23 Aprel 2026 08:20
229
SİYASƏT
A- A+
Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi

Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi


Avropa İttifaqı Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları bərpa etmək istəyir


Avropa İttifaqı geosiyasi dəyişikliklər və enerji böhranları fonunda Cənubi Qafqaza baxışını yenidən formalaşdırır. Yeni strateji yanaşmada Azərbaycan etibarlı enerji qapısı və mühüm logistik qovşaq kimi Brüsselin maraq dairəsinin mərkəzində dayanır. Lüksemburqda keçirilən Avropa İittifaqı (Aİ) xarici işlər nazirlərinin görüşündən sonra Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycanla bağlı verdiyi açıqlamada bu qurumla ölkəmiz arasında münasibətlərin dərin hüquqi və siyasi müstəvidə inkişaf etdiriləcəyinin rəsmi anonsu səsləndirildi.

Bakı ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunan Aİ rəsmisi Avropanın regiondakı gələcək təhlükəsizlik və tərəfdaşlıq arxitekturasının Azərbaycanın iştirakı olmadan qeyri-mümkün olduğunu bir daha təsdiqləyib. O bildirib ki, tərəflər arasında energetika və ticarət sahəsində əlaqələrin gücləndirilməsi prioritet məsələdir: "Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşı olub və belə də qalır".

Kallas yaxın vaxtlarda Azərbaycanla yeni ikitərəfli saziş üzrə danışıqların bərpa olunacağını deyib: "Biz əlaqələrimizi dərinləşdirmək istəyirik və tezliklə əməkdaşlıq haqqında yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edəcəyik. Biz, həmçinin Azərbaycanla münasibətlər baxımından daha nələr edə biləcəyimizi müzakirə etdik. Energetika və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlər üzrə daha çox işləməli və əlaqələri gücləndirməliyik". 

Son dönəmdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin yeni və daha dinamik mərhələsi yaşanır. Kaya Kallasın Azərbaycanı strateji əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi xarakterizə etməsi rəsmi Bakının Avropanın enerji təhlükəsizliyindəki rolunun Brüssel tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Xüsusilə geosiyasi gərginliklərin artdığı bir dövrdə Azərbaycanın enerji resursları Aİ üçün alternativsizlik dərəcəsində önəm kəsb edir. 

Kallasın vurğuladığı kimi, Azərbaycan-Aİ əməkdaşlığının onurğa sütununu energetika və ticarət təşkil edir. Lakin əlaqələrin dərinləşməsi sayəsində bərpaolunan enerji sahəsində də tərəfdaşlıq inkişaf edəcək, ticarət yolları şaxələnəcək. Bu bəyanat da Aİ-nin Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşı olan Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətini təsdiqləyir. 

Diqqətçəkən məqamlardan biri yeni ikitərəfli saziş üzrə danışıqların bərpa ediləcəyinin anonsudur. Kallasın açıqlaması Azərbaycan-Aİ münasibətlərində uzun müddətdir gözlənilən Strateji Tərəfdaşlıq haqqında yeni sazişin tamamlanması istiqamətində ciddi bir siyasi mesajdır. Yeni saziş iqtisadiyyatdan tutmuş texnoloji mübadiləyə qədər bir çox sahəni əhatə edəcək ki, bu da tərəflər arasında əlaqələrin daha geniş hüquqi və siyasi müstəviyə keçəcəyinə dəlalət edir. 

Hazırda Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Odur ki, otuz il əvvəl imzalanmış bu sənəd müasir geosiyasi reallıqları, iqtisadi miqyası və enerji əlaqələrini tam əks etdirmir. Yeni saziş bu boşluğu dolduracaq. Kallasın ali nümayəndə qismində bu mövzunu gündəmə gətirməsi Brüsselin Bakı ilə münasibətləri praqmatik və institusional səviyyəyə qaldırmaq istəyini büruzə verir. 

Danışıqların bərpası o deməkdir ki, Aİ Azərbaycanla bərabərhüquqlu və strateji müttəfiqlik statusunu hüquqi sənədlə möhkəmləndirmək istəyir. Düzdür, tərəflər arasında bəzi siyasi fikir ayrılıqları var. Lakin Azərbaycan hər zaman öz maraqlarını qoruyur. Ələlxüsus, qitənin enerji təhlükəsizliyi faktoru Brüsseli Bakı ilə mövcud anlaşılmazlıqları aradan qaldırmağa sövq edir. 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesinə beynəlxalq dəstəyin artırılması ilə bağlı Bakının çağırışına toxunan Kallas Aİ-nin bu istiqamətdə əlavə səylər göstərə biləcəyini istisna etməyib: "Biz dünyanın müxtəlif ölkələrinə kömək edirik. Buna görə də, əgər sorğu daxil olarsa, biz daha nələr edə biləcəyimizi nəzərdən keçirəcəyik. Lakin bu gün hələlik bu məsələ ilə bağlı qərar qəbul etməmişik". Azərbaycanın azad edilmiş ərazilərindəki minaların miqyası nəinki region, dünya üçün böyük humanitar çağırışdır. Çünki söhbət təxminən 1,5 milyon partlamamış sursatdan gedir. Kallasın bu məsələyə "yaşıl işıq" yandırması Aİ-nin problemi siyasi çərçivədən çıxararaq humanitar təhlükəsizlik müstəvisində nəzərdən keçirməyə meyilli olduğunu ortaya qoyur. 

