04 Dekabr 2024 08:35
147
SİYASƏT
A- A+
Co Bayden cinayətkar oğlunu əfv edib

Co Bayden cinayətkar oğlunu əfv edib


Başqalarına demokratiya "dərs"i keçmək işin asan tərəfidir. Səmimi görünmək, inam qazanmaq, ən əsası ədalətli olmaq üçün söylədiklərinə ilk növbədə özün əməl etməlisən. 

Əks təqdirdə, nə sözlərinin dəyəri, nə də özünə etibar qalır. Uzaq ölkələrdə demokratiya, ədalət "axtaran", beynəlxalq qanunlardan dəm vuran ABŞ Prezidenti Co Bayden vəzifəsindən sui-istifadə edərək həbsi nəzərdə tutulan oğlu Hanter Baydenin əfvinə görə qınaq obyektinə çevrilib.

Hanter Bayden qanunsuz əməllərinə görə hələ xeyli müddət əvvəl nəinki ABŞ-nin, eləcə də dünya mediasının diqqətində olub. O, 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.

Hanter Bayden həmçinin vergidən yayınma ilə əlaqədar irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. ABŞ Prezidentinin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulub.

Hələ məhkəmədən qabaq oğlu təqsirli bilindiyi halda onu əfv etməyəcəyini bəyan edən ABŞ-nin dövlət başçısı Co Bayden nə qanuna əməl edib, nə də verdiyi sözə yiyə durub. Məlum olduğu kimi, ABŞ Prezidenti silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Ötən ay Prezident oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əfv edilməsinə dair bəyanat yayılıb.

Xarici KİV-in yaydığı məlumata görə, Co Baydenin bəyanatında deyilir: "Bu gün oğlum Hanter üçün əfv imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Departamentinin qərar qəbul etməsinə mane olmayacağımı dedim, oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını müşahidə etdiyim halda belə sözümü tutdum. Hanterə fərqli münasibət göstərildiyi aydındır. Onunla bağlı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa başladıqlarından sonra səsləndirildi".

Ölkənin hazırkı lideri Co Baydenin qanunları heçə sayaraq verdiyi bu qərarı hiddətlə qarşılayanlardan biri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp olub. O, bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi dəyərləndirib. "Ədalətdən sui-istifadə ilə bağlı belə olur" - ABŞ-nin 47-ci prezidenti Donald Tramp öz paylaşımında yazıb.

Nümayəndələr Palatasının üzvü Qreq Stenton isə "ABŞ prezidenti Co Bayden oğlu Hanteri əfv etməklə səhv edib" deyib. Qreq Stenton öz paylaşımında qərəzli olmadığına, sadəcə verilən əfvin qanundan kənar olduğuna diqqəti çəkib: "Mən prezident Baydenə hörmət edirəm, lakin onun bu məsələdə səhv etdiyini düşünürəm". Qreq Stenton Hanter Baydenə qarşı məhkəmənin siyasi motivli təqib olmadığını, onun ağır cinayətlər törətdiyini və məhkəmə tərəfindən təqsirli bilindiyini vurğulayıb.

Nümayəndlər Palatasının üzvü  Jeyms Komer isə prezident ailəsinin əvvəldən axıra qədər yalan danışdığını bildirib: "O, nəinki yalandan oğlunun xarici biznes tərəfdaşları ilə görüşmədiyini və oğlunun heç bir səhv etmədiyini iddia etdi, həm də Hanter Baydeni əfv etməyəcəyini deyərək yalan danışdı". 

ABŞ Prezidenti Co Baydenin oğlu Hanteri əfv etməsi dünya miqyasında əks-səda doğurub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə ABŞ-nin hazırkı prezidenti Co Baydenin oğlu Hanteri əfv etmək qərarını "demokratiyanın karikaturası" adlandırıb. Mariya Zaxarova bu barədə "İzvestiya" qəzetinə  müsahibəsində deyib.

Co Baydenin hakimiyyəti təhvil verməyə az qalmış atdığı bu addımı, verdiyi qərarı çoxları ABŞ-də demokratiyaya növbəti zərbə kimi dəyərləndirir. Bütün dünyada qanun ali hesab edilir. Qanun, məhkəmə qarşısında hər kəs bərabərdir. Dünyanın hər yerində həbsxanalar mövcuddur. Həmin həbsxanalar varlıya, kasıba, vəzifəliyə, vəzifəsizə ayrılmadan qanuni şəkildə cəzasını çəkməli olanlar üçündür. 

Hanter Baydenin də cinayət əməlləri qanunla və məhkəmənin hökmü ilə sübuta yetirilib. Odur ki, hər kəs bu fikirdədir ki, cinayətkar oğlunu əfv etməklə Co Bayden qanunsuzluğa yol verib. ABŞ-nin hazırkı lideri ölkəsində hər kəsdən öncə özü əməl etməli, özü qorumalı olduğu qanunu pozub.  


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

Şahruddin Məhəmmədəliyev qayıdır

18:39
04 Dekabr

Makron istefaya çağırışların mənasız olduğunu bildirib

18:38
04 Dekabr

İ. Kobaxidze avropalı siyasətçilərin hərəkətsizliyini zorakılığı təşviq etmək kimi qiymətləndirib  

18:37
04 Dekabr

Deqradasiyaya uğramış ərazilərin sahəsi 15 milyon kvadrat kilometrə çatıb

18:36
04 Dekabr

İlon Maskın fikrincə, bəşəriyyətin ən böyük təhlükəsi...

18:33
04 Dekabr

Haitidə hər dörd uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir

18:33
04 Dekabr

Səslərdən real görüntü yaradan süni intellekt hazırlanıb

18:32
04 Dekabr

Cənubi Koreya və ABŞ nüvə qarşısının alınması üzrə danışıqları təxirə salıb

18:31
04 Dekabr

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə olub  

18:30
04 Dekabr

Karlos Sançes: Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsi vacibdir  

18:24
04 Dekabr

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemini istifadəyə verib  

18:23
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!