04 Yanvar 2026 12:51
268
CƏMİYYƏT
A- A+
Füzulidə tikilən müasir səhiyyə ocağının növbəti il istifadəyə verilməsi planlaşdırılı

Füzulidə tikilən müasir səhiyyə ocağının növbəti il istifadəyə verilməsi planlaşdırılı

İşğaldan azad edildikdən sonra Füzuli şəhərində genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Uzun illər viran qalmış ərazilərdə bu gün yeni yaşayış massivləri, sosial infrastruktur obyektləri, yollar və mühüm əhəmiyyət daşıyan səhiyyə müəssisələri inşa olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən dirçələn Füzuli müasir şəhər konsepsiyası əsasında formalaşdırılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Füzuli Rayon Mərkəzi Xəstəxanasının tikintisidir.

Füzuli Rayon Mərkəzi Xəstəxanası layihəsinin sahə mühəndisi Elgün Nəcəfovun verdiyi məlumata görə, tikinti işlərinə 2025-ci ilin birinci rübündə başlanılıb və layihənin 2027-ci ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.

"Xəstəxananın ümumi sahəsi 4,5 hektardır. Kompleks bir əsas korpus və 6 köməkçi binadan ibarətdir. Əsas korpus zirzəmisi olan 2, 3 və 4 mərtəbəli binalardan təşkil olunacaq. Köməkçi binalar isə zirzəmisi olan 2–3 mərtəbəli tikililər və zirzəmisi olmayan birmərtəbəli binadan ibarətdir. Əsas korpusda 180 çarpayılıq stasionar şöbə, əməliyyat otaqları, poliklinika və təcili tibbi yardım mərkəzi fəaliyyət göstərəcək. Köməkçi binalarda isə ekspertiza şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, mətbəx-qazanxana, camaşırxana və infeksion şöbə yerləşəcək.

Xəstəxana ərazisində, həmçinin bir ədəd nasosxana, içməli su anbarı və yanğın əleyhinə su anbarının tikintisi də aparılır. Hazırda ərazidə dəmir-beton konstruksiya işləri tam yekunlaşıb, hörgü, suvaq və digər daxili işlər davam etdirilir. Tikinti işləri peşəkar heyət tərəfindən aparılır, istifadə olunan bütün materiallar dövlət norma və standartlarına uyğun olaraq seçilir, əvvəlcədən keyfiyyət yoxlamasından keçirildikdən sonra tətbiq olunur”, - deyə sahə mühəndisi bildirib.

Tikinti işlərində çalışanların əksər hissəsi də Füzuli sakinləridir. Nürəddin Nəsirov doğma torpaqlarda çalışmağın onun üçün qürur olduğunu deyir: "30 ilə yaxın həsrətində olduğumuz torpaqlara qayıtmaq böyük sevincdir. Bir an belə ümidimizi itirmədik. Artıq bir il yarımdır ki, Füzulidə yaşayıram və burada aparılan tikinti işlərində, doğma rayonumuzun yenidən qurulmasında iştirak edirəm. Bir Füzuli sakini olaraq bu işdə çalışmaq mənim üçün böyük qürur mənbəyidir.

Bu torpaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü Ordumuzun sayəsində azad olunub. Qəhrəman oğullarımız bu torpaqlar uğrunda canlarını fəda ediblər. Buna görə torpağımızın hər qarışı bizim üçün həm doğma, həm də müqəddəsdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün azad torpaqlarımız yenidən canlanır, dirçəlir. Hər yerdə tikinti və quruculuq işləri gedir. Mən də bir Füzuli sakini kimi burada çalışmaqdan fəxr edirəm", - deyə Nürəddin Nəsirov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün Türkiyənin külək enerjisi istehsalında rekord göstərici qeydə alınıb  

13:42
05 Yanvar

2026-cı ildə elektron cihazların qiymətləri bahalaşa bilər  

13:41
05 Yanvar

Azərbaycanda son beş ildə uşaqlara ən çox qoyulan adlar məlum olub

13:36
05 Yanvar

Sabah bəzi yerlərdə duman olacaq

13:33
05 Yanvar

Nazirlik: Azərbaycanda LED lampaların istifadəsi genişlənir  

13:31
05 Yanvar

Vətəndaşlar sərhədkeçmə məlumatlarına “mygov” platformasında baxa biləcəklər  

12:59
05 Yanvar

Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əbədidir

12:29
05 Yanvar

Şuşakənd ilk əsgərini qarşılayıb  

12:27
05 Yanvar

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı 30-dan çox kubalı həlak olub  

12:20
05 Yanvar

Azərbaycanlı gənc alim aerokosmik tədqiqatlar üzrə beynəlxalq reytinqdə üçüncü yerə layiq görülüb  

12:19
05 Yanvar

Media: Azərbaycanla əməkdaşlıq Aİ-ni geosiyasi böhranlara daha dayanıqlı edib  

11:45
05 Yanvar

2026 və 2027-ci illərdə neftin qiyməti necə dəyişəcək?  

11:38
05 Yanvar

TAP kəməri ilə Avropaya göndərilən Azərbaycan qazının həcmi açıqlanıb 

11:01
05 Yanvar

İki il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - BİRGƏ MƏLUMAT  

11:00
05 Yanvar

Yantszı çayı dünyanın ən işlək daxili su yolu olaraq qalır  

10:59
05 Yanvar

Dünya bazarında qızıl 89 dollaradək bahalaşıb  

10:58
05 Yanvar

Azad edilmiş ərazilərdə ötən il 1000 kilometrə yaxın fiber-optik magistral şəbəkə qurulub  

10:48
05 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:47
05 Yanvar

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

10:20
05 Yanvar

Tokayev: Dövlət idarəetmə sistemini şəxsi maraqlar naminə dəyişmək məsuliyyətsizlik olardı  

10:20
05 Yanvar

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq peşəkar şəkildə məşq edir  

10:18
05 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!