23 Aprel 2026 08:05
176
İQTİSADİYYAT
A- A+
İqtisadi əlaqələr məsafə tanımır

İqtisadi əlaqələr məsafə tanımır


Azərbaycanla Latviya arasında əməkdaşlıq ən müxtəlif sahələri əhatə edir


Azərbaycan-Latviya əlaqələrinin getdikcə genişlənməsi iqtisadi əməkdaşlıqda da özünü göstərir. Doqquz il əvvəl iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlığın Qurulmasina dair Birgə Bəyannamə ikitərəfli münasibətlərin dərinləşməsi üçün möhkəm baza rolunu oynadığı kimi, iqtisadi ticarət tərəfdaşlığının inkişafına da təkan verir. 

Keçən il və bu ilin əvvəlindən qarşılıqlı ticarət dövriyyəsinin həcminin artması da bunu təsdiqləyir. Eyni zamanda sözügedən istiqamətdə daha yüksək nəticələrə nail olmaq üçün imkan və perspektivlər böyükdür. Müvafiq qurumların nümayəndə heyətlərinin qarşılıqlı səfər və görüşləri də məhz bu məqsədi daşıyır. Elə bu yaxınlarda Şuşa şəhərində keçirilən Azərbaycanla Latviya arasında İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasını xatırlayaq. 

Əvvəla qeyd edək ki, tədbirin məhz Şuşada keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu bir daha göstərdi  ki, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işlərində digər tərəfdaş ölkələr kimi, Latviyanın da təcrübələrindən istifadə edilə bilər. Təsadüfi deyil ki, həmin tədbirdə kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırlatmış və latviyalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə çağırmışdır.

Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Armands Krauze də öz növbəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə Azərbaycan tərəfini bir daha təbrik etmişdir. O, həmçinin iclasın bizim üçün xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərində keçirilməsindən və özünün də burada olmağından məmnun qaldığını demişdir.

Ümumiyyətlə, Latviya daim Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bəyan edir. Azərbaycanın mühüm iqtisadi tərəfdaş olduğunu bu ölkədə yaxşı bilirlər. Ona görə də Latviya Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraqlıdır. 

Armands Krauzenin Azərbaycanın istehsal etdiyi məhsulların Avropa bazarına çıxışına kömək etməyə hazır olduqlarını diqqətə çatdırması da bundan qaynaqlanır. Şuşada komissiyanın latviyalı həmsədri işgüzar əlaqələrin gücləndirilməsi və birgə təşəbbüslərin dəstəklənməsi üçün effektiv platforma kimi Latviya-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasının vacib olduğunu da vurğulamışdır.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəflənir. Eləcə də investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, şəhərsalma, tikinti, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək nəzərdə tutulur. Bu məsələlər birgə komissiyanın 9-cu iclasının yekunlarına dair təsdiqlənmiş protokolda da öz əksini tapmışdır. Sənəddə həmçinin ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti bildirilmişdir.

Komissiya öz fəaliyyətini davam etdirir. Belə ki, tərəflər 10-cu iclasın gələn il Riqada keçirilməsi barədə razılığa gəlmişlər. Bu isə o deməkdir ki, Azərbaycan-Latviya iqtisadi əməkdaşlığının davamlı olacağına hər iki tərəf maraqlıdır. 

Qeyd edildiyi kimi, bu iqtisadi əməkdaşlığın inkişaf sahələri genişdir. Təsadüfi deyil ki, Latviyanın kənd təsərrüfatı naziri Azərbaycanda olarkən iqtisadiyyat naziri Mikayıl Cabbarovla da görüşmüşdür. Görüşdə Azərbaycanın Latviya ilə iqtisadi əlaqələrinin genişləndirilməsinə önəm verildiyi bir daha nəzərə çatdırılmışdır. 

Ölkəmizdə bu əlaqələrin inkişafı üçün əlverişli fürsətlər yaradılıb. Müxtəlif istiqamətlərdə, o cümlədən birgə müəssisələrin yaradılmasında, tranzit daşımalarda, turizm və bir sıra digər sahələrdə işbirliyinin möhkəmləndirilməsi üçün geniş perspektivlər var. Məhz bu reallıqdan çıxış edərək hər iki tərəf istər ticarət, istərsə də investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını yüksək dəyərləndirirlər.

Şübhəsiz ki, Latviyanın Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri, dövlətimizin başçısı İlham Əliyevlə görüşləri iqtisadi qurumların bir-biri ilə daha sıx əlaqə qurmasına yeni bir təkan verəcək. Bu da Azərbaycan-Latviya iqtisadi əməkdaşlığındakı hədəflərə doğru növbəti addımlar olacaq. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

Reallıq, yoxsa revanşizm 

08:30
23 Aprel

Vətənin bütövlük günü

08:25
23 Aprel

Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi

08:20
23 Aprel

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

08:15
23 Aprel

Silahsız müharibə

08:10
23 Aprel

İqtisadi əlaqələr məsafə tanımır

08:05
23 Aprel

Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 

08:00
23 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Baş Ofisinə struktur idarələrinə tələb olunan yuyucu vasitələrin satın alınması məqsədilə açıq tender elan edir

02:14
23 Aprel

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

02:13
23 Aprel

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb  

23:58
22 Aprel

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

22:47
22 Aprel

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

22:45
22 Aprel

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

22:08
22 Aprel

ABŞ Prezidenti İrana təşəkkür edib

21:59
22 Aprel

Prezident İlham Əliyevin sosial media hesabında Prezident Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

21:49
22 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər  

21:42
22 Aprel

Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

21:27
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!