25 Avqust 2025 17:11
440
SİYASƏT
A- A+
Birləşmiş Krallığın dövlət naziri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb  

Birləşmiş Krallığın dövlət naziri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb  


Avqustun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, bağlantılar, iqlim dəyişmələri və ətraf mühit, humanitar, təhsil sahələri üzrə əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ölkəmizin enerji təhlükəsizliyi sahəsində təşəbbüskarı və əsas icraçısı olduğu nəhəng layihələrlə bu istiqamətdə etibarlı tərəfdaş olduğunu sübuta yetirdiyi qeyd edilib, ənənəvi enerji növləri üzrə əməkdaşlığın bu müsbət dinamikasının alternativ enerji mənbələrinin inkişafı istiqamətində davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə, SOCAR və BP şirkətləri arasında bərpaolunan enerji üzrə əməkdaşlığın qurulmasının təqdirəlayiq olduğu vurğulanıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Birləşmiş Krallığın sessiyada Baş nazir və heyəti tərəfindən fəalı iştirakı və töhfələri məmnunluqla qeyd edilib.

Təhsil sahəsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər, ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıqların qurulması, habelə dövlət proqramlarının əhəmiyyəti və bu sahədə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

Avqustun 8-də keçirilmiş tarixi Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, habelə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının sülh prosesi çərçivəsində əldə olunmuş əhəmiyyətli nailiyyətlərdən biri olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycanın və Birləşmiş Krallığın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil olunub. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Birləşmiş Krallıq tərəfindən isə Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti rəhbərlik edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-ın Venesueladakı əməliyyatı zamanı 80 nəfər ölüb

23:47
04 Yanvar

“Azerbaijan Kids Fashion Show 2026” müsabiqəsinin final gecəsi keçirilib  

22:46
04 Yanvar

Selçuk Bayraktar: Dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü artırmalıdır  

21:54
04 Yanvar

Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib  

20:10
04 Yanvar

Beynəlxalq koalisiya qüvvələri İraqdakı bazasını yaxın günlərdə təhvil verəcək  

20:09
04 Yanvar

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

19:11
04 Yanvar

Ağsu dolaylarında təhlükəsizlik təmin edilib, yolda qalanlara kömək göstərilib FOTOLAR  

18:18
04 Yanvar

Myanmada Müstəqillik Günü münasibətilə 6100-dən çox məhbus azadlığa buraxılıb  

17:20
04 Yanvar

Qazaxıstan Səhiyyə Nazirliyi təhlükəli peyvəndlərlə bağlı yayılan məlumatları təkzib edib  

16:27
04 Yanvar

Kir Starmer ABŞ-ın Venesuelaya hücumunu qınamaqdan imtina edib  

15:28
04 Yanvar

Türkiyə dünyada ən çox yaşıllaşdırma aparan ilk 3 ölkə sırasında yer alır  

15:26
04 Yanvar

Şuşa şəhərindəki D 3 yaşayış massivində 10 çoxmənzilli bina inşa olunur

15:06
04 Yanvar

Fransa və Böyük Britaniya Suriyada İŞİD-ə qarşı birgə hava zərbələri endirib  

14:47
04 Yanvar

Türkiyənin hakim partiyası ABŞ-ın Venesueladakı hərəkətləri ilə razılaşmadığını bildirib  

14:46
04 Yanvar

Nikolas Maduronun işi üzrə ilk dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir  

14:27
04 Yanvar

Makron Venesuela xalqının “Maduronun diktaturasından azad olunmasını” alqışlayıb  

14:08
04 Yanvar

ABŞ neft şirkətlərindən Venesuelaya böyük investisiyalar qoymağı tələb edir

13:35
04 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, dağlarda şaxta olacaq

13:03
04 Yanvar

Füzulidə tikilən müasir səhiyyə ocağının növbəti il istifadəyə verilməsi planlaşdırılı

12:51
04 Yanvar

Peşə kursunda görmə məhdudiyyəti olanlara rəqəmsal bacarıqlar öyrədilir

12:37
04 Yanvar

Kolumbiya Prezidenti Donald Trampın xəbərdarlığına cavab verdi

12:28
04 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!