01 Dekabr 2025 11:15
4072
Səhiyyə
A- A+
Dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günüdür  

Dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günüdür  


Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün təsis edilməsinə səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.

AZƏRTAC-ın məlumatına görə, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerika Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

Ölkəmizdə QİÇS xəstəsi ilk dəfə 1987-ci ildə qeydə alınıb. Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata görə, bu ilin on bir ayı ərzində immun çatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində 1130 xəstə qeydiyyata alınıb. Onların 1109 nəfəri Azərbaycan vətəndaşıdır. Onlardan 824 nəfəri kişi, 284 nəfəri qadındır.

Rəsmi statistikaya görə, hazırda ötən ilin yekunlarına görə dünyada İİV-lə yaşayan 40,8 milyon nəfər var. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!