12 Fevral 2024 10:30
510
SİYASƏT
A- A+
Fransa Cənubi Qafqazdan çəkilsə, regionda sülh daha tez yaranar

Fransa Cənubi Qafqazdan çəkilsə, regionda sülh daha tez yaranar

 

Tarixən həmişə belə olub. Ölkə hansısa bir uğur qazananda dostları sevinər, düşmənləri xar olar. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə təxminən 24 saat davam edən lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Son 200 illik tarixinin ən böyük uğurunu, Zəfərini qazandı. Bununla da dövlətimizin ərazisində 30 ildən artıq mövcud olmuş separatçı rejimə, qanunsuz silahlı birləşmələrə son qoyuldu. Azərbaycanın bu uğuruna, qələbəsinə dostları sevindi, düşmənləri isə xar oldu.
Azərbaycanın qazandığı uğurları həzm etməyən ölkələrdən biri də Fransadır. Paris ölkəmizin qan bahasına Qarabağda əldə etdiyi Zəfəri qəbul edə bilmir. Otuz ildən çox davam edən münaqişəyə məhz Azərbaycanın öz hərbi və diplomatik gücü ilə son qoyması, Cənubi Qafqazda sülh, inkişaf, barışıq üçün yeni səhifənin açılması ilə Paris heç cür barışmaq istəmir. Ona görə ki, bölgədə münaqişənin bu cür sonluqla yekunlaşmasına, Ermənistanla Azərbaycan arasında qalan məsələlərin həllinə və sülh sazişinin imzalanmasına nail olunması, Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi Fransanın bölgə üzərində qurduğu çirkin planlarını alt-üst etdi. Bölgədə yaranmış reallıq Parisin əl-qolunu bağlayır, Qafqazda hərəkət etməsinə imkan vermir.
Fransanın bu yaramaz hərəkəti gözlənilən idi. Bir anlıq geri dönüb illərlə uzanan atəşkəs dövrünə diqqətlə nəzər salsaq, Fransanın regionda daim müharibə vəziyyətinin qalmasında maraqlı olduğunu bir daha aydın şəkildə görə bilərik. Bunun həm Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində, həm də İkinci Qarabağ müharibəsində və antiterror tədbirləri zamanı şahidi olmuşuq. Fransa Prezidenti Makron 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən narahat olaraq aktiv döyüşlərin dayandırılması xahişi ilə Prezident İlham Əliyevə tez-tez zəng edirdi. Təbiidir ki, onun bu mənasız, məntiqsiz zəngləri Azərbaycan xalqının haqq işini dayandıra bilməzdi. Dayandırmadı da! Müzəffər Ali Baş Komandandan zənglərinə layiq olduğu cavabı alandan sonra Makron xalqımızın döyüşlərdəki uğurlarını qəbul edə bilmir və açıq mətnlə işğala, separatizmə dəstəyini nümayiş etdirirdi. Amma döyüşləri dayandırmağa bu cəhdlərinin də gücü çatmadı. Ermənini xilas etmək üçün bütün çabaları iflasa uğradıqdan sonra isə Paris sülh masasında yer almağa çalışdı. Döyüşlərdə tərəfini saxlaya bilmədiyi ermənilərə masada arxa durmaq istədi. Əvvəlki cəhdlər kimi, bu dəfə də Fransa çirkin məqsədinə çatmadı.
Böyük dövlətlərin bir-biri ilə dostluğu, əməkdaşlığı başa düşüləndir, qəbul ediləndir. Amma kiçik bir ölkə ilə böyük bir dövlətin dostluğunu anlamaq, başa düşmək və qəbul etmək bir qədər çətin məsələdi. Belə bir dostluq çox eybəcər görünür. Fransa ilə Ermənistanın dostluğu da buna bənzəyir. Çünki Fransa ilə Ermənistanın iqtisadi və siyasi çəkisi müqayisəyəgəlməz dərəcədə bir-birindən fərqlənir. Fransa iqtisadiyyatının həcminə görə Avropa İttifaqının ikinci ən böyük dövlətidir. Ermənistan isə Cənubi Qafqazda ən acınacaqlı vəziyyətdə olan forpost dövlətdir. Bununla belə, Fransa və Ermənistan bütün parametrlər baxımından bir-birindən kəskin fərqlənsələr də, dostluq edirlər. Belə böyük uyğunsuzluğu görəndən sonra fikirləşirsən ki, Ermənistan kimi bir dövlətlə dostluq etmək Fransanın nəyinə lazımdır? Prezident Emmanuel Makron həmişə çıxışlarında Ermənistanın arxasında həm maddi, həm də siyasi cəhətdən dayanacağına söz verib. Verdiyi sözün də üstündə dayanıb.  Fransa parlamentində 44 günlük Vətən müharibəsi dövründə və postmüharibə mərhələsində bir necə dəfə Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul olunub. Emmanuel Makronun BMT Təhlükəsizlik Şurasındakı qərəzini də hamımız yaxşı xatırlayırıq. Fransa indiyədək terrorçu Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını BMT TŞ-də müzakirələrə çıxarıb və hər dəfə də istədiyi elə istək olaraq qalıb.
Fransanın Ermənistanın arxasında durduğunu bütün dünya bilir və görür. Dünya birliyi bilir ki, Paris Ermənistandakı separatçıları, işğalçıları dəstəkləyir. Birtərəfli mövqe tutan, daim erməninin tərəfini saxlayan Fransanın Azərbaycan və Ermənistan liderlərinin görüşündə, ümumiyyətlə, iki ölkə arasında başlayan sülhyaratma prosesində iştirak etməyə mənəvi haqqı varmı? Yəqin ki, bu sual kimə verilsə, "yox" cavabı alar. Danışıqlarda iştirak etməyə mənəvi haqqı olmayan Emmanuel Makron nə üçün boş və mənasız sözləri və zəngləri ilə gün keçirir. Əgər Fransa erməniləri bu qədər çox istəyirsə, onların sabahından narahatdırsa, qoy hamısını yığıb aparıb töksün Fransanın ərazisinə. Orada nə qədər lazımdırsa, qayğılarına qalsın. Azərbaycandan uzaq dursun, ölkəmizin daxili işlərinə qarışmasın.
Tarixdən məlumdur ki, Fransa heç bir ölkəyə xoş niyyətlə getmir. Bunun nümunəsi Afrikadır. Tarixi hərbi cinayətlərlə, qanlı əməllərlə dolu olan Fransa özünün müstəmləkəçilik siyasətindən bu gün də əl çəkmək istəmir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib. Artıq Afrikadan qovulan Fransa özü üçün yeni ərazilər axtarır. Bu məqsədlə Ermənistan vasitəsilə regionda möhkəmlənməyə can atır. Fransanın Ermənistanla eybəcər görsənən "dostluğu"nun arxasında da məhz bu amil dayanır. Paris onu da yaxşı anlayır ki, Azərbaycan ona Cənubi Qafqaz regionunu Afrikaya çevirməyə imkan verməyəcək. Göründüyü kimi,  Cənubi Qafqazda Fransaya yer yoxdur və heç vaxt da olmayacaq. Qoy Paris birdəfəlik gözlərini bu regiondan çəksin. Ondan sonra Cənubi Qafqaza sülh daha tez gələr.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!