29 Noyabr 2024 08:20
1077
SİYASƏT
A- A+
Azərbaycanın dünya diplomatiya tarixinə yazdığı daha bir uğur

Azərbaycanın dünya diplomatiya tarixinə yazdığı daha bir uğur


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bütün dünya üçün tarixi nəticələrlə tamamlandı. Ölkəmiz beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə bu qlobal tədbirə evsahibliyi edərək təşkilati işlər üçün ayrılmış müddətin məhdudluğuna rəğmən COP29-u ən yüksək səviyyədə reallaşdırdı. Bütün lazımi hazırlıqlar həyata keçirildi. Ölkəmiz indiyə qədər evsahibliyi etdiyi digər beynəlxalq tədbirlər kimi COP-un da yeni standartlarını yaratdı. Bu əlamətdar hadisə möhtəşəmliyi ilə yaddaqalan COP-lardan biri kimi tarixə yazıldı. Yada salaq ki, COP29 tədbirində 80 dövlət və hökumət başçısı iştirak edirdi, tədbirə ümumilikdə 76 mindən çox iştirakçı qatılmışdı. COP29-un təşkili səviyyəsi ilə bağlı bütün qonaqların ən yüksək rəylərini duymaq qürurverici idi. 

Bir məqamı xüsusi qeyd etmək lazım gəlir ki, Azərbaycan COP29 tədbirinin təşkilati işləri ilə heç də rahat bir şəraitdə məşğul olmurdu. Hazırlıq işləri ölkəmizə qarşı məqsədli şəkildə aparılan genişmiqyaslı, planlaşdırılmış böhtan və qarayaxma kampaniyası fonunda gedirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə edə bildi. 


Azərbaycan bitərəf vasitəçi missiyasını uğurla yerinə yetirdi 


"Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi funksiyasını əvvəldən sona qədər qorudu. Danışıqların tam obyektiv, qərəzsiz şəkildə aparılmasından ötrü bütün lazımi imkanları yaratdı. Proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticələrin əldə olunması çağırışları etdi. Bu da məntiqi idi. Çünki iqlim dəyişmələrinin ən ağır yükü məhz bu ölkələrin üzərinə düşür. Azərbaycan bu müddətdə müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlarla da həmrəylik nümayiş etdirdi. Ölkəmiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinin şahidinə çevrildi.

COP29-un ən böyük uğurlarından biri tədbir zamanı İtki və Zərər Fondunun institutlaşdırılaraq tam işlək vəziyyətə gətirilməsindən ibarət oldu. Eyni zamanda Paris Sazişinin karbon bazarı ilə bağlı 2015-ci ildən bəri müzakirəsi aparılan 6-cı maddəsi də icraya yönəldi. Ən mühümü isə COP29-da 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal hədəf qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) müəyyənləşdi. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. 

"Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirin tarixi nəticələrini şərh edərkən demişdir.

COP29-un yekununda müəyyənləşmiş Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Əvvəlki hədəf 100 milyard ABŞ dolları həcmində idi. Beləliklə, Bakı Maliyyə Məqsədinin müəyyən etdiyi məbləğ əvvəlkini üç dəfə üstələyir. Belə bir əhəmiyyətli artım qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Bütün bunlar COP29 sədrliyi tərəfindən aparılan 48 saatlıq intensiv diplomatik fəaliyyətin nailiyyətidir. Azərbaycanın həyata keçirdiyi intensiv və çoxtərəfli diplomatiya sayəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.


Ən yaxşı razılaşma


Bakı Maliyyə Məqsədi bu qlobal tədbir çərçivəsində əldə edilən ən yaxşı razılaşma oldu. Açığını deyək ki, belə bir tarixi nəticə gözləntilərə daxil deyildi. Dünyada baş verən geosiyasi parçalanmalar mühitində bir çoxu Azərbaycanın COP29 çərçivəsində mühüm bir nəticəyə nail ola biləcəyinə şübhə ilə yanaşırdı. Bütün mövqelərin belə yüksək nəticələr ətrafında bir araya gələcəyinə çoxları inanmırdı. Nəticələrsə onların bu düşüncədə yanıldıqlarını göstərdi. Belə bir həqiqət bir daha öz təsdiqini tapdı ki, hər hansısa ümumi məqsəd naminə tam səmimi, yüksək əzmlə çalışanda,  başqalarını da buna inandıra biləndə uğurlu nəticə mütləq əldə edilir. Azərbaycan bunu bacardı.  

Dövlət başçısının da vurğuladığı kimi, Bakı Maliyyə Məqsədi 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi strukturunu həmişəlik dəyişəcək.

İqlim dəyişikliyi ilə bağlı elmi tədqiqatlar qarşıdakı illərin o qədər də asan keçməyəcəyini, problemin aktuallığının daha da artacağını göstərir. Bütün bunlar ölkələrin birgə çalışaraq qlobal problemlərin həlli məqsədlərinə doğru fəal əməkdaşlıq etməsi üçün bir sınaqdır. Azərbaycanın təşkilatçılığı ilə COP29-da əldə olunmuş tarixi uğur dünya ictimaiyyətinə qarşıdan gələn fırtınaları hazırlıqlı qarşılayıb onların qarşısını almağa kömək göstərəcək. 

