18 May 2024 08:40
1119
CƏMİYYƏT
A- A+
İlham Əliyevin qurduğu yeni Laçın

İlham Əliyevin qurduğu yeni Laçın

 

Artıq işğal gününü deyil, Zəfər və şəhər günlərini qeyd edirik

 

Ötən il may ayında 31 illik ayrılıqdan sonra öz doğma sakinlərini qarşılamış Laçın şəhərində həyat artıq öz axarına düşüb. Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin qətiyyətinin nəticəsi olaraq qısa zamanda yenidən qurulan Laçın indi nəinki Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Cənubi Qafqaz regionunun ən gözəl şəhərlərindən birinə çevrilir, şöhrətini və ənənələrini özünə qaytarır. 
Bu günlərdə Laçına səfər edərək şəhərin yeni növraqı ilə elə yerindəcə tanış olduq. Öncə onu qeyd edək ki, Şuşadan Laçına doğru irəlilədikcə bütün yolboyu Qarabağın və Şərqi Zəngəzurun füsunkar təbiəti, gözoxşayan dağları, yaşıl meşələri insanı nə qədər məftun edirsə, Laçın şəhəri də öz ecazkarlığı ilə insanı bir o qədər ovsunlayır. Şəhərə çatanda birdən-birə sanki sehrli aləmə düşürsən. Və o anda həm də düşmənin vaxtilə xaraba qoyduğu Laçını ən qısa müddətdə yenidən quran, onu gözəl şəhərə çevirən dövlətimizin gücünə və qüdrətinə heyran olursan.
Laçın rayonu Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanata əsasən, 2020-ci ildə işğaldan azad edilən sonuncu rayon oldu. Vətən müharibəsindən sonra Qarabağda qalmış ermənilər Ermənistana Laçın yolu vasitəsilə gedib-gəldikləri üçün Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi "X" (tviter) səhifəsində bununla bağlı paylaşımında yazmışdı: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Həmin il sentyabrın 21-də isə Müzəffər Ali Baş Komandan Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı. 
Laçın rayonu ilə bağlı diqqəti çəkən əsas məqam odur ki, həm rayonun özü, həm Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri işğaldan nisbətən gec azad edilsələr də, artıq bu yerlərin sakinləri öz evlərinə geri qayıdıblar. Və hazırda Laçın 3 yaşayış məntəqəsinə sakinlərinin qayıdışı olduğu rayondur.
İşğal dövründə ermənilər tərəfindən Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulmuş, dağıdılmış, bəzi yerlərdə isə qanunsuz məskunlaşma aparılmışdı. İşğaldan azad edildikdən sonra şəhərdə dərhal bərpa və yenidənqurma işlərinə başlanıldı. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçından bəyan etmişdi ki, şəhərin bərpası ilə bağlı hazırlıq işləri görülür: "Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq".
Həmin vaxtdan sonra Laçın şəhərinin bərpasına başlanılıb, qısa müddətdə genişmiqyaslı quruculuq layihələri həyata keçirilib. Belə ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub, 764 ailənin yaşaya bilməsi təmin olunub. Laçın şəhərinə ilk köç isə bir il əvvələ - 2023-cü ilin may ayına təsadüf edib. Ötən il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər. İndiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin daimi məskunlaşması təmin edilib. May ayının 10-da isə Sus kəndinə 20 ailə (75 nəfər) qayıdıb. 
Laçın şəhərini gəzərkən diqqətimizi çəkən yalnız  abadlıq və ətrafdakı çoxsaylı gözəlliklər olmadı. Diqqətimizi cəlb edən həm də öz doğma yurdlarına qayıdan laçınlıların çöhrəsindəki qürur və sevincdir. Bəli, onlar üçün doğma və əzəli yurdda həyat yenidən başlayıb. Laçın şəhərində sakinlərin rahatlığı və asudə  vaxtları mənalı keçirmələri təmin olunub. Şəhərdə yerləşən "İslimi" Xalçaçılıq Mərkəzində artıq xalçalar toxunur. "Kapital Bank"ın Laçın filialı, həmçinin kitabxana  rayon sakinlərinin xidmətindədir. Şəhərdə atelye də fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman sahəsinə marağı və istedadı olanların aşkar edilməsi məqsədilə futbol klubu da yaradılıb. "Mərkiz" adlı klubun hədəfi Laçını futbol üzrə birinci liqada təmsil etməkdir. Öyrənirik ki, rayonda Laçın şəhəri-Zabux kəndi və Laçın şəhəri-Qarıkaha kəndi-"Zerti" Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri də sakinlərin istifadəsinə verilib. 
