13 Sentyabr 2024 08:20
364
SİYASƏT
A- A+
İrəvan sülh prosesini pozmaq üçün riyakarlıq edir

İrəvan sülh prosesini pozmaq üçün riyakarlıq edir

 

Son günlər mütəmadi olaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən  ordumuzun mövqelərinin atəşə tutulması, paralel olaraq baş nazir Nikol Paşinyanın "sülh sazişi" layihəsi, eyni zamanda 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla bağlı riyakar açıqlamalar verməsi də sübut edir ki, İrəvanın niyyəti barış deyil. 
Ötən müddətdə Nikol Paşinyan üçtərəfli görüşlər zamanı "Qarabağ Azərbaycandır" həqiqətini etiraf etməsinə baxmayaraq, Fransadan aldığı siyasi, hərbi dəstəkdən ürəklənərək sülh prosesinə zərbə vurmağa çalışıb. Elə sentyabrın 10-da "Yerevan Dialoqu" adlı forumda çıxışı zamanı Azərbaycana qarşı reallıqların açıq-aşkar təhrif olunduğu iddialar səsləndirməsi də erməni baş nazirin çirkin məqsədlərini ortaya qoyur. 

 

Ermənistan ərazi iddialarına son qoymalıdır

 

N.Paşinyanın "sülh sazişi" layihəsinin razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması ilə bağlı çağırışı İrəvanın məkrli planının tərkib hissəsidir. İlk növbədə Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir. Çünki Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bununla bağlı rəsmi Bakı qətiyyətlə bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır. Lakin İrəvan müxtəlif bəhanələr gətirərək Konstitusiyasında dəyişiklik etməkdən yayınır və bu riyakarlıqla gələcəkdə yenidən Azərbaycana qarşı ərazi iddiasına başlamaq üçün ehtiyat variant saxlamaq niyyətini güdür. 
Sözügedən məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi şərhdə də xatırladılır ki, Ermənistan tərəfinin "sülh sazişi" layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
O da qeyd olunub ki, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tamamilə əsassızdır. 

 

Azərbaycan sülhdə qərarlıdır

 

Azərbaycan tərəfinin sülhlə bağlı qərarlı mövqeyi bu istiqamətdə müəyyən irəliləyişlərin əldə olunmasına birbaşa imkan yaradır. Onu da qeyd edək ki, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası işinə start verilməsi, eyni zamanda bu ilin ilk aylarından etibarən bir neçə dəfə Ermənistan və Azərbaycan rəsmilərinin ikitərəfli danışıqlar aparması tezliklə sülh müqaviləsinin bağlanacağı ilə bağlı fikir formalaşdırmışdı. Amma Cənubi Qafqazda hadisələrin barış məcrasında inkişafı nə bölgədə gözləri olan qərəzli Qərb təsisatlarını, nə də Azərbaycana qarşı ərazi iddiası güdən Ermənistanı qane edir. Buna görə də əllərindən gələn hər cür çirkinliyi, riyakarlığı edirlər ki, sülhə mane olsunlar. 
Regionda davamlı sülhə bu qədər yaxınlaşıldığı bir məqamda Ermənistan rəsmilərinin ortaya atdığı və heç bir hüquqi əsası olmayan absurd iddialarından biri də guya  Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlıdır. Lakin Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiasının mövcud olmaması gün kimi ortadadır. Sözügedən forumda Paşinyanın Almatı Bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə fikirlərində təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini 30 il müddətində işğal altında saxladığı faktını dilə gətirməməsi isə əsl erməni xislətinin göstəricisidir. 
1980-ci illərin sonlarından etibarən bir milyondan çox azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb, yurdundan didərgin salınıb. Bu faktları görməzdən gələn Ermənistan baş nazirinin Qarabağı könüllü şəkildə tərk edən ermənilərin guya etnik təmizləməyə məruz qalması barədə böhtan xarakterli fikirlər səsləndirməsi isə həyasızlıqdan başqa bir şey deyil. 
Gətirdiyimiz bu nümunələr bir daha göstərir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. O cümlədən hazırda İrəvanın çalışdığı odur ki, sülh sazişinə imza atsa belə gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürmək üçün özünə əlyeri qoysun. Amma Ermənistan unudur ki, havadarlarına güvənərək sülhdən yayınması, müharibəyə hazırlaşması, necə deyərlər, odla oynaması ona baha başa gələ bilər. Buna görə nə qədər ki, gec deyil, riyakarlığı bir kənara qoyaraq tarixə, beynəlxalq hüquqa dayanan gerçəkləri qəbul etməli və sülh müqaviləsinin tezliklə imzalanmasına can atmalıdır. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!