22 Aprel 2026 20:11
202
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Latviya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

Azərbaycan-Latviya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb


Azərbaycan-Latviya biznes-forumu çərçivəsində AZPROMO ilə Latviya Ticarət və Sənaye Palatası, “Caspian Energy Club International” MMC ilə “Power House Latvia” LCC arasında Anlaşma memorandumları imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının aprelin 15-də Şuşa şəhərində keçirildiyini xatırladıb, bu iclasda ticarət, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil və digər sahələrdə gələcək əməkdaşlıq üçün prioritet istiqamətlərin müəyyən edildiyini vurğulayıb. Nazir Məcnun Məmmədov qeyd edib ki, hər iki ölkədə əlverişli biznes mühiti və investisiya imkanları əlaqələrin genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir əlavə edib ki, mütəmadi biznes-forumların təşkili, rəqabətədavamlı ixrac məhsulları haqqında məlumat mübadiləsinin gücləndirilməsi və beynəlxalq sərgilərdə fəal iştirak hər iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsində əsas rol oynayacaq.

Məcnun Məmmədov aqrar texnologiyalar, ərzaq təhlükəsizliyi və məhsul ixracı sahələrində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb, bu sektorda tərəfdaşlığın hər iki ölkə üçün qarşılıqlı fayda verəcəyini bildirib.

Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze öz növbəsində iki ölkə arasında münasibətlərin əhəmiyyətinə toxunub. O, biznes-forumların işgüzar dairələr arasında əlaqələrin qurulması baxımından mühüm platforma olduğunu, bu cür tədbirlərin yeni investisiya imkanlarının yaradılmasına şərait yaratdığını, ticarət dövriyyəsinin genişlənməsinə və davamlı iqtisadi əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

Azərbaycan–Latviya biznes-forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviya Ticarət və Sənaye Palatası (LCCI) arasında Anlaşma Memorandumu imzalanıb.

“Caspian Energy Club International” MMC ilə “Power House Latvia” LCC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə Azərbaycan və Latviyanın investisiya imkanlarına həsr edilmiş təqdimatlar keçirilib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlardan bəhs olunub.

Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb  

23:58
22 Aprel

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

22:47
22 Aprel

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

22:45
22 Aprel

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

22:08
22 Aprel

ABŞ Prezidenti İrana təşəkkür edib

21:59
22 Aprel

Prezident İlham Əliyevin sosial media hesabında Prezident Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

21:49
22 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər  

21:42
22 Aprel

Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

21:27
22 Aprel

Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır

21:23
22 Aprel

Latviya Prezidenti: Azərbaycanla ticari əlaqələrimizi genişləndirməyə hazırıq

21:18
22 Aprel

Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu olub

21:14
22 Aprel

Azərbaycan Prezidenti: Son iyirmi ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub  

21:13
22 Aprel

Prezident: Bizim planımız 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır

21:09
22 Aprel

Azərbaycan Prezidenti: Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir  

21:03
22 Aprel

Prezident İlham Əliyev: Azərbaycanda təbii qaz hasilatı artır və artacaq  

20:56
22 Aprel

Azərbaycan Prezidenti: İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır

20:52
22 Aprel

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib YENİLƏNİB 

20:52
22 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə özünü sülhün və diplomatiyanın tərəfdarı kimi mövqeləndirir  

20:43
22 Aprel

Dünyanın ən böyük aysberqi yox olur  

20:33
22 Aprel

“Google Photos” yeni funksiyasını təqdim edib

20:26
22 Aprel

“Dyson” yeni məhsulunu təqdim edib

20:18
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!