14 Avqust 2024 12:38
67
CƏMİYYƏT
A- A+

Cəbrayıl şəhərində və Soltanlı kəndində seçki məntəqəsi fəaliyyət göstərəcək

 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Avqustun 12-19-da ümumilikdə 14 treninq sessiyasının keçirilməsi nəzərdə tutulub.

Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər dairənin tərkibinə daxil olan 82 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb edilməklə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış xüsusi proqram əsasında aparılır. Məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.

Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Qeyd edək ki, sözügedən dairə üzrə 82 seçki məntəqəsi mövcuddur. İki seçki məntəqəsi işğaldan azad olunan ərazilərdə - Cəbrayıl şəhərində və Soltanlı kəndində yerləşir. Dairə üzrə ümumilikdə 54 min 486 seçici qeydə alınıb ki, onlardan 570 nəfəri ilk dəfə səs vermək hüququ olanlardır. İşğaldan azad olunan ərazidə yerləşən 80 və 81 saylı seçki məntəqələri üzrə isə 1259 nəfər seçici qeydə alınıb ki, onlar da həmin ərazidə çalışan işçilərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video