14 Avqust 2024 17:01
107
CƏMİYYƏT
A- A+

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1900-ə yaxın əməkdaş treninqlərə cəlb edilib

 

Avqustun 12-dən etibarən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 1 saylı Şərur - Sədərək, 2 saylı Şərur - Kəngərli, 3 saylı Babək - Şahbuz -Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək - Naxçıvan – Culfa və 6 saylı Ordubad – Culfa seçki dairələrində məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlərə start verilib. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlıq səviyyəsinin artırılmasıdır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, treninqlərdə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və digər məsələlərlə bağlı ətraflı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilib. Diskussiya şəklində təşkil olunan treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılır.

1 saylı Şərur - Sədərək seçki dairəsinin sədri Niyaz Əsgərovun verdiyi məlumata görə, avqustun 16-dək keçiriləcək treninqlərdə dairə üzrə 50 məntəqədən 300 əməkdaş iştirak edəcək. Treninqlərin gedişini xarici müşahidəçilər də izləyirlər. 1 saylı Şərur - Sədərək seçki dairəsi üzrə 47 min 791 seçici qeydə alınıb ki, onlardan 590-nı ilk dəfə səs verəcək. Ən yaşlı seçicilər Şərur rayonunun Yengicə kənd sakini, 1925-ci il təvəllüdlü Sura Musayeva və Alışar kəndindən olan Tərlan İbrahimovadır. Dairənin 12, 15, 17, 21 və 36 saylı məntəqələrində veb-kameraların quraşdırılması nəzərdə tutulub. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa 6 namizəd qeydə alınıb.

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin sədri Taməddin Hüseynov bildirib ki, dairə əməkdaşları Nazim Piriyev və Nicad Fətullayev tərəfindən 1 gün ərzində iki dəfə olmaqla 5 gün keçiriləcək treninqlərdə 60 məntəqədən 360 əməkdaş iştirak edəcək. Dairə üzrə 46 min 174 seçici qeydə alınıb ki, onlardan 701-i ilk dəfə səs verəcək, 1, 2, 3, 20, 23, 37 və 40 saylı məntəqələrdə veb-kameraların quraşdırılması nəzərdə tutulub. Dairədə deputatlığa 8 namizəd qeydə alınıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 1 saylı Şərur - Sədərək seçki dairəsi üzrə 300, 2 saylı Şərur - Kəngərli seçki dairəsindən 342, 3 saylı Babək - Şahbuz -Kəngərli seçki dairəsi üzrə 360, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən 252, 5 saylı Babək - Naxçıvan – Culfa seçki dairəsi üzrə 267, 6 saylı Ordubad – Culfa seçki dairəsindən 378 olmaqla, ümumilikdə 1899 əməkdaş treninqlərdə iştirak edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video