30 Noyabr 2024 08:00
2040
SİYASƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurun bərpası gələn il də prioritet olacaq

Qarabağ və Şərqi Zəngəzurun bərpası gələn il də prioritet olacaq


Bu ərazilərin bərpasına ayrılacaq ümumi vəsaitin həcmi 23 milyard manata çatacaq


Artıq Milli Məclisdə "2025-ci ilin dövlət büdcəsi" layihəsi  birinci oxunuşda qəbul edilib.  Növbəti ilin dövlət büdcəsi layihəsində Qarabağ və Şərqi Zəngəzurda aparılacaq quruculuq və bərpa işləri üçün 4 milyard manat nəzərdə tutulub. Bu isə bir daha göstərir ki, gələn il də büdcə siyasətinin qarşısında duran əsas çağırışlardan biri işğaldan azad edilən ərazilərin bərpa və yenidənqurma işləridir. 


Dinamik inkişaf

 

İşğaldan azad edilən ərazilərə qayıdışı milli ideya kimi müəyyənləşdirən Prezident İlham Əliyev hələ zəfərimizin ikinci ildönümündə mədəniyyət paytaxtımız Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı vurğulamışdı ki, dünya təcrübəsində hələ belə bir nümunə yoxdur ki, ağır müharibədən çıxan bir ölkənin iqtisadiyyatı heç bir böhran yaşamasın, büdcəsi nəinki müharibədən əvvəlki səviyyədə, hətta ondan da yüksək olsun və davamlı olaraq artsın.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin büdcə müzakirələri zamanı məlumat verib ki, Dövlət Neft Fondunun hətta transferləri nəzərə alınmasa belə, büdcə gəlirləri artım dinamikasına malikdir. Belə ki, transfersiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard  manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılır.

Azərbaycan dövləti büdcə gəlirlərini hər zaman ölkənin rifahı və inkişafı, əhalinin yüksək həyat şəraitinin təmini istiqamətinə yönəldir. Bu sayədə davamlı olaraq maaşlar, pensiyalar, sosial müavinətlər artır. Eyni zamanda qısa zamanda böyük səmərə və yüksək keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazinin yenidən qurulması, Qarabağda və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması və onların dədə-baba yurdlarına qaytarılması dövlətimizin gündəliyində duran əsas məsələdir.

Bu il sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev söylədi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir: "Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim. Sadəcə olaraq, bir neçə rəqəmi sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır". 

Vurğulandığı kimi, 2025-ci ildə daha 4 milyard manat bu istiqamətə yönəldiləcək. 

Bütün bunlara görədir ki, cəmi dörd il əvvələ qədər bir həyat nişanəsinə belə rast gəlinməyən  Qarabağ və Şərqi Zəngəzurun siması bu gün tamamilə dəyişib və nəhəng tikinti-quruculuq meydanına çevrilən bu yerlərimizə sürətlə qayıdış gerçəkləşdirilir. 


Qayıdış üçün möhkəm zəmin


Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"ı təsdiq edilib. Bu istiqamətdə görüləcək işlərlə bağlı mühüm yol xəritəsi olan Tədbirlər Planına əsasən, bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulur. Həmçinin 2025-ci ilədək 10 270, 2026-cı ilədək isə 34 500 ailənin köçürülməsi gözlənilir.

Zəfərdən dərhal sonra genişmiqyaslı quruculuq işlərinə start verilən Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər kommunikasiya layihələri uğurla həyata keçirilir. Meqalayihələrin reallaşdırıldığı, nəhəng tunellərin salındığı bu yerlərdə hazırda iki beynəlxalq hava limanı tikilərək istifadəyə verilib - Füzuli və Zəngilan hava limanları. Laçın Beynəlxalq Hava limanının isə sürətli tikintisi aparılır. Bu ildən etibarən Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə ümumilikdə bölgənin elmi inkişafının da təməli qoyulub. 

Kompleks işlər görülərək qayıdış üçün möhkəm zəmin hazırlanan Qarabağ və Şərqi Zəngəzura 2022-ci il iyulun 19-dan etibarən keçmiş məcburi köçkünlərin davamlı olaraq qayıdışı həyata keçirilir. 

İndiyədək 2333 ailə - 9010 nəfər dədə-baba yurdlarına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 220 ailə (823 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 203 ailə, 783 nəfər Cəbrayıl şəhərində məskunlaşıb.

Doğma yurdlarına dönən keçmiş məcburi köçkünlərə layiqli həyat şəraitinin yaradılması, məşğulluqlarının təmin olunması istiqamətində də mühüm işlər görülür. 

Artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilib.

Prezident İlham Əliyevin şəxsi nəzarəti altında "Böyük qayıdışa dair I Dövlət Proqramı" sürətlə və uğurla icra edilir. Hər il bu ərazilərimizin bərpası və yenidən qurulması üçün milyardlarla manat vəsaitin ayrılması da göstərir ki, Qarabağ və Şərqi Zəngəzura qayıdış dövlət büdcəsinin birnömrəli maliyyə istiqamətidir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!