25 İyun 2026 19:47
831
Səhiyyə
A- A+
Xankəndidə işğaldan azad olunmuş ərazilər üzrə ilk iri özəl tibb müəssisəsi fəaliyyətə başlayıb  

Xankəndidə işğaldan azad olunmuş ərazilər üzrə ilk iri özəl tibb müəssisəsi fəaliyyətə başlayıb  


İyunun 25-də Xankəndi şəhərində işğaldan azad olunmuş ərazilər üzrə ilk iri özəl tibb müəssisəsi olan Xankəndi Tibb Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, səhiyyə ictimaiyyətinin nümayəndələri, tibb işçiləri, elm adamları, ictimai xadimlər, media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir. Bölgədə müasir infrastrukturun yaradılması ilə yanaşı, səhiyyə xidmətlərinin inkişafı da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O qeyd edib ki, Xankəndi Tibb Mərkəzinin fəaliyyətə başlaması regionun sosial həyatında əlamətdar hadisə olmaqla yanaşı, özəl sektorun Qarabağın inkişafına verdiyi mühüm töhfənin göstəricisidir.

Səbuhi Qəhrəmanov Xankəndi Tibb Mərkəzinin kollektivinə uğurlar arzulayıb, mərkəzin region əhalisinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonra qonaqlar mərkəzdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisəsində ambulator konsultativ xidmətlər, ailə həkimliyi, terapevtik xidmətlər, pediatriya, ginekologiya, kardiologiya, nevrologiya, laborator diaqnostika, ultrasəs müayinələri, funksional diaqnostika, profilaktik müayinələr (check-up proqramları) və digər ixtisaslaşmış tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, Xankəndi Tibb Mərkəzinin əsas məqsədi bölgə əhalisinə beynəlxalq standartlara uyğun, əlçatan və keyfiyyətli tibbi xidmət göstərmək, erkən diaqnostika və profilaktik təbabətin inkişafına töhfə verməkdir.

Açılış mərasimindən sonra Xankəndi Konqres Mərkəzində Xankəndi Tibb Mərkəzinin açılışına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransın açılışında çıxış edən Səbuhi Qəhrəmanov bildirib ki, müasir səhiyyənin əsas prinsiplərindən biri yalnız müalicə deyil, həm də cəmiyyətin sağlamlıqla bağlı maarifləndirilməsidir. Xankəndidə fəaliyyətə başlayan yeni tibb mərkəzinin ilk gündən elmi-praktik konfrans təşkil etməsi bu müəssisənin gələcək fəaliyyət istiqamətlərini və səhiyyəyə yanaşmasını aydın şəkildə nümayiş etdirir.

Elmi-praktik konfrans iki panel üzrə davam edib. “Sağlam həyata aparan doğru addımlar” mövzusunda keçirilən birinci panelə tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoy və Dr. Cahan Hacızadə sədrlik ediblər. Paneldə mütəxəssis Dr. Ülviyyə Namazova “Ürək sağlamlığı haqqında doğru bilinən yanlışlar”, uzman Dr. Afaq Əhmədova “Xəstələnmədən həkimə getmək niyə vacibdir? Qoruyucu həkimlik”, Dr. Tural Behbudov isə “Sağlam təbəssümün sirri olan dişlərimizi necə qoruyaq?” mövzularında məruzələrlə çıxış ediblər.

İkinci panel “Sağlamlıq mifləri və elmi həqiqətlər” mövzusuna həsr olunub. Panelə PhD. Ruqiyyə Səmədzadə və uzman Dr. Leyla İbrahimxanlı moderatorluq ediblər. Paneldə uzman Dr. İsmayıl Məhərrəmli oynaq sağlamlığı, uzman Dr. Leyla İbrahimxanlı laborator analizlərin düzgün aparılması və nəticələrə təsir edən amillər, psixoloq Aygün Ağabalayeva isə psixi sağlamlığın cəmiyyət həyatındakı rolu barədə çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, panel iclasları geniş müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.

Qeyd edək ki, açılış tarixinin məhz iyunun 25-nə təsadüf etməsi rəmzi məna daşıyır. 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində fəaliyyətə başlayan Xankəndi Tibb Mərkəzi işğaldan azad olunmuş ərazilərdə həyatın bütün sahələrində bərpa və inkişaf prosesinin, o cümlədən müasir səhiyyə infrastrukturunun formalaşdırılmasının daha bir mühüm göstəricisidir.

Xankəndi Tibb Mərkəzinin fəaliyyətə başlaması Qarabağ iqtisadi rayonunda özəl səhiyyə sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması və region əhalisinin yüksəkkeyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

16:03
16 İyul

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub

15:41
16 İyul

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

15:24
16 İyul

Beynəlxalq Valyuta Fondu ilə maliyyə sabitliyi siyasətinin əsas prioritetlərinə dair fikir mübadiləsi olub

15:05
16 İyul

Qusarın Sudur və Quxur kəndlərinin yolu əsaslı təmir olunub  

14:46
16 İyul

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

14:37
16 İyul

“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

13:28
16 İyul

Sabah ölkə ərazisində hava necə olacaq?

13:11
16 İyul

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

12:37
16 İyul

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

12:21
16 İyul

Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlıq artan dinamika ilə inkişaf edir

12:19
16 İyul

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:09
16 İyul

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

12:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!