04 Dekabr 2024 08:20
145
SİYASƏT
A- A+
Gürcüstanda baş verənlər Qərbin köhnə təxribat ssenariləridir

Gürcüstanda baş verənlər Qərbin köhnə təxribat ssenariləridir


Bu planların reallaşdırılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər


Qonşu Gürcüstanda Qərbin təsiri altında hakimiyyət böhranı yaşanır. Ölkədə  formalaşdırılmış şəbəkə yenidən ayağa qaldırılıb, Avropadan gələn emissarlar bilavasitə prosesə nəzarət edir və vəziyyəti gərginləşdirmək üçün hər yola əl atırlar.

Hadisələrin gedişatı göstərir ki, Qərb bu ölkədə çox dairələrə əl uzadıb. Hətta o qədər irəli gedib ki, özünü istər QHT, istər media sektorunda olsun, agent şəbəkəsini geniş şəkildə, hətta hakimiyyətin bəlli strukturlarına qədər yüksəldə bilib. İctimai rəyə ciddi təsir edə biləcək bir şəbəkə qurub. Həmin şəbəkənin hesabına da bu gün Gürcüstan çalxalanır.

Gürcüstan Azərbaycan üçün önəmli qonşu dövlətdir. Hər iki dost ölkə arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Bu ölkədə minlərlə soydaşımız yaşayır. Bu səbəbdən də Gürcüstanda baş verən hadisələr bizləri də narahat etməyə bilməz.   

Ölkə hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarından sonra respublikada kütləvi etiraz aksiyaları başlayıb. Yerli medianın yaydığı məlumatlara görə, Tbilisidə parlamentin binası yaxınlığında  etirazçılarla polisər arasında toqquşmalar baş verib. Hər iki tərəfdən xəsarət alanlar olub. Dünən Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin binası qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze istefa verib. O, bu barədə "X" hesabında paylaşım edib. Bununla da Gürcüstanın istefa verən səfirlərinin sayı 6-ya çatıb. Qeyd edək ki, səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləmirlər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifətlə heç bir danışıq aparılmayacaq. Ölkədə etiraz aksiyası adı altında iğtişaşların yaranmasında bilavasitə müxalifət günahkardır. O, bununla da ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.

Ümumiyyətlə, Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır.

Baş verənlər Qərbin oyunlarıdır. Bu planların reallaşdırılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər. Hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların və s. Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Bu qüvvələrin can atdığı müddətsiz etirazlar 2004-cü ildə sınaqdan çıxarılmış metoddur.

Gürcüstan hakimiyyətinin "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbul etməsi, cinsi azlıqların fəaliyyətini məhdudlaşdıran normativ hüquqi aktların tətbiqi, habelə Gürcüstan hökumətinin ölkəni 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan hakimiyyətinin  təhlükəli oyunu gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir.

Artıq gürcü xalqı Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu anlayır və buna ciddi müqavimət göstərir. Gürcülər yaxşı anlayırlar ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndirməkdən keçir. Azərbaycan və gürcü xalqı bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə, regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb  

22:29
04 Dekabr

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir  

22:28
04 Dekabr

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

Şahruddin Məhəmmədəliyev qayıdır

18:39
04 Dekabr

Makron istefaya çağırışların mənasız olduğunu bildirib

18:38
04 Dekabr

İ. Kobaxidze avropalı siyasətçilərin hərəkətsizliyini zorakılığı təşviq etmək kimi qiymətləndirib  

18:37
04 Dekabr

Deqradasiyaya uğramış ərazilərin sahəsi 15 milyon kvadrat kilometrə çatıb

18:36
04 Dekabr

İlon Maskın fikrincə, bəşəriyyətin ən böyük təhlükəsi...

18:33
04 Dekabr

Haitidə hər dörd uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir

18:33
04 Dekabr

Səslərdən real görüntü yaradan süni intellekt hazırlanıb

18:32
04 Dekabr

Cənubi Koreya və ABŞ nüvə qarşısının alınması üzrə danışıqları təxirə salıb

18:31
04 Dekabr

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə olub  

18:30
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!