"Ermənilər harada yaşamasından asılı olmayaraq, onların içində gəzdirdikləri türkofob və azərbaycanofob baxışları dəyişilmir. Ona görə də onlar hər zaman fürsət axtarışındadırlar və yenidən özlərinin çirkin niyyətlərini reallaşdırmaq arzuları arxasınca getməkdə davam edirlər".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, amma arzuları ürəklərində qalacaq və ermənilərin uydurduqları miflər onları içindən çürütməklə məhvə aparacaq. Çünki xainləri heç kim sevmir. Belə ki, Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı Garo Paylan da yaşadığı və ermənilərin hətta dövlətdə və parlamentdə təmsilçiliyinə şərait yaradığı Türkiyəyə qarşı içində nifrət gəzdirən erməni ünsürlərindəndir. Hansı ki, Türkiyə ərazisində yaşayan ermənilərə qucaq açıb onların yaşaması üçün hər cür şərait yaradıb. Belə ki, kilsələrin, icmaların, məktəblərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur və erməni toplumun inkişafı üçün bütün imkanlar yaradıb. "Amma ermənilər onlara qarşı heç bir təzyiq olmasa da, Türkiyəyə də öz nifrətlərini ifadə etməkdə davam edirlər. Garo Paylan keçən il sosial şəbəkələrdə saxta erməni soyqırımının 109-cu ildönümü olduğunu qeyd edərək paylaşım etmişdi. Ermənistanın baş naziri Paşinyan isə bu yaxınlarda heç bir genosidin olmadığını və bunun Rusiyanın Türkiyəyə təzyiq göstərilməsi üçün 50-ci illərdə ortaya atdığı absurd bir ideya olduğunu bildirmişdi. Garo Paylan təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı da öz çirkin fikirlərini ifadə etməkdən çəkinməyib. Belə ki, ekoaktivistlərin Laçın yolunda etiraz aksiyaları zamanı Garo Paylan Qarabağdakı separatçı xuntanı dəstəkləyərək dünya ictimaiyyətinə Azərbaycana təzyiq göstərilməsi üçün çağırış etmişdi", - deyə o əlavə edib.
Deputat bildirib ki, İrəvana səfər edən Garo Paylan revanşist açıqlamalarından yenə geri qalmayıb. O, Ermənistanın indi Azərbaycana hücum etmək üçün gücünün olmadığını və 3-5 il ərzində güc yığaraq ABŞ və Fransa ilə öz arzularına çatacağını bildirib. Əslində bu, təkcə Garo Paylanın fikirləri deyil, həm də Paşinyanın ürəyindən keçən arzusudur. Məhz ona görə də Paşinyan beynəlxalq platformalarda sülhdən danışaraq sülh prosesini manipulyasiya edir və dünya ictimaiyyətinə özünü sülhün carçısı kimi nümayiş etdirərək ermənilərin çirkin niyyətlərinə çatması üçün zaman qazanmağa çalışır. Revanşizm və azərbaycanofob siyasət yürüdən Paşinyan ondan əvvəl Ermənistana rəhbərlik etmiş Ter-Petrosyan, Koçaryan və Sarkisyandan heç nə ilə fərqlənmir. Vaxtilə onlar da öz hakimiyyətləri dövrün azərbaycanlılara divan tutaraq deportasiyalar və soyqırımları törədiblər.
A.Badamov vurğulayıb ki, Ermənistan bu gün gücsüz olduğuna görə, Paşinyan cildini dəyişib və hiyləgərcəsinə silahlanmanı davam etdirir: "Amma onu da qeyd etməliyik ki, Paşinyan yavaş-yavaş tərəfdaşlarını itirməkdədir. ABŞ-də Bayden hakimiyyətinin dəyişməsi və Trampın hakimiyyətə gəlməsi ermənilərin heç də ürəyindən olmadı. Tramp USAID-ın bağlanması ilə bağlı qərar verdi. Bu təsisat ötən il inkişafa dəstək adı altında Ermənistana 250 milyon dollar yardım göndərməyi planlamışdı. Təbii ki, ABŞ-də hakimiyyətin dəyişməsi və dövlət səviyyəsində bütün yardım proqramlarının dayandırılmasının elan olunması Paşinyanın və ya Paylanın niyyətlərinə uyğun olmadı. Amma Paşinyan 5-ci Beynəlxalq Din Sammitində iştirak etmək adı altında Vaşinqtona səfər etdi və Trampla heç olmasa bir şəkil çəkdirməyə çalışdı. Amma onun arzuları yenə də ürəyində qaldı".
ABŞ-nin Ermənistana hərbi dəstəyinin dayandırılacağını düşünən deputat deyib ki, Fransa Prezidenti Makron isə Paşinyana bacılıq etməkdə davam edir. Bu baxımdan Fransanın hələ ki, Ermənistana hərbi dəstək göstərməkdə davam edəcəyi gözləniləndir. Hətta Makronun Azərbaycana qarşı beynəlxalq platformalarda təzyiq göstərməkdə davam edəcəyi də. Amma Makronun dayaqları da itməkdədir və yaxın gələcəkdə Fransanın özündə də hakimiyyət dəyişikliyinin baş verəcəyi gözlənilir. Çünki Makronun yarıtmaz hakimiyyəti Fransanı hörmətdən salıb və ölkədaxili problemləri daha da kəskinləşdirib.
A.Badamov qeyd edib ki, Ermənistan dilənçiliklə silahlanmaqla Azərbaycandan heç vaxt üstün ola bilməz. Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində öz gücünü döyüş meydanında göstərib. 2023-cü ilin 20 sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində də ordumuz "dəmir yumruğ"un daha da gücləndiyini bir daha nümayiş etdirdi. Ermənistanın silahlanması ölkəmizə potensial təhlükə mənbəyinə çevrilərsə, təbii ki, onlar yerindəcə məhv ediləcək. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan üçün potensial təhlükə mənbəyi onun harada yerləşməsindən asılı olmayaraq, məhv edilməsi üçün legitim hədəf sayılacaq. Bu baxımdan Garo Paylan, Nikol Paşinyan və digər ermənilərin revanşist niyyətləri Ermənistanı ancaq məhvə aparır. Təbii ki, erməninin qanını və ya genini dəyişmək mümkün deyil. Təəssüf ki, onlar tarixdən dərs götürmürlər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 may tarixli 2834 nömrəli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
"Yazın Şanslı Sığortası" tirajlı
Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib
Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir
İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir
Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var
Cəbrayılda əmək yarmarkası keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər
XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!