–15 milyard kilovat-saat təmiz enerji göndərə bilər. Bu, türk dövlətlərini Çin və Avropa arasında yaşıl enerji tranzitinin əsas qovşağına çevirir”.

Politoloq bildirib ki, Çin–Qırğızıstan–Özbəkistan–Qazaxıstan–Türkmənistan–Azərbaycan–Türkiyə xətti Avropa İttifaqına qədər uzanan yeni strateji enerji dəhlizi yaradır.

“Özbəkistanın Buxara, Nəvai, Xorəzm və Qaraqalpaq bölgələri güclü günəş və külək enerjisi potensialına malikdir. Ölkə təkcə daxili tələbatı təmin etmək deyil, həm də regionlara və qitələrə enerji ixrac etmək imkanına sahibdir. Qırğızıstan və Tacikistan hidroenerji resursları, Türkmənistan isə TAPİ layihəsi çərçivəsində tranzit gücü ilə seçilir”.

İslamxon Qafarov bildirib ki, türk dövlətləri çoxvektorlu diplomatiya yürüdərək eyni anda Çin, Rusiya, Avropa, Cənubi Asiya və Yaxın Şərq istiqamətləri üzrə balanslaşdırılmış siyasət həyata keçirir:

“Yaşıl enerji dəhlizlərinin inkişafı türk dövlətlərinə müxtəlif geosiyasi mərkəzlərlə praqmatik əməkdaşlıq imkanı yaradır. Bu, onların beynəlxalq sistemdə çəkisini artırır və tranzit rolunu daha da möhkəmləndirir”.

Ekspertin sözlərinə görə, yaşıl iqtisadiyyatın qlobal trendə çevrildiyi bir dövrdə türk dövlətlərinin əlverişli coğrafi mövqeləri onları Avroasiya məkanında enerji axınlarının həlledici bağlayıcı halqasına çevirir: “Dünya yaşıl enerjiyə keçidi sürətləndirir və böyük enerji axınlarının əsas bağlayıcısı məhz türk dövlətləri olacaq”.

Sonda İslamxon Qafarov qeyd edib ki, enerji əməkdaşlığının dərinləşməsi Türk Dövlətləri Təşkilatının regional və qlobal nüfuzunu artıraraq onun Avroasiyanın geosiyasi arxitekturasında uzunmüddətli strateji mövqeyini möhkəmləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!