24 İyul 2026 10:10
2883
Səhiyyə
A- A+
Beyni qüvvətləndirən qidalar

Beyni qüvvətləndirən qidalar


Yaddaşın zəifləməsi, düşünmə və qərarvermə qabiliyyətinin tədricən itirilməsi artıq təkcə yaşlı insanların deyil, həm də cavanların həyat keyfiyyətinə ciddi təsir göstərən sağlamlıq problemidir. Mütəxəssislər sağlam həyat tərzinin, müntəzəm fiziki aktivliyin,  xüsusilə düzgün qidalanmanın beyin sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. Beyin hüceyrələrinin quruluşu, sinir impulslarının ötürülməsi və yaddaş prosesləri birbaşa qəbul etdiyimiz qidalardan asılıdır. Bu səbəbdən gündəlik rasiona beyin üçün faydalı məhsulların daxil edilməsi tövsiyə olunur.

Bu siyahının ilk sırasında noxud yer alır. Bir çox insan zülal mənbəyi deyildikdə ilk növbədə ət, yumurta və süd məhsullarını düşünür. Halbuki noxud da yüksəkkeyfiyyətli bitki mənşəli zülal mənbəyidir. Zülallar orqanizmdə amin turşularına parçalanır və həmin amin turşuları sinir hüceyrələri arasında əlaqə yaradan neyrotransmitterlərin yaranmasında iştirak edir. Neyrotransmitterlərin normal fəaliyyəti isə yaddaşın formalaşması, diqqətin cəmlənməsi və öyrənmə prosesləri üçün vacibdir. Konservləşdirilmiş noxudu salatlara əlavə etmək, sobada qızartmaq və ya humus hazırlayaraq istehlak etmək mümkündür.

Beyin üçün ən faydalı meyvələrdən biri də qaragilədir. Qaragilənin tünd bənövşəyi rəngi onun yüksək antioksidant tərkibindən xəbər verir. Bu meyvədə olan antosiyaninlər və kversetin adlı flavonoidlər beyində iltihabı azaltmağa, qan dövranını yaxşılaşdırmağa və yeni sinir hüceyrələrinin yaranmasını dəstəkləməyə kömək edir. Antosiyaninlər xüsusilə yaddaş və diqqətə cavabdeh olan beyin nahiyələrində qan axınını artırır. Kversetin isə hüceyrələri gündəlik həyatın yaratdığı oksidativ stresdən qoruyur. Qaragiləni qatıq, yulaf sıyığı və ya smuzi ilə birlikdə qəbul etmək tövsiyə olunur.

Yaşıl yarpaqlı tərəvəzlər də beyin üçün əvəzolunmaz qidalardandır. İspanaq, kələm, pazı, brokoli, roka və kahının tərkibində bol miqdarda fol turşusu, K və C vitaminləri, maqnezium və dəmir var. Fol turşusu sinir sisteminin normal inkişafı üçün vacibdir, K vitamini isə sinir hüceyrələri arasında əlaqələrin qorunmasına kömək edir. Maqnezium və dəmir diqqətin, zehni oyaqlığın və enerji istehsalının təmin edilməsində mühüm rol oynayır. Araşdırmalar göstərir ki, yaşıl yarpaqlı tərəvəzləri müntəzəm qəbul edən insanlarda yaşla bağlı idrak zəifləməsinin qarşısı alınır.

Yağlı balıqların beyin sağlamlığındakı rolu isə artıq uzun illərdir elmi şəkildə sübut olunub. İnsan beyninin təxminən 60 faizi yağdan ibarətdir və bu yağın mühüm hissəsini omeqa-3 turşuları təşkil edir. Omeqa-3 sinir hüceyrələrinin membranlarının əsas komponentlərindən biridir və yaddaş, diqqət, öyrənmə kimi proseslər üçün vacib sayılır. Tədqiqatlar göstərir ki, omeqa-3-ün yüksək qəbulu Altsheymer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid zülallarının toplanmasını azalda bilər. Mütəxəssislər həftədə ən azı iki dəfə qızılbalıq, sardina, istavrit, hamsi, alabalıq, ringa və ya palamut kimi yağlı balıqların istehlakını tövsiyə edirlər. Konservləşdirilmiş balıqlar isə əlavə olaraq D vitamini və kalsiumla zəngindir.

Son illər tünd şokoladın da beyin sağlamlığı üçün faydalı olduğu barədə çoxsaylı araşdırmalar dərc olunur. Ən azı 70 faiz kakao tərkibli tünd şokolad flavonoidlər, epikatexin, katexin və prosianidin kimi bioaktiv maddələrlə zəngindir. Bu birləşmələr beyində qan dövranını yaxşılaşdırır, diqqət və yaddaş funksiyalarını dəstəkləyir, hüceyrələri oksidativ zədələnmədən qoruyur. Bununla yanaşı, tərkibindəki az miqdarda kafein qısamüddətli zehni performansı yüksəldə bilər. Lakin mütəxəssislər hədd miqdarına diqqət yetirməyi, gündə cəmi bir-iki kiçik parça tünd şokolad yeməyi məsləhət görürlər.

