04 Dekabr 2024 19:29
539
DÜNYA
A- A+
Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın köklü şəkildə genişləndirilməsi və praktiki qarşılıqlı fəaliyyətin yeni sahələrinin təşviqi perspektivləri müzakirə olunub.

Özbəkistan liderinin mətbuat xidmətinin məlumatına görə, Ş.Mirziyoyev dekabrın 4-də MAQATE nümayəndə heyətinin Özbəkistanın nazirliklərində, idarələrində və elmi müəssisələrində keçirdiyi görüşlərin və tədbirlərin səmərəli nəticələrini yüksək qiymətləndirib.

Dekabrın 5-də Səmərqənd şəhərində aparıcı xarici sənaye mütəxəssislərinin iştirakı ilə keçiriləcək Atom Enerjisindən İstifadəyə dair Beynəlxalq Konfransın birgə təşkili məmnunluqla qeyd olunub.

Əməkdaşlığın prioritet istiqamətləri kimi aşağıdakı istiqamətlər müəyyən edilib: milli qurumların səriştəsinin və potensialının artırılması, yüksək ixtisaslı kadrların hazırlanması, MAQATE proqramları çərçivəsində nüvə enerjisi, kənd təsərrüfatı, sudan istifadə, səhiyyə və ekologiya sahəsində perspektivli layihələr.

Görüşün yekunu olaraq sülhməramlı nüvə inkişafı sahəsində çoxşaxəli əməkdaşlığın genişləndirilməsi üzrə birgə “yol xəritəsi”nin qəbulu barədə razılıq əldə olunub.

Özbəkistan 1994-cü ildən MAQATE-nin üzvüdür. Bu müddət ərzində MAQATE-nin texniki yardımı ilə 40-dan çox birgə layihə həyata keçirilib. Hazırda qanunvericilik bazasının və milli strukturların potensialının təkmilləşdirilməsi, nüvə elminin, tibb və digər sahələrin inkişafı sahəsində 5 layihə həyata keçirilir.

Rizvan CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşüb  

17:23
13 Fevral

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

17:22
13 Fevral

Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib  

17:21
13 Fevral

ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə  

17:14
13 Fevral

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

16:35
13 Fevral

Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı  

16:34
13 Fevral

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ Konqresində Zəngəzur dəhlizini müzakirə edib  

15:53
13 Fevral

“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib  

15:52
13 Fevral

Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib

15:50
13 Fevral

 Neandertalların kəllə kolleksiyası aşkar edilib

15:21
13 Fevral

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib

15:08
13 Fevral

Texnobloger: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə texnologiya ekosistemi üçün mühüm hadisədir  

14:54
13 Fevral

Kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi: aktual problemlər və yanaşmalar  

14:37
13 Fevral

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb 

14:21
13 Fevral

“Ariane 6” “Amazon”a məxsus peykləri orbitə yerləşdirib  

14:19
13 Fevral

Unudulmaq hüququ nədir?  

14:14
13 Fevral

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib  

14:11
13 Fevral

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə çıxış edəcək

14:05
13 Fevral

Dövlət Departamenti: Sülh sazişi bütün Cənubi Qafqaz üçün imkanlar təqdim edir

13:48
13 Fevral

“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir  

13:39
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!