12 Sentyabr 2024 08:20
396
İQTİSADİYYAT
A- A+
Bumeranq effekti

Bumeranq effekti

 

BRICS-yə üzv olmaq istəyən ölkələrin sayı niyə artır

 

İnsanlar qədim dövrlərdə də müxtəlif döyüş silahları icad edirdilər. Onların çoxu bir-birinə oxşasa da, bəziləri tamamilə fərqlənirdi. Belə silahlardan biri də bumeranq idi. Həmin silahın özəlliyi ondan ibarət idi ki, hədəfə çatdıqdan sonra geri dönürdü. 
Məlum olduğu kimi, bu gün Qərb və Şərq bloku arasında başlanan hegemonluq uğrunda mübarizə pik həddinə çatıb. Qərb bloku onunla hesablaşmayan Şərqi cəzalandırmaq üçün əsas iqtisadi alət olan sanksiyalardan istifadə edir. Əvvəllər belə hallar çox az olurdu. İndi Qərb, xüsusilə ABŞ total şəkildə sanksiyalar tətbiq etməyə başlayıb. Buna görə dünyada dolların çəngindən və ABŞ-nin nəzarətində olan qlobal ödəmə sistemindən azad olmaq istəyənlərin sayı gündən-günə artır. O üzdən yeni iqtisadi birliklərin yaranmasına da daha çox dövlət dəstək verir. 
Amerikanın bu anormal siyasətini təkcə iqtisadçılar və maliyyəçilər tənqid etmir. Artıq bir çox amerikalı siyasətçilər də bunun ABŞ üçün yaxşı olmayacağı qənaətindədirlər. Əbəs deyil ki, ABŞ prezidentliyinə namizəd olan, eks-prezident Donald Tramp Ağ ev administrasiyasını total şəkildə sanksiyalar tətbiq etdiyinə görə tənqid atəşinə tutur. Deyir ki, beynəlxalq valyuta olan dollara dünyada inam azalıb. Məlumdur ki, Amerikanı güclü edən həm də amerikan dollarıdır. Əgər dollar beynəlxalq valyuta kimi dəyərini itirsə, bundan ən çox əziyyət çəkən elə ABŞ olacaq.
Bununla bağlı tanınmış rusiyalı iqtisadçı Valentin Katsanov bildirmişdir ki, indiki halda qlobal maliyyə sistemi həyat qabiliyyətini itirir. Onun fikrincə, çıxış yolu əvvəlki kimi, ehtiyat valyuta qızıl olmalıdır: "Əvvəllər dolların istinad aktivi kimi qızıl olmuşdur. Bir neçə onilliklərdir ki, dolların heç bir istinad aktivi yoxdur. Əgər birdən-birə dollar aradan qalxarsa, onu əldə edənlərin əlində sadəcə dəyərsiz kağız parçaları qalacaq".
Hazırda Qərbin təsir dairəsindən qurtulmaq üçün Şərq bloku yeni güclü iqtisadi birlik və etibarlı ödəmə sistemi yaratmaq istəyir. Əgər bu birliyin inkişafı baş tutarsa, şübhəsiz, onların da avro kimi bir ortaq valyutası olacaq. Düzdür, bu, asan hədəf deyil. Ona görə ki, uzun illərdir dollar dünyanın aparıcı valyutasıdır, dövlətlərin valyuta ehtiyatları əsasən dollarladır, bütün strateji məhsullar da dünya birjalarında bu valyuta ilə satılıb-alınır. Bununla belə, bu, mümkünsüz də deyil.
Bu gün Qərb blokunun qarşısındakı ən böyük iqtisadi qurum BRICS-dir. Təşkilatın yarandığı gündən ona böyük maraq var, qoşulmaq istəyən ölkələrin sayı getdikcə artır. İran, Səudiyyə Ərəbistanı, Misir, Efiopiya, Argentina, Birləşmiş Ərəb Əmirlikləri müraciət ediblər. Bu sıraya artıq Azərbaycan və Türkiyəni də əlavə etmək olar. 
Belə hal Qərb blokunda ciddi narahatlığa səbəb olub. Məsələn, Türkiyə kimi güclü bir dövlətin BRICS-yə qoşulması Avropada siyasi, hərbi və iqtisadi güc balansının pozulmasına səbəb ola bilər. İndi Avropada gec də olsa, öz səhvlərini anlayıblar. Başa düşüblər ki, 70 ilə yaxın Türkiyəni Avropa İttifaqının qapısı arxasında gözlətmələri ilə səhv ediblər. 
BRICS Avropa İttifaqından fərqli olaraq dini dəyərlər üzərindən siyasət aparmır. Onun üzvü olan və olmaq istəyən ölkələrin dini inanclarına baxdıqda bu, aydın görünür. Azərbaycanın da bu birliyə qoşulmaq istəyinin bir səbəbi budur. Biz haqlı olduğumuz halda bəzi Avropa ölkələrinin və liderlərinin xristian təəssübkeşliyindən çıxış edərək Ermənistanın mövqeyini müdafiə etmələrini görməzliyə vura bilmərik. İkincisi, Azərbaycan indiyədək öz milli maraqlarından çıxış edərək siyasət aparıb və indi də bunu davam etdirir.
Türkiyə və Azərbaycanla BRICS-də türk dövlətləri faktorunun olacağını da unutmaq olmaz. Üstəlik, Qərb blokları tərəfindən yaradılan təşkilatlardan fərqli olaraq BRICS-də birinci və ikinci dərəcəli dövlətlər yoxdur və olmayacaq. Yəni BRICS veto qoyan ölkələr və buna imkanı olmayan ölkələrin təşkilatı deyil. O üzdən təşkilata qoşulmaq istəyən ölkələrin sayı çoxalır və yaxın gələcəkdə bu prosesin vüsət alması gözlənilir. 
Amma elə indi də BRICS-yə üzv və üzvlüyə müraciət edən ölkələr həm əhali, həm də təbii sərvətlər sarıdan zəif və kasıb deyillər. Ona görə də indi əsas məsələ bu təşkilata daxil olan ölkələrin yüksək texnologiyalara sahib olmasıdır. Bu isə istək və zaman məsələsidir. 

Rüstəm KAMAL,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:33
13 Mart

"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı

00:32
13 Mart

“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

00:30
13 Mart

“Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

00:28
13 Mart

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında

00:27
13 Mart

“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRAR

00:26
13 Mart

“Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi haqqında

00:24
13 Mart

Komitə sədri: Biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır  

22:13
12 Mart

Bakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib

22:12
12 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib

22:10
12 Mart

Lüksemburqla sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

22:09
12 Mart

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

22:08
12 Mart

Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb

22:06
12 Mart

TDT-nin yenilənmiş bayrağı rəsmi mərasimlə qaldırılıb

22:04
12 Mart

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib

22:02
12 Mart

Zelenski: Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq

22:01
12 Mart

Azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub

19:46
12 Mart

Sahibə Qafarova: Azərbaycan ilə Çin parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

19:44
12 Mart

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB

19:43
12 Mart

Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə ediblər

19:41
12 Mart

Dövlət Komitəsinin nümayəndə heyəti Qarsda bir sıra görüşlər keçirib

19:39
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!