26 İyun 2023 09:20
2221
Mədəniyyət
A- A+
Ən yaraşıqlı paltar - əsgər forması, ən şərəfli xidmət - əsgərlik, ən müqəddəs musiqi - əsgər marşıdır

Ən yaraşıqlı paltar - əsgər forması, ən şərəfli xidmət - əsgərlik, ən müqəddəs musiqi - əsgər marşıdır

 

Dünya xalqlarının tarixində xüsusi musiqi əsərləri olur ki, onlar uzun müddət yaddan çıxmır. Məsələn, Mixail  İsakovskinin 1938-ci ildə yazdığı əfsanəvi "Katyuşa" mahnısı bu gün də rus musiqiçilərinin repertuarından düşmür. Vətənpərvərlik ruhunda yazılmış bu mahnı 1941-1945-ci illər müharibəsində sovet əsgərlərinin himninə çevrilmişdi. 
Müharibə gedən 5 il ərzində sovet ordusunun əhvali-ruhiyyəsini yüksəldən "Katyuşa" dünyanın müxtəlif dillərində oxunmuş və hələ də oxunmaqda davam edir. Faşizm üzərində qələbədə müəyyən ideoloji rolu olan bu mahnı sonralar Rusiyada heykəltaraşlar tərəfindən əbədiləşdirilib. Smolensk vilayətindən keçən Uqra çayı sahilində 1983-cü ildə taxtadan ucaldılan abidə "Katyuşa" mahnısına həsr olunub. Hətta həmin vilayətin kəndlərinin birində "Katyuşa" muzeyi də var. 
İkinci Dünya müharibəsinin gedişində Üzeyir bəy Hacıbəylinin Səməd Vurğunun sözlərinə yazdığı "Şəfqət bacısı" mahnısı da "Katyuşa" qədər sovet Azərbaycanında əks-səda vermişdi. Fatma Mehrəliyevanın möhtəşəm ifasında səslənən bu mahnı heç bir azərbaycanlının vətənpərvərlik ruhuna təsirsiz ötüşməmişdir. Bu gün isə Üzeyir bəyin "Cəngi"si, "Koroğlu" operasındakı uvertürası bizim gənclərin vətənpərvər ruhda yetişməsində böyük rol oynayır, onları qəhrəmanlığa səsləyir, torpağın, vətənin müdafiəsinə hazırlayır. Azərbaycanda milli-azadlıq hərəkatının başlandığı illərdə Azadlıq meydanında səslənən "Koroğlu" uvertürasını meydana toplaşanlar xorla ifa edirdilər. Əsər insanlarda yaratdığı coşqu qədər, həm də onları torpağa sarılmağa, vətənin müdafiəsi uğrunda ölümə getməyə ruhlandırırdı. Məhz həmin ruh 44 günlük savaşda düşməni darmadağın edib diz çökdürdü.
İllərdir dillər əzbəri olan "Əsgər marşı"  da Birinci Qarabağ  müharibəsində müsəlləh əsgər rolunu oynayan mahnı idi. İlk vaxtlar  "Laçın batalyonunun marşı"  kimi oxunan bu musiqi parçası sonralar Cavanşir Quliyevin bəstəsində mükəmməl bir əsərə çevrildi. Heç də "Katyuşa"dan geri qalmayan  "Əsgər marşı"  1992-ci ildən bəri təkcə əsgərlərin deyil, uşaqdan tutmuş böyüklərə qədər  hər kəsin dilinin əzbəri, ruhunun coşqusudur.  Bənzərsiz səsi ilə ürəkləri riqqətə gətirən Şəmistan Əlizamanlı "Əsgər marşı"nı ifa edəndə insana elə gəlir ki, əsgərlərin ayaq səsini eşidir, düşmənə diz çökdürdüyünə şahidlik edirsən. 
İkinci bir mahnı da var - "İgid əsgər, möhkəm dayan". Şəmistan Əlizamanlı bu musiqi parçasını hər dəfə möhtəşəm səsi ilə oxuyanda sanki insanın burnuna müharibə qoxusu  gəlirdi. Gün gəldi ki, həmin qoxunu canına hopduran Azərbaycan Ordusunun əsgər və zabitləri bu mahnı ilə nərə çəkib düşmən üzərinə şığıdılar.  "Cənab leytenant"  mahnısı isə Ramil Səfərovun simasında Azərbaycan zabitlərinin şərəfinə yazılıb. Bu mahnıda da ifaçı çalışıb ki, dinləyiciyə zabit şərəfinin dəyərini çatdıra bilsin, vətənpərvər mahnıların xalqın ruhu olduğunu söyləsin.  
Bu ruhda yazılan musiqi əsərləri Azərbaycan Ordusunun şərəfini qoruyan, namusunu və qeyrətini uca tutan nota köklənib. Ona görə də əvvəllər belə musiqiləri dinləyəndə adam düşünürdü ki, bir alaya, bir bölüyə bərabər olan həmin marş və mahnılar bizə  Zəfər Gününü yaxınlaşdırır və tezliklə onların sədaları altında addımlayan Azərbaycan əsgərinin qələbə paradına şahidlik edəcəyik. Elə də oldu. Bu vətənpərvər əsgər təranələri Azərbaycan Ordusunu coşdurdu, əsgərinə ruh verdi, zəfərin bir nəfəs qədər yaxın olduğunu sezdirdi

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!