14 Avqust 2024 15:11
125
DÜNYA
A- A+

Yaponiyanın baş naziri istefa verdiyini açıqlayıb


Yaponiyanın baş naziri Fumio Kişida avqustun 14-də bildirib ki, o, sentyabrda istefa verəcək və hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilmək üçün yenidən namizəd olmayacaq. Bu barədə “Kyodo News” məlumat yayıb.
Kişida mətbuat konfransında deyib: "İctimaiyyəti LDP-nin dəyişdiyinə inandırmaq üçün ilk addım olaraq prezidentlik yarışında iştirak etməmək qərarına gəldim".
O qeyd edib ki, LDP qanunvericiləri cəmiyyətin siyasətə inamını bərpa etmək və müxtəlif məsələləri həll etmək, o cümlədən qocalmış cəmiyyətdə doğum səviyyəsinin azalmasının qarşısını almaq üçün tədbirlər həyata keçirmək və müdafiə qabiliyyətini gücləndirmək üçün yeni liderin rəhbərliyi altında "bir kimi işləməlidirlər".
Kişida əlavə edib ki, o, LDP-nin "adi" üzvü kimi fəaliyyətini davam etdirəcək, lakin partiya lideri və baş nazir kimi xələfi haqqında şərh verməkdən imtina edib.
Qeyd olunur ki, Yaponiyanın sabiq müdafiə naziri, əhali arasında populyar olan Şiqeru İşiba LDP-nin rəhbəri postuna seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib. Bundan əvvəl o, hakim partiyada ikinci şəxs olmaqla LDP-nin baş katibi olub.


“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video