14 Avqust 2024 12:53
501
CƏMİYYƏT
A- A+
12 saylı Xəzər birinci seçki dairəsi üzrə seçki komissiyalarının üzvləri də treninqlərə cəlb edilib

12 saylı Xəzər birinci seçki dairəsi üzrə seçki komissiyalarının üzvləri də treninqlərə cəlb edilib

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 14-də 12 saylı Xəzər birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Avqustun 15-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır.

AZƏRTAC xəbər verir ki, treninqlərdə 37 məntəqədən 150-yə yaxın şəxsin iştirakı nəzərdə tutulub. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş İlham Qəmbərov aparır.

MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və digər məsələlər ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.

Qeyd edək ki, treninqlər 13 saylı Xəzər ikinci və 14 saylı Xəzər-Pirallahı seçki dairələrində də təşkil olunur.

Dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov AZƏRTAC-a açıqlamasında seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə səsvermənin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirib. Deyib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, parlament seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin yeddisində veb-kamera quraşdırılıb. Məntəqələrdə sağlamlıq imkanları məhdud seçicilər üçün panduslar quraşdırılıb.

“Hazırda dairədəki seçki məntəqələrinin sayı 37, seçicilərin sayı isə 48 mindən çoxdur. Dairə üzrə seçicilərin 226 nəfəri ilk dəfə səs verəcək”, - deyə M. Balaqardaşov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya və Vyetnam enerji təhlükəsizliyi üçün güclərini birləşdirir

19:31
24 Aprel

Elm dünyasında ilk: Qara dəliyin partlayış sürəti ölçülüb  

19:26
24 Aprel

Budapeştdə hava hərəkətinin koordinasiyasına dair yüksəksəviyyəli müşavirə keçirilib  

19:14
24 Aprel

BSTDB-nin Azərbaycanda fəaliyyəti genişlənir: maliyyələşmə həcmi artır  

19:07
24 Aprel

“Meta” şirkəti süni intellektlə əlaqədar 8 min işçisini ixtisar edir

18:51
24 Aprel

 Uşaqlarda sepsisin müalicəsində yeniliklər 

18:44
24 Aprel

Dünyada milyarderlərin sayı sürətlə artır

18:39
24 Aprel

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:19
24 Aprel

Cənubi Koreya investorları ABŞ bazarına axın edir

18:13
24 Aprel

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:53
24 Aprel

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq  

17:36
24 Aprel

Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışılıb  

17:31
24 Aprel

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini bir daha azaldıb

17:21
24 Aprel

Azərbaycanda keçiriləcək WUF13-ün prioritetləri Avropa İqtisadi Konqresində təqdim olunub  

17:14
24 Aprel

MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  

17:08
24 Aprel

Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyətində qadın imzası

17:06
24 Aprel

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA  

16:50
24 Aprel

“Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib

16:48
24 Aprel

Tramp İrana nüvə zərbəsi endirilməsini istisna edir

16:36
24 Aprel

Dünyada son 20 ildə 94 seçki iqlim böhranları nəticəsində pozulub

16:32
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!