Aralıq dənizi pəhrizinin əsas komponentlərindən olan rafinə olunmuş zeytun yağı da beyin sağlamlığını qoruyan məhsullar sırasındadır. Onun tərkibində olan polifenollar və digər iltihabəleyhinə maddələr damarların elastikliyini qoruyur, qan dövranını yaxşılaşdırır və nəticədə beyinə daha çox oksigen çatmasına şərait yaradır. Sağlam damar sistemi isə sağlam beyin fəaliyyətinin əsas şərtlərindən biridir. Salatlara az miqdarda sızma zeytun yağı əlavə etmək gündəlik qidalanmanın faydalı hissəsinə çevrilə bilər. Qoz-fındıqlar arasında xüsusilə Braziliya qozu diqqət çəkir. O, sağlam yağlarla yanaşı, güclü antioksidant olan seleniumun ən zəngin təbii mənbələrindən biridir. Selenium beyin hüceyrələrini oksidativ zədələnmədən qoruyur və sinir sisteminin normal fəaliyyətini dəstəkləyir. Bununla belə, Braziliya qozunda selenium çox yüksək miqdarda olduğu üçün gündə iki-üç ədəddən artıq qəbul etmək məsləhət görülmür. Onu qəlyanaltı kimi yemək və ya qatığa əlavə etmək də mümkündür. Balqabaq toxumu da maqnezium, sink və dəmir baxımından zəngin olduğu üçün sinir impulslarının ötürülməsində mühüm rol oynayır, diqqət və yaddaşı dəstəkləyir.

Yumurta da beyin üçün ən qiymətli qidalardan hesab edilir. Onun tərkibində olan kolin maddəsi yaddaş və öyrənmə prosesində mühüm rol oynayan asetilxolin adlı neyrotransmitterin yaranmasına kömək edir. Eyni zamanda yumurta B6, B12 vitaminləri və fol turşusu ilə zəngindir. Bu vitaminlər yaşla bağlı idrak zəifləməsinin qarşısının alınmasına dəstək verir.

Portağal, limon və qreypfrut kimi sitrus meyvələri yüksək C vitamini tərkibinə görə antioksidant müdafiəni gücləndirir. C vitamini beyin hüceyrələrini sərbəst radikalların zərərli təsirindən qoruyur, iltihabın azalmasına kömək edir və stress hormonlarının tənzimlənməsində iştirak edir.

Yaşıl çay da beyin fəaliyyətini dəstəkləyən içkilərdən biridir. Onun tərkibindəki polifenollar və antioksidantlar beyin hüceyrələrini qoruyur, kafein isə diqqət və oyaqlıq səviyyəsini artırır. Yaşıl çay müntəzəm istifadə olunduqda yaddaş və konsentrasiyanın yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Mütəxəssislər vurğulayırlar ki, təkcə bir məhsulun qəbul edilməsi möcüzə yaratmır. Beyin sağlamlığı üçün əsas prinsip müxtəlif və balanslı qidalanma, kifayət qədər fiziki aktivlik, normal yuxu rejimi, siqaretdən uzaq durmaq, qan təzyiqi və şəkər səviyyəsinə nəzarət etməkdir. B vitaminləri, xüsusilə B6, B12 və fol turşusu sinir sisteminin normal fəaliyyəti üçün vacib olsa da, onların təsiri sağlam həyat tərzinin digər elementləri ilə birlikdə daha güclü olur.

Müasir tədqiqatların nəticələri göstərir ki, insan beyninin sağlamlığı böyük ölçüdə gündəlik seçimlərimizdən asılıdır. Müntəzəm hərəkət etmək, sosial həyatda aktiv olmaq, zehni məşqlər etmək və antioksidantlar, omeqa-3 yağ turşuları, vitamin və minerallarla zəngin qidaları rasiona daxil etmək təkcə yaddaşı gücləndirmir, həm də gələcəkdə demensiya riskinin azalmasına kömək edir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

21:40
17 Avqust

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  

20:10
17 Avqust

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır  

20:05
17 Avqust

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  

20:00
17 Avqust

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 

19:55
17 Avqust

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub  

19:50
17 Avqust

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19:45
17 Avqust

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

19:40
17 Avqust

Azərbaycan əhalisinin sayı açıqlanıb

19:35
17 Avqust

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir  

19:30
17 Avqust

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır  

19:25
17 Avqust

ABŞ eksperti: TRIPP Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər

19:20
17 Avqust

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib  

19:15
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!