COP29 sədrliyinin fəaliyyət gündəliyində irəli sürülən təşəbbüslər bəzi aktual problemlərə qarşı mübarizə aparır, unudulmuş prioritetlərə işıq salır, ev sahibi ölkənin təcrübəsinə və perspektivinə əsaslanan unikal həllər təklif edərək ardıcıllığı və COP-dan COP-a davamlılığı möhkəmləndirir. Bu təşəbbüslər bütün maraqlı tərəflərlə məsləhətləşmələr əsasında inklüziv və şəffaf şəkildə hazırlanıb. Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar gətirir. Bu təşəbbüslər birlikdə ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcək. Bunlar "COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT)", "Enerji üzrə öhdəliklər və bəyanatlar", "COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı", "İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü", "İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası", "Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə", "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü", "COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi", "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi", "İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi" və sair bu kimi qlobal təşəbbüslərdir.  

Azərbaycan COP29-un sədri kimi öz fəaliyyət gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə də irəliləyiş əldə edə bildi. 


Dünyanı qovuşduran ölkə


Beləliklə, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını əbədi həkk etdi. "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib", - deyə bəyan edən Azərbaycan Respublikası Prezidentinin bu sözlərindəki tarixi həqiqət COP29-un nəticələrində bir daha real şəkildə öz ifadəsini tapdı.   

 ABŞ Prezidenti Cozef Baydenin təbrik bəyanatı, əldə olunmuş nəticənin əsas məqsədə doğru daha bir əhəmiyyətli addımın yaxınlaşdırdığını qeyd etməsi də bu qlobal tədbirin uğurlu yekununun daha bir müsbət amili oldu. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətindəki fəal rolunu bir daha nümayiş etdirərək ölkəmizi qlobal müzakirələrin mərkəzinə çevirdi. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından yeni imkanlar açdı və bu imkanlar düzgün dəyərləndirildi. 

COP29-un başa çatmasından az sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı da əhəmiyyətli bir faktdır. ABŞ seçicilərinin növbəti dörd ildə ölkə rəhbəri kimi məhz Donald Trampı seçməsi yaxın illərdə dünyamızda sülh, əmin-amanlıq, dayanıqlı inkişaf arzusunda olan bütün ölkələr, cəmiyyətlər kimi, Azərbaycan üçün də arzuediləndir. Bu ilin 20 iyulunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı zamanı suallara cavab verərkən Prezident İlham Əliyev Donald Trampın seçki kampaniyası zamanı səsləndirdiyi mühüm tezislərdən birinə - onun vaxtında heç bir müharibə olmayacağı barədə bəyanatlarına əsaslanırdı. "Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".


Güclü Lider - güclü Dövlət


Prezident İlham Əliyevin seçkinin nəticəsindən sonra qələbəsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda da vurğuladığı kimi, o, birinci prezidentlik dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdı. Həmin dövr ərzində Azərbaycan və ABŞ-nin qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığı, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyəti dinamik və yüksələn xətt üzrə inkişafla səciyyəvidir.  Dövlət başçımızın təbrik məktubunda Azərbaycanın enerji strategiyasına D.Trampın qətiyyətli dəstəyi xüsusi qeyd edilirdi. "Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir", - deyə məktubda vurğulanırdı.

Donald Tramp indiki narahat dünyamızda ənənəvi dəyərləri qoruyan, təhlükəsiz dünya uğrunda çalışan, cəmiyyəti sarsıtmağa yönəlmiş neqativ hallara, o cümlədən cinsi azlıqlara münasibəti xoş olmayan liderlərdəndir. Müasir dünyamızda belə liderlərə çox böyük ehtiyac var. Bütün bunlar tarixi reallıqdır ki, Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Viktor Orban, Aleksandr Vuçiç və başqa belə güclü şəxsiyyətlərin idarəçiliyi dövründə onların lideri olduqları ölkələrdə çox güclü inkişaf baş verib, dövlətçilik dəyərləri, ənənələri möhkəmlənib, milli dəyərlərin aliliyi təmin edilib. Bu, Azərbaycan Respublikası Prezidentinin "güclü Lider - güclü Dövlət" konsepsiyasına uyğundur.

Ümid etməyə dəyər ki, Donald Trampın dünyanın supergüclərindən olan ABŞ-yə rəhbərliyi dövründə dünyada yeni bir dövr başlanacaq, güclü liderlərin iradəsi ilə münaqişələrə, gərginliklərə son qoyulacaq, bəşəriyyətin rifahı, insanın xoşbəxtliyi məqsədinə doğru mühüm addımlar atılacaq. 

Qlobal müzakirələrin mərkəzində qərar tutan, tam səmimi şəkildə həll axtarışlarına çalışan ölkə kimi Azərbaycan da bu prosesə mühüm töhfələrini davam etdirəcək. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

“Xiaomi”nin elektrikli krossoveri sərgilənib

17:48
10 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:45
10 Dekabr

Dövlət Komitəsinin sədri Abşeron və Zəngilan sakinlərinin müraciətlərini dinləyəcək  

17:42
10 Dekabr

Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib  

17:40
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

17:37
10 Dekabr

Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

17:36
10 Dekabr

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

17:35
10 Dekabr

İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

17:34
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!