08 İyul 2026 17:10
529
Səhiyyə
A- A+
Nevropsixiatr internet istifadəsi normalarını müəyyənləşdirməyin ən yaxşı metodunu açıqlayıb

Nevropsixiatr internet istifadəsi normalarını müəyyənləşdirməyin ən yaxşı metodunu açıqlayıb


Rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyət qarşısında yeni çağırışlar yaradıb. Bu sahədə əsas problemlərdən biri məlumat və maarifləndirmə çatışmazlığıdır. Texnologiyanın qısa müddətdə həyatın ayrılmaz hissəsinə çevrilməsi nəticəsində valideynlərin böyük hissəsi həm öz rəqəmsal davranışlarını idarə etmək, həm də övladlarının internetdən istifadəsini düzgün istiqamətləndirmək üçün kifayət qədər hazırlıq keçməyib. Nəticədə uşaqların rəqəmsal mühitdə təhlükəsiz və balanslı davranış formalaşdırması da çətinləşib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında məşhur nevropsixiatr, akademik Theo Compernolle deyib.

O vurğulayıb ki, bəzi valideynlər problemin mövcudluğunu qəbul etməkdə tərəddüdlüdür. Çünki bu, onların öz rəqəmsal vərdişlərini də yenidən nəzərdən keçirməsini tələb edir. Digərləri isə internet və sosial media istifadəsinin yaratdığı riskləri dərk etsələr də, həm özləri, həm də övladları üçün bu vərdişləri necə dəyişəcəklərini bilmirlər. Özlərində rəqəmsal mediadan asılılıq əlamətləri gördükləri üçün uşaqlara nümunə olmaqda çətinlik çəkirlər.

“Nevroloji baxımdan uşaq və yeniyetmələrin beyni böyüklərin beynindən fərqləndiyi üçün onların sosial media və digər rəqəmsal platformaların təsirinə daha həssas olduqları məlumdur. Beynin özünənəzarət və qərarverməyə cavabdeh sahələri hələ tam formalaşmadığından yeniyetmələr impulsiv davranışlara daha çox meyil göstərir və rəqəmsal platformaların diqqəti cəlb etməyə yönəlmiş mexanizmlərinin təsirindən uzaqlaşmaq onlar üçün daha çətin olur. Məhz buna görə də uşaqların sağlam rəqəmsal vərdişlər formalaşdırması üçün valideynlərin ardıcıl, çevik və qətiyyətli nəzarəti, eyni zamanda, dövlət səviyyəsində qoruyucu tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Valideynlər, ilk növbədə, öz ekran istifadəsi vərdişlərinə tənqidi yanaşmalıdırlar. Əks halda, şəxsi davranışlarını dəyişmək zərurəti ilə üzləşməmək üçün həm özlərinin, həm də uşaqlarının yaşadığı problemləri kiçiltməyə meyil göstərə bilərlər. Bu isə ailədə sağlam rəqəmsal balansın formalaşmasını çətinləşdirər”, - deyə nevropsixiatr bildirib.

Theo Compernolle qeyd edib ki, yeniyetmələrdə internet istifadəsinin normalarının ilkin qiymətləndirilməsi üçün elmi əsaslandırılmış vasitələrdən biri PRIUSS (Problematic and Risky Internet Use Screening Scale) skrininq şkalasıdır. Onun qısaldılmış PRIUSS-3 versiyası son altı ay ərzində internet istifadəsinin sosial narahatlığı artırıb-artırmadığını, internetdən uzaq qalarkən narahatlıq və ya özünü təcrid olunmuş hissetmə hallarının olub-olmadığını, eləcə də internet istifadəsinin digər vacib işlərə motivasiyanı azaldıb-azaltmadığını müəyyənləşdirməyə kömək edir.

“Hər bir suala “heç vaxt”dan “çox tez-tez”ə qədər beşballıq şkala üzrə qiymət verilir. Ümumi nəticə 3 və ya daha yüksək olduqda, yeniyetmədə problemli internet istifadəsi riskinin daha ətraflı qiymətləndirilməsi məqsədilə tam PRIUSS-18 alətinin tətbiqi tövsiyə olunur. Belə skrininq vasitələri problemi erkən mərhələdə müəyyənləşdirməyə və vaxtında müdaxilə etməyə imkan yaradır”, - deyə akademik bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb

17:38
13 İyul

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

17:36
13 İyul

Şuşadan ünvanlanan mesajlar

17:35
13 İyul

Milli Məclisin növbəti plenar iclası keçirilib, 22 məsələ müzakirə olunub

17:26
13 İyul

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

16:53
13 İyul

Azərbaycanın Avropa İttifaqı ölkələrindən məhsul idxalının dəyəri 17 faiz azalıb

16:51
13 İyul

Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı

16:34
13 İyul

Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb

16:28
13 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

16:23
13 İyul

Milli və beynəlxalq jurnalistika doktrinasının inkişafında keyfiyyətcə yeni mərhələ

16:21
13 İyul

“Yay Fest 2026”ya start verilib

16:19
13 İyul

Konqolu iştirakçı: Forumun geniş miqyası və böyük potensialı var

16:14
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər Panel müzakirə

16:12
13 İyul

Azərbaycanın təbii qaz tədarükü Aİ-nin enerji təhlükəsizliyinə töhfə verir

15:59
13 İyul

Botsvanalı iştirakçı: Biz Şuşa Qlobal Media Forumu kimi platformalarda çox şey öyrənirik

15:47
13 İyul

LENA-nın direktoru: Şuşa Forumu jurnalistlər üçün mühüm əməkdaşlıq platformasıdır

15:34
13 İyul

“Panjab TV”nin müxbiri: IV Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyət daşıyır

15:11
13 İyul

Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır

14:39
13 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb VİDEO

14:36
13 İyul

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

14:16
13 İyul

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

14:09
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!