14 Avqust 2024 12:57
87
CƏMİYYƏT
A- A+

31 saylı Suraxanı seçki dairəsinin dairə seçki komissiyasında treninqlər keçirilib

 

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar avqustun 14-də 31 saylı Suraxanı seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər təşkil edilib.

AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən dairə seçki komissiyasının sədri İlham Bayramov Milli Məclisə seçkilərdə şəffaflığın və aşkarlığın təmin olunması üçün məntəqə seçki komissiyalarında zəruri şəraitin yaradıldığını və məntəqələrin zəruri avadanlıqlarla təchiz olunduğunu söyləyib.

O deyib ki, təlimlərin keçirilməsində məqsəd seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır.

MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə tədbir iştirakçılarına səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və s. ilə bağlı ətraflı məlumat təqdim olunub.

V.Bayramov seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını deyib. Bildirib ki, sağlamlıq imkanları məhdud seçicilər üçün 14 məntəqədə panduslar quraşdırılıb. V.Bayramov qeyd edib ki, Milli Məclisə seçkilərdə dairə üzrə namizədlərin sayının 9 nəfərdir. Onlardan 5-nin siyasi partiya təmsilçisi, 4-ü isə bitərəfdir. Həmçinin diqqətə çatdırılıb ki, dairədəki seçki məntəqələrinin sayı 38, seçicilərin sayı isə 44 min 860 nəfərdir. Dairə üzrə 489 nəfər isə ilk dəfə səs verəcək. Seçicilərdən 658 nəfərin yaşı 80-100 aralığındadır.

Komissiya sədri, həmçinin dairə üzrə 270 müşahidəçinin qeydiyyatdan keçdiyini, məşvərətçilərin sayının isə 77 nəfər olduğunu qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video