Həm də görünən odur ki, Aİ minaların təmizlənməsi məsələsində Bakı ilə koordinasiyalı şəkildə hərəkət etmək istəyir. Bu kontekstə Azərbaycanın minatəmizləmə agentliyi (ANAMA) ilə Aİ-nin müvafiq qurumları arasında daha sıx əməkdaşlıq platforması qurula bilər. Nəzərə alınmalıdır ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi bu ərazilərə xarici investisiyaların cəlbi üçün ən böyük maneədir. Aİ-nin prosesdə iştirakı dolayısı ilə regionda sabitliyin bərpasına və iqtisadi canlanmaya dəstək kimi dəyərləndirilə bilər. Bu dəstəyin reallaşması Azərbaycanın Aİ ilə gələcək sazişində humanitar əməkdaşlıq bəndlərini daha da gücləndirər. 

Kaya Kallas həmçinin Aİ-nin Cənubi Qafqaza strateji baxışını şərh edərək, regionun təhlükəsizliyində maraqlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasındakı sülh prosesində əldə olunan irəliləyiş region üçün real fürsətdir. Aİ bu istiqamətdə dəstəyini əhəmiyyətli dərəcədə artırır. Avropa İttifaqı Cənubi Qafqaza öz sərhədlərinin təhlükəsizliyinə birbaşa təsir edən strateji zona kimi baxır. Brüssel hesab edir ki, regionda davamlı sülhün bərqərar olması Orta dəhliz kimi qlobal layihələrin tam gücü ilə işləməsinə şərait yaradacaq. Bununla yanaşı, xarici investorların regiona, xüsusən, logistika və bərpaolunan enerji sahələrinə inamını artıracaq.

Aİ rəsmisi Ermənistan üçün yeni missiya yaratmaq barədə razılığa gəldiklərini də xatırladıb. Kallasın fikrincə, bu, ölkələrin kütləvi dezinformasiya kampaniyalarına və kiberhücumlara qarşı dayanıqlığını gücləndirəcək. Qeyd olunub ki, Aİ-nin Ermənistanda yaratmaq istədiyi yeni missiya əvvəlki monitorinq missiyalarından fərqli olaraq, daha çox kənar hibrid təhdidlər sahəsinə yönəlib. Kallasın açıqlamaları Aİ-nin Cənubi Qafqazda balansı qorumağa çalışdığını, Bakı və İrəvanla simmetrik yaxınlaşma strategiyasını ortaya qoyur. 

Kallasın çıxışı dolayısı ilə mesaj verir ki, Aİ Cənubi Qafqazın proqnozlaşdırıla bilən təhlükəsiz regiona çevrilməsini istəyir. Azərbaycanın bu prosesdəki rolu isə Aİ üçün enerji və coğrafi baxımdan həlledicidir. Azərbaycanın etibarlı tərəfdaş statusu və Aİ-nin bu reallığı qəbul etməsi regionda uzunmüddətli sülh və iqtisadi tərəqqi üçün ən güclü stimuldur. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

Reallıq, yoxsa revanşizm 

08:30
23 Aprel

Vətənin bütövlük günü

08:25
23 Aprel

Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi

08:20
23 Aprel

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

08:15
23 Aprel

Silahsız müharibə

08:10
23 Aprel

İqtisadi əlaqələr məsafə tanımır

08:05
23 Aprel

Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 

08:00
23 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Baş Ofisinə struktur idarələrinə tələb olunan yuyucu vasitələrin satın alınması məqsədilə açıq tender elan edir

02:14
23 Aprel

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

02:13
23 Aprel

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb  

23:58
22 Aprel

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

22:47
22 Aprel

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

22:45
22 Aprel

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

22:08
22 Aprel

ABŞ Prezidenti İrana təşəkkür edib

21:59
22 Aprel

Prezident İlham Əliyevin sosial media hesabında Prezident Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

21:49
22 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər  

21:42
22 Aprel

Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

21:27
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!