03 Dekabr 2025 09:10
574
Mədəniyyət
A- A+
Gəncədə "DəyərliSən" adlı inklüziv uşaq festivalı keçirilib

Gəncədə "DəyərliSən" adlı inklüziv uşaq festivalı keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixonevroloji sosial xidmət müəssisələrinin və 4 saylı Uşaq evinin sakinlərinin iştirakı ilə "DəyərliSən" adlı inklüziv uşaq festivalı keçirilib. 

Deputat Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının, şəhərin mədəni irsinin qorunması şöbəsi əməkdaşlarının,  Sosial Xidmətlər Agentliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Qərb Regional Mərkəzinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri festivalda qeyd edilib ki, Sosial Xidmətlər Agentliyinin respublika üzrə 13 filialı və 21 sosial xidmət müəssisəsi var və qurumun fəaliyyəti stasionar, yarımstasionar və səyyar xidmətləri əhatə edir. Hazırda həssas əhali qruplarına aid 2272 şəxsə agentliyin müəssisələrində daimi dövlət himayəsində sosial və reabilitasiya yönümlü xidmətlər göstərilir. 

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov bu kimi tədbirlərin həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını bildirib: "Regionlarda belə festivalların keçirilməsi inklüzivlik mədəniyyətinin genişlənməsinə və bu sahədə ictimai fəallığın artmasına töhfə verir. "DəyərliSən" adlı inklüziv uşaq festivalının məqsədi də xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inklüziyasını təmin etmək, ictimai həyatda fəal iştirakına şərait yaratmaq, eləcə də onların yaradıcı potensiallarını üzə çıxarmaqdan ibarətdir". 

Sonra festival iştirakçıları sosial xidmətlər müəssisələrinin sakinlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub, uşaqların ifasında müxtəlif ədəbi-bədii kompozisiyalara baxıblar.


S.YUNİSOĞLU,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

10:06
14 Noyabr

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!