03 Dekabr 2024 14:45
242
SİYASƏT
A- A+
Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışıb

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışıb

Dekabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, Təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və sair istiqamətlər üzrə əməkdaşlıq imkanlarından istifadə ilə bağlı ölkəmizin baxışından bəhs edib.

Nazirlər Şurasının 28-ci iclasının İƏT-in 2023-cü il oktyabrın 10-da Şuşa şəhərində keçirilən görüşündən bəri Təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

2024-cü ildə Təşkilata sədrliyinə, habelə Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İran İslam Respublikasına təşəkkür edilib, Təşkilata növbəti il sədrlik edəcək Qazaxıstan Respublikasına uğurlar arzulanıb.

Növbəti il ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etmək niyyətində olduğu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyi diqqətə çatdırıb.

Üzv dövlətlər arasında mövcud iqtisadi potensiala əsaslanan, bu istiqamətdə regional çağırışlarla mübarizədə hədəfləri təsbit edən və dayanıqlı inkişaf gündəliyi ilə uyğunluq təşkil edən “İƏT-ə Baxış 2025” strategiya sənədinin əhəmiyyəti vurğulanıb.

İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin vacibliyi qeyd olunub. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu qeyd edilib.

İƏT ölkələrinin bir çoxunun dənizə çıxışı olmadığını nəzərə alaraq, xüsusilə, Şimal-Cənub Dəhlizi, Şərq-Qərb Transxəzər Orta Dəhliz, Rəqəmsal İpək Yolu, Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsi, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Ötən ay ölkəmizin ev sahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəki nailiyyətlərdən ətraflı bəhs edən nazir Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə edilmiş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu bildirib.

Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən Ceyhun Bayramov bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.

Sonda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

11:54
17 Yanvar

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək

11:41
17 Yanvar

“YAŞAT” Fondu şəhid Cavidan Ağayevin anasının əməliyyat xərclərini ödəyib

11:17
17 Yanvar

Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  

11:15
17 Yanvar

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb  

10:56
17 Yanvar

Çində əhalinin sayında azalma ardıcıl üçüncü ildir davam edir  

10:53
17 Yanvar

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

10:48
17 Yanvar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

10:42
17 Yanvar

“Azeri Light” markalı neft ucuzlaşıb

10:24
17 Yanvar

DİN: Ötən gün 71 cinayətin üstünün açılması təmin olunub

10:22
17 Yanvar

Roma Papası yıxılaraq qolundan zədələnib

10:06
17 Yanvar

Ruben Vardanyanın məhkəməsi başlayır

09:41
17 Yanvar

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır

09:35
17 Yanvar

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

09:31
17 Yanvar

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

09:19
17 Yanvar

Mifopoetik ənənələrdə çillələr

09:15
17 Yanvar

Paytaxtda müasir nəqliyyat sisteminin qurulması davam edir

09:10
17 Yanvar

Bakı Limanı Xəzər regionunda əsas logistika qovşağı kimi fəaliyyətini genişləndirib

09:05
17 Yanvar

Cəbrayıl daha 153 sakinini qarşıladı

09:00
17 Yanvar

Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu

08:55
17 Yanvar

Paşinyan hakimiyyətini çətin günlər gözləyir

08:50
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!