15 Yanvar 2026 18:00
469
İQTİSADİYYAT
A- A+
Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  

Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  


Bu gün ABŞ prezidenti Donald Trampın “İranda kütləvi aksiya keçirənlərin öldürülməsinə son qoyulub və aksiyalar zəifləyib” - bəyanatından sonra İrana hərbi müdaxilə ehtimalı aradan qalxdı ki, bu da dünya bazarında neftin qiymətinin 3 faiz azalması ilə nəticələndi.

AZƏRTAC xəbər verir ki, yanvarın 14-də gün ərzində 1 bareli 66 dollardan satılan “Brent” markalı neftin qiyməti yanvarın 15-də London birjasında 2,24 dollar azalaraq 64,28 dollara satıldı. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,14 dollar azalaraq 59,88 dollar təşkil edib.

Bu gün (15 yanvar) ABŞ bir sıra Yaxın Şərq ölkəsindəki hərbi kontingentinin bir hissəsini çıxarmağa başlayıb. Bu addımı ABŞ İran İslam Keşikçiləri Korpusunun hərbi hava qüvvələrinin komandanı Məcid Müsəvinin bəyanatından sonra atdı. O bəyan edib ki, ABŞ İrana hərbi müdaxilə edəcəyi təqdirdə onun Yaxın Şərq ölkələrindəki hərbi bazalarına raket zərbələri endiriləcək.

Yaponiyanın beynəlxalq səviyyədə fəaliyyət göstərən “Nissan Securities Investment” maliyyə broker şirkətinin baş strateqi Hiroyuki Kikukava (Hiroyuki Kikukawa) “Reuters” agentliyinə bildirib ki, geosiyasi risklərin hələ də qalmasına baxmayaraq WIT markalı neftin 1barelinin qiyməti 55 dollara kimi düşə bilər. Onun fikrincə, gözlənilməz geosiyasi dəyişikliklər bazarın tələb və təklif qanununu poza bilər ki, bu da qiymətlərin düşməsi prosesini davam etdirər.

Dünya bazarında neftin qiymətinin düşməsini şərtləndirən amillərdən biri də ABŞ-ın neft ehtiyatları barədə məlumatların açıqlanması olub. ABŞ-ın Enerji informasiyası administrasiyasının açıqlamasına əsasən dünyanın ən çox neft istehlak edən ölkəsinin neft ehtiyatı 3,4 milyon barelə çatıb. Ötən həftə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,7 milyon barel olacağını bildirmişdilər.

Bundan başqa, ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq hasilatı bərpa edən dövlət neft şirkəti ixraca başlayıb. ABŞ da məlum səbəblərdən buna göz yumur. Ehtimal edilir ki, bu günlərdə Venesuelaya qarı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:30
08 Fevral

ABŞ vitse-prezidentinin səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ  

12:39
08 Fevral

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb  

12:17
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar  

11:17
08 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:03
08 Fevral

Gəncənin Şah Abbas məscidini ziyarət

10:55
08 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:45
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

10:13
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar  

10:01
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

09:01
08 Fevral

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!