04 Yanvar 2026 15:06
334
CƏMİYYƏT
A- A+
Şuşa şəhərindəki D 3 yaşayış massivində 10 çoxmənzilli bina inşa olunur

Şuşa şəhərindəki D 3 yaşayış massivində 10 çoxmənzilli bina inşa olunur

Şuşa şəhəri quruculuq və inkişaf dövrünü yaşayır. Şəhərdə tarixi-mədəni irsin bərpası ilə yanaşı, infrastruktur layihələri də icra olunur, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün yeni yaşayış binaları inşa edilir. Şuşa şəhərində birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. İyirmi üç binadan ibarət bu yaşayış kompleksində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Hazırda isə D 3 və D 4 yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Rza Abdullayev AZƏRTAC-a bildirib ki, D 3 yaşayış massivində 17 çoxmənzilli yaşayış binasının inşa edilməsi nəzərdə tutulur. Birinci mərhələdə 10 binanın inşası davam etdirilir. İkinci mərhələdə daha 7 binanın inşasına müvafiq hazırlıq işlərinin yekunlaşmasından sonra start veriləcək. D 3 yaşayış massivində binalar 5 və 6 mərtəbədən ibarət olacaq. Birinci mərhələdə 381 mənzil, ikinci mərhələdə 127 mənzil nəzərdə tutulub. Mənzillər 2, 3, 4 və 5 otaqlı layihləndirilib. Hər binada lift və yeraltı avtodayanacaq mövcuddur. Yaşayış massivinin layihəsində binalar Şuşa şəhərinin memarlıq üslubuna görə dizayn olunub. Ərazidə uşaq oyun meydançaları, yaşıllıqlar və yağış sularının toplanması üçün süni göllər də layihələndirilib.

İnşaat işlərində yerli sakinlər də çalışırlar. Şuşadan olan Pərviz Vəliyev deyib: “Artıq bir ildir ki, ailəmlə birlikdə bura köçmüşük. Mənim üçün böyük qürurdur və fəxrdir ki, yaşayış binalarının tikintisində Şuşa sakini kimi mən də iştirak edirəm. Şuşanın qurulmasında mənim də əməyim var”.

Hazırda həm D 3, həm də D 4 yaşayış massivində inşa olunan binalarda dəmir-beton konstruksiyaların quraşdırılması sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

Dövlət Məşğulluq Agentliyi ötən il görülmüş işləri və builki hədəfləri açıqlayıb

17:31
27 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:01
27 Yanvar

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib  

16:38
27 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

16:37
27 Yanvar

Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir  

16:24
27 Yanvar

Azərbaycan və Vyetnamın statistika qurumları əməkdaşlığı genişləndirir

16:21
27 Yanvar

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

16:20
27 Yanvar

Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlığını möhkəmləndirib 

16:17
27 Yanvar

Ankarada Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşü olub

15:19
27 Yanvar

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərib  

14:52
27 Yanvar

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib  

14:30
27 Yanvar

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

14:28
27 Yanvar

Səfir: Antisemitizm köklü şəkildə aradan qaldırılmalıdır 

14:21
27 Yanvar

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır  

14:03
27 Yanvar

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

13:50
27 Yanvar

Masallıda şəhidlərin xatirəsi əziz tutulur

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!