16 İyul 2026 16:03
602
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ilə Türkiyənin Toxum Yetişdiriciləri Alt Birliyi (TYAB) arasında Niyyət və Əməkdaşlıq Protokolu imzalanıb. Protokolu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Toxum Yetişdiriciləri Alt Birliyinin rəhbəri Miktat Olgun imzalayıblar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənədin imzalanmasında əsas məqsəd iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini kənd təsərrüfatı və toxumçuluq sahələrində daha da möhkəmləndirməkdir. Həmçinin məlumat, təcrübə və müasir texnologiyaların mübadiləsini genişləndirmək, həmçinin aqrar sahədə insan kapitalının inkişafına və uzunmüddətli texniki əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Protokola əsasən, tərəflər təlimçilərin hazırlanması və fermerlər üçün təlimlərin təşkili, toxumçuluq və sertifikatlaşdırma sistemlərinin inkişafı, toxum istehsalı, emalı, saxlanması və logistikası sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, kənd təsərrüfatının mexanikləşdirilməsi, dəqiq əkinçilik, rəqəmsal və “ağıllı” kənd təsərrüfatı texnologiyalarının tətbiqi, bərpaolunan enerji həllərinin təşviqi, aqrar sahədə davamlılığın gücləndirilməsi, kənd təsərrüfatı yayımı və fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək. Məlumat və texnologiya transferinin genişləndirilməsi, aqrar innovasiyaların təşviqi və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması da əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Əməkdaşlıq çərçivəsində azərbaycanlı mütəxəssislər, texniki heyət və qabaqcıl fermerlər üçün Türkiyədə tətbiqi təlim proqramları və texniki tanışlıq səfərləri təşkil olunacaq. Türkiyənin Tətbiqi Fermer Təlimi Layihəsi (UÇEP) çərçivəsində həyata keçiriləcək proqramlar toxumçuluq, müasir kənd təsərrüfatı texnologiyaları, rəqəmsal və dəqiq əkinçilik, sertifikatlaşdırma sistemləri, kənd təsərrüfatı texnikasından səmərəli istifadə və digər aktual mövzuları əhatə edəcək. Eyni zamanda, iştirakçılar aqrar sahədə fəaliyyət göstərən müəssisələrin və elmi-tədqiqat institutlarının qabaqcıl təcrübəsi ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!