16 İyul 2026 13:28
831
SİYASƏT
A- A+
“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Almaniya paytaxtının televiziya kanalı olan “TV Berlin”də Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş geniş reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın son illər enerji təhlükəsizliyi, ticarət, nəqliyyat və regional sabitlik sahələrində Almaniya və Avropa üçün getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya son səfərinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, səfər çərçivəsində enerji, nəqliyyat, rəqəmsal infrastruktur və regional bağlantılar üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Avropa İttifaqının Cənubi Qafqazda bağlantıların inkişafına yeni dəstək paketini açıqlamasının Brüsselin Azərbaycanı qitənin dayanıqlılıq, enerji təhlükəsizliyi və ticarət strategiyasının mühüm elementi kimi qiymətləndirdiyini göstərdiyi vurğulanıb.

Materialda Azərbaycan-Almaniya münasibətlərinin dinamik inkişafından da söz açılıb, iki ölkə arasında siyasi dialoqun son illərdə yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev 2023-cü ildən bəri Almaniyaya beş dəfə səfər edib. Bu səfərlərin ikisi Kansler Olaf Şoltsun dəvəti ilə Berlinə, üçü isə Münxen Təhlükəsizlik Konfransı ilə əlaqədar baş tutub. Həmçinin ötən ilin aprelində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfər edən ilk rəsmi Almaniya Prezidenti olduğu qeyd olunub. Bundan başqa, ötən ilin dekabrında Almaniya Kansleri Fridrix Merts ilə Prezident İlham Əliyev arasında telefon danışığı xatırlanıb, Kanslerin dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdiyi bildirilib. Bu təmasların Azərbaycanın Almaniyanın Şərq tərəfdaşlığı siyasətində artan rolunun göstəricisi olduğu diqqətə çatdırılıb.

Reportajda Cənubi Qafqazın Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən əsas geosiyasi məkanlardan biri olduğu vurğulanıb. Bu kontekstdə Azərbaycanın yerləşdiyi coğrafiyanın regionda əməkdaşlığın genişlənməsi və sabitliyin möhkəmlənməsi üçün unikal imkanlar yaratdığı qeyd edilib. Xüsusilə Orta Dəhlizin Avropa və Mərkəzi Asiya arasında yükdaşımaların əsas marşrutlarından birinə çevrildiyi, Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün etibarlı və alternativ logistika xətlərinin strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Yaxın Şərqdə baş verən geosiyasi gərginlik və beynəlxalq ticarət marşrutlarına təsir göstərən risklər fonunda Azərbaycanın Şərqlə Qərb arasında etibarlı tranzit ölkəsi kimi rolunun daha da gücləndiyi qeyd olunub. Bu məqam Hamburqda fəaliyyət göstərən Orta Dəhliz üzrə ekspert Mirko Novakın açıqlamasında da xüsusi vurğulanıb: “Orta Dəhliz malları ucuz və rəqabətli şəkildə bazara çıxarmaq üçün lazımi marşrutlar və imkanlar təklif edir”.

Enerji sahəsində əməkdaşlıq reportajda əsas istiqamətlərdən biri kimi təqdim olunub. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrinin şaxələndirilməsini sürətləndirdiyi və bu çərçivədə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracını müharibədən əvvəl illik təxminən 8 milyard kubmetr həcmdən 13 milyard kubmetrə çatdırdığı bildirilib. Almaniyanın “Uniper”, “SEFE” və “VNG” şirkətlərinin hər il Azərbaycandan 3 milyard kubmetrdən artıq qaz aldığı qeyd olunub. Bununla yanaşı, Azərbaycanın külək və günəş enerjisinə yatırımları artırdığı, Xəzər regionunu Avropa ilə birləşdirəcək gələcək yaşıl enerji layihələrinin mühüm iştirakçılarından birinə çevrilmək niyyətində olduğu vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq Almaniya üçün yeni asılılıq deyil, enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi deməkdir. Berlində fəaliyyət göstərən tanınmış jurnalist Evald Köniq Azərbaycanın enerji ixracının Avropa və xüsusilə Almaniya üçün önəminə toxunaraq deyib: “Beləliklə, Azərbaycan Almaniya ilə əməkdaşlıqda getdikcə daha çox mərkəzi rol oynayacaq”.

“TV Berlin” Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlara da xüsusi yer ayıraraq, bu məsələnin bölgədə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb. Bildirilib ki, ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm diplomatik mərhələdir. Tranzit yükdaşımaların bərpasına və iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş təşəbbüslərin regionda yeni nəqliyyat marşrutlarının formalaşmasına, ticarətin artmasına və Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verə biləcəyi qeyd olunub.

Materialda Almaniyanın Azərbaycanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu, ölkədə maşınqayırma, tikinti, logistika, energetika və xidmət sahələrində 200-dən çox Almaniya şirkətinin fəaliyyət göstərdiyi də diqqətə çatdırılıb. Eləcə də Azərbaycanın iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, multikultural ənənələri və sabit tərəfdaş kimi formalaşan imicinin ölkəmizin Almaniya üçün əhəmiyyətini daha da artırdığı vurğulanıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev reportajda bu əməkdaşlığın böyük və çoxşaxəli potensialı barədə qeyd edib: “Almaniya-Azərbaycan tərəfdaşlığında enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq, Asiya ilə Avropa arasında konnektivliyin gücləndirilməsi və etibarlı təchizat zəncirləri mühüm yer tutur. Bütün bunlar vətəndaşlarımız və iqtisadiyyatlarımız üçün böyük fayda verir”.

Reportajın yekununda xüsusilə qeyd edilib ki, dəyişən geosiyasi şəraitdə Almaniya ilə Azərbaycanın əməkdaşlığı artıq enerji sektoru ilə məhdudlaşmır. Ticarət, nəqliyyat-kommunikasiya əlaqələri, Avropa ilə Asiya arasında konnektivliyin inkişafı, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması və regional sabitliyin möhkəmləndirilməsi iki ölkə arasında tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir. Bu baxımdan Azərbaycan Avropanın strateji xəritəsində getdikcə daha mühüm mövqe tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiya XİN-i Rusiyaya sərt etirazını bildirib

16:05
13 Avqust

Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək

16:00
13 Avqust

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

15:55
13 Avqust

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

15:50
13 Avqust

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!