14 Avqust 2024 17:03
96
DÜNYA
A- A+

Dünyanın ən böyük mədənində işlər dayandı

 

Çilinin şimalındakı Escondida mis mədənində işçilər iş şəraitinin yaxşılaşdırılması üçün BHP Billiton ilə razılığa gələ bilmədiklərindən tətilə başlayıblar.

"Azərbaycan" qəzetinin  məlumatına görə, müəssisənin 2800 əməkdaşını birləşdirən həmkarlar ittifaqı əmək müqavilələrinin şərtlərinin təkmilləşdirilməsi üzrə danışıqlardan sonra Escondida-ya nəzarət edən şirkətin son təklifini rədd edib. Tətilçilər dünya bazarında misin qiymətinin artması fonunda maaşların artırılmasını tələb edirlər.

Tətilin bitmə tarixi hələ müəyyən edilməyib. Həmkarlar ittifaqı rəhbərliyi xəbərdarlıq edib ki, "uzunmüddətli tətil" ehtimalını nəzərdən keçirir.

Escondida qlobal mis istehsalının təxminən 5%-ni təşkil edir. 2017-ci ildə mədən işçilərinin tətili 44 gün davam etdi və bu, bu metalın dünya qiymətinin artmasına səbəb oldu.

S.Bayramov

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video