05 Yanvar 2026 13:31
266
CƏMİYYƏT
A- A+
Nazirlik: Azərbaycanda LED lampaların istifadəsi genişlənir  

Nazirlik: Azərbaycanda LED lampaların istifadəsi genişlənir  

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.

Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat (7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 vatt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14,4 manat təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 manata çatır.

Hesablamalara əsasən, 1 milyon ədəd 60 vatt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kilovat-saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4,86 milyon kilovat-saatdan 567 min kilovat-saata enə bilər. Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1 faiz) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir.

Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.

Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki, vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:01
27 Yanvar

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:00
27 Yanvar

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

01:59
27 Yanvar

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 330-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:58
27 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:58
27 Yanvar

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında"və"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:57
27 Yanvar

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

01:56
27 Yanvar

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:56
27 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:55
27 Yanvar

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

01:53
27 Yanvar

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə"nin təsdiqi və "Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:52
27 Yanvar

Türkiyə və Fransanın xarici işlər nazirləri regional məsələləri müzakirə edəcəklər  

23:33
26 Yanvar

NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz  

22:52
26 Yanvar

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib  

22:00
26 Yanvar

ABŞ-a yağan güclü qar səbəbindən ölənlərin sayı 18-ə çatıb  

20:59
26 Yanvar

SOCAR-ın prezidenti Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru ilə görüşüb  

20:43
26 Yanvar

Gideon Saar: İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir  

20:30
26 Yanvar

Ekspert: “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi xərclər və gəlirlərin real vaxtda idarə olunmasına imkan verəcək  

20:13
26 Yanvar

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı İnzibati Məhkəməsinin müraciəti əsasında qərardad qəbul edilib  

20:04
26 Yanvar

Azərbaycan-İsrail biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub 

19:54
26 Yanvar

Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb  

19:47
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!