26 Noyabr 2024 08:10
3152
SİYASƏT
A- A+
İlham Əliyevin COP modeli

İlham Əliyevin COP modeli


29-cu konfrans Azərbaycanın növbəti zəfəri oldu və antiazərbaycançı şəbəkəni iflasa uğratdı


Bakıda noyabrın 11-də öz işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatdı. Bu mötəbər tədbir dünya ictimaiyyətinin nəzərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəltməklə yanaşı, Azərbaycanın beynəlxalq uğuru kimi tarixə düşdü. Eyni zamanda bu tədbir respublikamızın antiazərbaycançı dairələr üzərində növbəti qələbəsi oldu.


Bütün riyakar planlar güclü Azərbaycan dövlətinin qarşısında iflasa uğrayıb

 

Vətən müharibəsindəki Zəfərdən və Qarabağda erməni separatizminə son qoyulmasından sonra Qərbdə mənzillənmiş erməni təəssübkeşlərinin Azərbaycana qarşı məkrli davranışları daha da artıb. Çünki Azərbaycan dövləti 44 günlük savaşda və antiterror tədbirlərində təkcə Ermənistanı və erməni separatçılarını məğlubiyyətə uğratmayıb, həm də Ermənistanın işğal siyasətinin arxasında dayanan, ötən ilə qədər ərazilərimizdə mövcud olmuş erməni separatizminə dəstək verən Fransanı, Niderlandı və onlar kimi digər Qərb siyasi dairələrini, dünya erməniliyini məğlubiyyətə düçar etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasəti ilə Qərbin Azərbaycanla bağlı məkrli planlarını darmadağın edib. 

Ona görə həmin siyasi dairələr Azərbaycanın yaratdığı reallıqlarla barışa bilmirlər. Mütəmadi olaraq respublikamızla bağlı əsassız və həqiqətdən uzaq fikirlər səsləndirir, qərəzli sənədlər qəbul edirlər. Qərbin erməni təəssübünü çəkən dairələri xüsusən Azərbaycanın beynəlxalq uğurları ərəfəsində "fəallaşır", ölkəmizə qarşı riyakar kampaniyalara başlayırlar. Lakin ötən illərin reallıqları göstərir ki, onların bütün mənfur planları güclü Azərbaycan dövlətinin qarşısında daim iflasa uğrayıb.


Miskin, mənəviyyatsız və iyrənc xislətin göstəricisi


Azərbaycanın COP29-a evsahibliyi ilə bağlı qərarın verilməsindən sonra Qərbin antiazərbaycançı dairələrinin respublikamızla bağlı yeni qarayaxma kampaniyası təşkil edəcəyi, habelə ölkəmizə qarşı hibrid müharibəyə başlayacağı gözlənilən idi. Çünki bundan əvvəl "Avroviziya" Musiqi Yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər ölkəmizdə keçirilən vaxtlarda bir mərkəzdən təlimatlandırılan antiazərbaycançı şəbəkə total şəkildə respubikamızın uğurlarına kölgə salmağa və ya sözügedən tədbirlərin ayrı-ayrı dövlətlər tərəfindən boykot edilməsinə cəhd göstərmiş, lakin niyyətinə çata bilməmişdi.

COP29 ərəfəsi və eləcə də tədbir günlərində antiazərbaycançı şəbəkə bütün imkanlarını səfərbər edib Azərbaycana qarşı kütləvi qarayaxma kampaniyasına start verdi. Təkcə oktyabr ayında ölkəmizlə bağlı Qərb siyasi dairələrinin nümayiş etdirdiyi riyakarlıqların miqyasına nəzər yetirəndə belə qənaətə gəlmək olar ki, sanki onların Azərbaycanı hədəfə almaqdan başqa işləri-gücləri yox imiş. Həmin dövrdə ABŞ-də 60-a yaxın senator və konqresmenin Dövlət katibi Entoni Blinkenə müraciət edərək, onu Azərbaycana qarşı sanksiyalara çağırmaları, Avropa Parlamentində Azərbaycanı hədəf alan, ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qətnamənin  qəbulu, Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə qəbuledilməz və tamamilə qərəzli bəyanat səsləndirməsi, Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycana qarşı əsassız fikirlər söyləməsi, Niderland parlamentinin nümayəndələr palatasının Azərbaycan əleyhinə iki qətnamə qəbul etməsi, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi,  Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun "France Inter" kanalına müsahibəsi zamanı "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirməsi erməni təəssübünü çəkən Qərb dairələrinin aldıqları təlimatlar əsasında "fəallaşdıqlarını" və ölkəmizə qarşı total şəkildə hibrid müharibəyə başladıqlarını göstərdi. Amma, əslində, bu, Qərbin hibrid müharibə aparmaqdan daha çox malik olduğu miskin, mənəviyyatsız və iyrənc xislətinin göstəricisi idi.


Qərbin qərəzli niyyətləri baş tutmadı 


Görünən odur ki, COP29-dan əvvəl antiazərbaycançı şəbəkənin qarşısına bu mötəbər tədbir dövründə bütün vasitələrdən istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq, COP29-un dövlətlər tərəfindən boykot edilməsi vəzifəsi qoyulmuşdu. Bunun səbəblərindən biri onların COP29-un Azərbaycanda keçirilməsini qəbul edə bilməmələri idi. Çünki anlayırdılar ki, COP29 Azərbaycanın qlobal nüfuzunu və dostlarının sayını artıracaq, beynəlxalq mövqelərini daha da möhkəmləndirəcəkdir.

İkincisi, Azərbaycanı hədəfə alan Qərb dairələri düşünürdülər ki, bununla ölkəmizə təsir edərək Ermənistanla tələm-tələsik və yarımçıq sülh müqaviləsinin bağlanmasına nail ola bilərlər. 

Qərbin məkri ölkəmizə təzyiq etməklə həm də Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş canilərin həbsdən azad edilməsinə nail olmaq, Qarabağda yenidən erməni separatizmini alovlandırmaq, Cənubi Qafqazda gərginlik yaratmaq idi. Lakin onların bu niyyətlərinin heç biri həyata keçmədi və keçə də bilməzdi.  Özləri də bir daha əmin oldular ki, Azərbaycana təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil.

Azərbaycan COP29-a ən yüksək və nümunəvi şəkildə evsahibliyi etdi. Tədbir günlərində hər hansı xoşagəlməz hadisə baş vermədi. Ümumilikdə isə COP29-un ən yüksək səviyyədə keçirilməsi, bu tədbirdə iştirak etmək üçün 200-ə yaxın ölkənin nümayəndələrinin, 80-dən çox prezident, vitse-prezident və baş nazirin Azərbaycana gəlməsi antiazərbaycançı qüvvələrin növbəti məğlubiyyəti oldu.

Onu da qeyd edək ki, Qərb Azərbaycana təzyiq göstərməklə həm də iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr bunu bir daha təsdiq etdi. Belə ki, beynəlxalq ictimaiyyət dünyanı karbon qazı ilə zəhərləyən Qərbdən 1 trilyon ABŞ dolları gözlədiyi halda Qərb bir neçə dəfə az vəsaitlə ortaya çıxdı. Bunu isə məqsədyönlü şəkildə tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Beləliklə, dünyanı karbon qazı ilə zəhərləyən Qərb bu problemlə mübarizədə də riyakarlıq nümayiş etdirdi.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!