04 Dekabr 2024 08:25
150
SİYASƏT
A- A+
Qərbin qalibi mühakimə etmək cəhdi

Qərbin qalibi mühakimə etmək cəhdi


Gürcü xalqı növbəti dəfə buna yol verməyəcəyini nümayiş etdirir


Dünyanın düzənini dəyişmək cəhdi beynəlxalq münasibətləri daha da kəskinləşdirib. Qərb göz dikdiyi dünyada söz sahibi olmağa iddialıdır və o üzdən qalan ölkələrə öz şərtlərini diktə etməkdən çəkinmir. Bu da Çin, Rusiya kimi  böyük dövlətlərlə yanaşı, kiçik ölkələrin də haqlı narazılığına səbəb olur. Hətta o dərəcədə ki, rəqib ölkələr arasında silahlı qarşıdurma ilə müşayiət olunan düşmənçilik hökm sürür.

Rusiya-Ukrayna müharibəsi, Çinlə ABŞ arasında olan gərginlik bunun təsdiqidir. Yaxın Şərqdə baş verən hadisələrə də bu kontekstdən baxmaq lazımdır. Pis odur ki, hazırda bu qarşıdurmaların sonu görünmür. Əksinə, bütün cəbhələrdə gərginlik artır. Artan həm də təkcə gərginlik deyil, mübarizənin coğrafiyası da genişlənir.

Sirr deyil ki, bu gün Qərbin növbəti hədəfi Cənubi Qafqazdır. Bu da səbəbsiz deyil. Əgər Qərb istəyinə nail olsa, bu yolla Orta Asiya ölkələrinə və Çinin dünya ilə apardığı ticarət yoluna nəzarət etmək imkanı qazanacaq. Bu səbəbdən Rusiya və Çinlə aparılan mübarizədə Cənubi Qafqaza nəzarət etmək xüsusi önəm daşıyır.

Ermənistan SSRİ-nin dağılması ilə özünün müstəqilliyini elan etsə də, üstündən 30 ildən çox zaman keçməsinə baxmayaraq, müstəqilliyi hələ də dekorativ xarakter daşıyır. 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətə qədər Ermənistan şimal qonşumuzun faktiki vassalı idi. Rusiyalı siyasətçilər açıq şəkildə Ermənistanı ölkələrinin forpostu adlandırırdılar. Ermənilər bundan incisələr də, həqiqəti gizlətmək mümkün deyildi. Rəsmi İrəvan şimal qonşusunun icazəsi olmadan heç bir qərar qəbul edə bilmirdi. 

Bu gün Ermənistan xarici siyasətində Qərbə inteqrasiya strategiyasını seçib. Əslində bu, siyasət deyil, ağasını dəyişmək cəhdidir. İndi də İrəvan Azərbaycanla aparılan danışıqlarda müstəqil qərar qəbul edə və yeni ağalarının onlar üçün cızdığı cığırdan çıxa bilmir. Əsasən bu səbəbdən indiyədək iki ölkə arasında sülh müqaviləsini imzalamaq mümkün olmayıb. Belə getsə, Qərb Ermənistana icazə vermədiyi müddətdə sülh müqaviləsi bağlanmayacaq. Çünki indi də Qərb Ermənistanda söz sahibidir. O söz isə, adətən, şərə, yalana, ikili standarta xidmət edir.

Bunu Qərbin Gürcüstanda baş verən hadisələrə münasibətində də görmək olur. Bu gün qonşu və dost Gürcüstanda baş verən siyasi proseslər Qərbin Cənubi Qafqazı ələ keçirmək üçün qurduğu məkrli planın tərkib hissəsidir. Ermənistanı ram etdikdən və Azərbaycana qarşı aparılan bütün həmlələr boşa çıxandan sonra Qərb Gürcüstanda keçirilən seçkiləri bəhanə edərək hərəkətə keçib. Gürcü xalqı demokratik keçirilən səsvermədə iqtidarda olan "Gürcü Arzusu"na səs verməklə ölkənin idarəsini bu siyasi qüvvəyə etibar etsə də, "azad seçkilər", "demokratiya" tərəfdarı olduğunu bəyan edən Qərb gürcü xalqının bu seçimini qəbul etmək istəmir. Çox sadə səbəbdən -  "Gürcü Arzusu" müstəqil siyasət aparır, Gürcüstanın taleyini hər hansı xarici qüvvələrə yox, xalqa həvalə edir. Lakin Qərbə bu mövqedə olan iqtidar lazım deyil. Gürcü xalqı, məsələn, keçmiş iqtidarın dövründə Qərbin onları Rusiya ilə üz-üzə qoyub aradan çıxmağını unutmayıb və ona görə həmin siyasi səhvi təkrar etmək istəmir. 

Əvəzində isə Qərbin demokratik şəkildə seçkilərdə qalib gələn "Gürcü Arzusu"nu hakimiyyətdən uzaqlaşdırmaq üçün antidemokratik vasitələrdən istifadə etməsi ilə üz-üzə gəlib. Bəli, bu gün Qərb maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanda vətəndaş qarşıdurmasını körükləmək və bu yolla xalq tərəfindən seçilmiş iqtidarı devirmək istəyir. Qərb tərəfindən maliyyələşən həmin qüvvələrin nümayişlər zamanı asayiş keşikçilərinə və onların əleyhdarlarına qarşı zor tətbiq etmələrini başqa yerə yozmaq mümkün deyil. Çünki iqtidara qarşı çıxış edən bu qüvvələrin Qərb tərəfindən açıq şəkildə dəstəklənməsi təsdiqlənmiş faktdır. Avropadan gələn emissarlar təkcə prosesə nəzarət etmirlər, həm də vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni əsirgəmirlər. 

Amma gürcü xalqı Qərbin bu avantürasına getmir. Bu səbəbdən də seçkilərdən xeyli vaxt keçsə də, Avropadan gələn emissarlar əsas məqsədlərinə çata - xalq tərəfindən demokratik yolla seçilən iqtidarı devirməyi bacara bilməyiblər. Gürcüstanın milli mənafeyini uca tutan sağlamdüşüncəli siyasi qüvvələr, ziyalılar və sadə xalq Qərbin məkrli planlarına qarşı müqavimət göstərirlər və bununla qaliblərin mühakimə olunmalarına imkan verməyəcəklərini nümayiş etdirirlər.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

Şahruddin Məhəmmədəliyev qayıdır

18:39
04 Dekabr

Makron istefaya çağırışların mənasız olduğunu bildirib

18:38
04 Dekabr

İ. Kobaxidze avropalı siyasətçilərin hərəkətsizliyini zorakılığı təşviq etmək kimi qiymətləndirib  

18:37
04 Dekabr

Deqradasiyaya uğramış ərazilərin sahəsi 15 milyon kvadrat kilometrə çatıb

18:36
04 Dekabr

İlon Maskın fikrincə, bəşəriyyətin ən böyük təhlükəsi...

18:33
04 Dekabr

Haitidə hər dörd uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir

18:33
04 Dekabr

Səslərdən real görüntü yaradan süni intellekt hazırlanıb

18:32
04 Dekabr

Cənubi Koreya və ABŞ nüvə qarşısının alınması üzrə danışıqları təxirə salıb

18:31
04 Dekabr

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə olub  

18:30
04 Dekabr

Karlos Sançes: Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsi vacibdir  

18:24
04 Dekabr

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemini istifadəyə verib  

18:23
04 Dekabr

Fransa Nigerdə uran mədəninə nəzarəti itirib

18:22
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!