04 Yanvar 2026 13:03
578
CƏMİYYƏT
A- A+
Sabah hava əsasən yağmursuz keçəcək, dağlarda şaxta olacaq

Sabah hava əsasən yağmursuz keçəcək, dağlarda şaxta olacaq

Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° şaxta, dağlıq ərazilərdə 12°-dək şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Arabir duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz olacaq. Arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimal olunur.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz olacaq. Arabir duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-13° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 8-13° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimal olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Rusiya təxminən 6 min miqrantı ölkədən çıxaracaq

10:48
16 Aprel

Pentaqon: Kubada sadəcə bir sıra ehtiyat tədbirləri planlaşdırırıq

10:47
16 Aprel

Odessa raket və dron hücumuna məruz qalıb, azı 7 nəfər ölüb

09:47
16 Aprel

Mərkəzi Komandanlıq: Hörmüzdə ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb  

09:39
16 Aprel

"Azərenerji" və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

09:00
16 Aprel

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

08:55
16 Aprel

Milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi

08:50
16 Aprel

Ot kökü üstə bitər

08:45
16 Aprel

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

08:40
16 Aprel

Qardaş ölkə, strateji tərəfdaş

08:35
16 Aprel

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

Bakı qlobal əməkdaşlığın strategiyasını formalaşdırır

08:25
16 Aprel

İqtisadi inteqrasiya artdıqca etimad mühiti də güclənir

08:20
16 Aprel

Ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışı

08:15
16 Aprel

İnkişaf, yoxsa ideoloji girovluq

08:10
16 Aprel

Xəyanət şəbəkəsinin fiaskosu: Qarabağda nə sülhməramlı qaldı, nə də separatçı 

08:05
16 Aprel

Milli maraqları qətiyyətlə təmin edən lider

08:00
16 Aprel

Peskov: Rusiya Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmir

07:38
16 Aprel

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

07:37
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!