Şərqi Zəngəzurun bu dilbər ünvanı artıq mühüm, o cümlədən beynəlxalq tədbirlərə evsahibliyi edir. Aprelin 24-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumu çərçivəsində Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans keçirilib. Mayın 11-də Şuşada başlayan "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı isə mayın 13-də Laçında başa çatıb.
Şəhərdə əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Həkəri çayının sahilində yaradılan bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarındandır. Burada çay üzərində körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb. Onu da qeyd edək ki, artıq vətəndaşlar fərdi minik avtomobilləri ilə Laçın şəhərinə səfər edə bilirlər. Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axınının çox olacağı gözlənilir.
Laçında əhalinin dayanıqlı məskunlaşmasında ən prioritet məsələlərdən biri məşğulluğun təmin edilməsidir. Sakinlər yeni yaradılan müəssisələrdə, o cümlədən Aqro-Sənaye Parkında işlə təmin edilirlər.
Bu gün Laçın rayonu özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasını, bərpasını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev indiyədək Laçına bir neçə dəfə səfər edib. Prezidentin hər səfəri rayonun həyatında əlamətdar hadisəyə çevrilib. Düşmənin Laçına vurduğu yaralar aradan  qaldırılır, rayon öz doğma sakinləri ilə yenidən dirçəlir. 
Vətən müharibəsinə qədər mayın 18-ni Laçının işğalı günü kimi qarşılayırdıq. Artıq bu gün, necə deyərlər, tarixə qovuşub. Həm də indi Laçının yeni əlamətdar günü var: Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" sərəncamına əsasən, avqustun 26-sı ölkəmizdə Laçın şəhəri günü kimi qeyd olunur.
Ecazkarlığı, gözəlliyi ilə hər kəsi məftun edən Laçından yüksək və xoş təəssüratlarla ayrıldıq. Bu şəhərdə gördüklərimizə görə həm qürurlandıq, həm də dövlətimizlə fəxr etdik. Laçının timsalında həm də bir daha əmin olduq ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün Qarabağ və Şərqi Zəngəzura qayıdış tez bir zamanda tam təmin ediləcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Bakı-Laçın-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Premyer Liqası: "Sumqayıt"-"Qarabağ"- 0:1

23:03
06 Oktyabr

 "Turan Tovuz" "Zirə"ni əliboş yola salıb

23:02
06 Oktyabr

 Gimnastlarımız beynəlxalq yarışda finala yüksəliblər  

23:01
06 Oktyabr

MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

22:49
06 Oktyabr

Progeriya sindromu olan kişi dünyasını dəyişib

22:04
06 Oktyabr

Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib

20:59
06 Oktyabr

Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq

18:45
06 Oktyabr

“Qarabağ” həndbolçuları lüksemburqluları üstələdi

17:32
06 Oktyabr

Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub

15:41
06 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

14:35
06 Oktyabr

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

14:33
06 Oktyabr

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir

13:55
06 Oktyabr

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

12:47
06 Oktyabr

Qazaxıstanda referendum keçirilir

12:30
06 Oktyabr

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

10:35
06 Oktyabr

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir

10:31
06 Oktyabr

430 il əvvəl...

08:35
06 Oktyabr

Bir gün balıq ovunda…

08:30
06 Oktyabr

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

08:25
06 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"

08:20
06 Oktyabr

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

08:15
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!