14 Avqust 2024 17:17
92
CƏMİYYƏT
A- A+

Cənub bölgəsində məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və vərdişləri təkmilləşdirilir

 

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar ölkəmizin cənub bölgəsində maarifləndirici treninqlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 79 saylı Astara, 71 saylı Cəlilabad, 69 saylı Biləsuvar, 75 saylı Yardımlı-Masallı seçki dairələrində

şəhər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.

Təlimlər gün ərzində iki dəfə olmaqla məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.

Treninqlərdə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səsvermə məntəqəsinin açılması, seçki qutularının hazırlanması, səslərin hesablanması, seçki bülletenlərinin təsnifatı və yekun protokolun doldurulması və digər məsələlər barədə məlumat verilib.

Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video