20 Noyabr 2023 12:03
346
CƏMİYYƏT
A- A+
Erməni vandalizminin qurbanına çevrilən, Qafqazın “Xirosiması” adlandırılan Ağdam xilas ediləcəyi günü səbirsizliklə gözləyirdi

Erməni vandalizminin qurbanına çevrilən, Qafqazın “Xirosiması” adlandırılan Ağdam xilas ediləcəyi günü səbirsizliklə gözləyirdi


Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür

 

 

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür. 2020-ci il noyabrın 20-si Ağdam şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi tarixə yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın tarixinin təqvimində qırmızı ilə hərflərlə yazılmış 20 Noyabr Ağdamın Azərbaycan Ordusunun nəzarətinə keçdiyi gündür.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.

Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.

 

Üç il ötməsinə baxmayaraq, hələ də o günləri böyük qürur və fərəhlə xatırlayırıq

2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatına düşmən cəmi 44 gün tab gətirə bildi. Hər gün ərazi bütövlüyümüzün bərpa olunduğu xəritə 44 gün ərzində tamamlandı. Otuz il ərzində ağır istehkamlar quran, özlərini qalib adlandıran və “yenilməzlik” donuna bürünən Ermənistan ordusunun uydurmaları 2020-ci ilin payızında Azərbaycan əsgərinin şücaəti sayəsində puça çıxdı. Ordumuz hər bir cəhətdən onlardan üstün idi. Əsas fərqimiz isə doğma torpaqlarımız naminə vuruşmağımız idi. Uzun illər öz sakinlərinə həsrət qalan, düşmən barbarlığının qurbanına çevrilən həmin torpaqlar xilas olacağı günü səbirsizliklə gözləyirdi. Biz haqqımız olanı 44 gün ərzində nəinki düşmənə, onun havadarlarına qarşı bütün cəbhələrdə döyüşərək aldıq. Xalq-ordu-iqtidar birliyi dəmir yumruq kimi qarşısındakı bütün maneələri əzə-əzə irəlilədi. Bu müqəddəs yolda canımızdan canlar getdi, ən dəyərlilərimizi qurban verdik, lakin amalımıza çatdıq: biz adımıza layiq Zəfər qazandıq. Biz tarixi missiyamızı 44 günə yekunlaşdırdıq... Düşmən dizlərini yerə qoyaraq kapitulyasiya aktına imza atmalı oldu. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan azad edildi.

 

2020-ci il noyabrın 20-də Ağdam azad olundu

Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusu əvvəlcə Ağdam rayonuna daxil oldu. 27 il ərzində ermənilərin hər cür vandallığına məruz qalan, daşı-daş üstündə qalmayan, Qafqazın “Xirosiması” adlandırılan Ağdama 2020-ci ilin payızında doğma insanlarının hənirtisi ilə erkən bahar gəldi. Rəşadətli Azərbaycan Ordusu Ağdama girişi ilə nəinki düşməni, hətta neçə illərdir rayonu Günəşə həsrət qoyan qara buludları da qovdu. 2020-ci il noyabrın 20-də Ağdamda Zəfər Günəşi doğdu. Bunu naxələflərin işğal dövründə torpaqlarımıza qarşı törətdikləri vəhşiliklər də sübut edir. Barbarlar canlı-cansız nə varsa, hamısına qıyıblar, bizə olan nifrətlərinin heyfini daşdan, ağacdan, çaydan çıxıblar.

Əbəs yerə Ağdama “ruhlar şəhəri” deyilmirdi. Otuz il ərzində şəhərin öldürülən ruhu, xarabaya döndərilən kəndləri insanı vahiməyə salırdı. Təbiətə tutulan divan görənləri dəhşətə gətirirdi. Lakin 2020-ci il noyabrın 20-dən Ağdama yeni can, yeni nəfəs gəldi. Bütün təhlükələrə, risklərə baxmayaraq, rayonun azad edilməsindən cəmi üç gün sonra – 2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısının Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırması görüntülərini milyonlarla azərbaycanlı fəxr və böyük sevinclə izlədi. Həmin gün dövlətimizin başçısı çıxışı zamanı Ağdamın bərpa olunacağını bütün dünyaya duyurdu: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

X X X

Ağdamda aparılan yenidənqurma və bərpa işləri

İşğal dövründə Ağdamda 10 min kvadratkilometrdən çox ərazi Ermənistan tərəfindən dağıdılıb. Törədilən bu vandallıq aktları ucbatından cəhənnəmi xatırladan Ağdamın cənnətə çevrilməsi istiqamətində işlərə başlanılıb. Ötən iki ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparıldıqca bərpa-quruculuq tədbirləri də gecikdirilmir. Bütün şəhərlər kimi, Ağdamın da baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. Qeyd edək ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Həmin gün Prezident İlham Əliyev tərəfindən Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötən iki il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.

Ağdamda Qarabağ xanlığının banisi Pənahəli Xanın Sarayının yerləşdiyi İmarət Kompleksinin bərpası işləri davam edir. Həmçinin, Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir.

Ötən il oktyabrın 4-də dövlətimizin başçısı və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Ağdam mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Həmçinin Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa işləri aparılır. Tarixi-memarlıq abidələrinin bərpası, o cümlədən yaşıllıqların salınması işlərinə də diqqət ayrılır.

Həmçinin ötən ilin oktyabrında Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Ölkəmizdə ilk dəfə məhz Ağdamda keçirilən bu Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi baxımından nadir və uğurlu platforma olub.

Bu il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib. Bir sutkaya yaxın davam edən tədbirlər çərçivəsində düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

İndi işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün dövlətimiz bütün potensialını səfərbər edib. İrimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir. Görülən işlər onu deməyə əsas verir ki, Ağdamın çal-çağırlı vaxtlarının geri dönməsinə çox müddət qalmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!