02 Oktyabr 2024 18:51
1088
CƏMİYYƏT
A- A+
Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü gününə yekun vurulub

Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü gününə yekun vurulub

Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) üçüncü gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, tədbirin üçüncü gününün açılışında çıxış edən COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai yaşıl iqtisadiyyata təkcə iqtisadiyyatın deyil, insan kapitalının da keçidinin baş verməli olduğunu bildirib. Qeyd olunub ki, bərpaolunan enerji sahəsi təcrübə və bilik tələb edir. Onun sözlərinə görə, dayanıqlı ekologiya, yaşıl nəqliyyat sahələrinin hər birində insan kapitalının inkişafı vacibdir.

“Səriştələrin artırılması, təlimlərin təşkili üçün investisiyalar ayrılmalı, yatırımlar etməliyik. Bunu həyata keçirərkən hökumətlər, təhsil müəssisələri birlikdə əməkdaşlıq etməlidirlər ki, həm cari, həm də gələcək nəsillərin yaşıl iqtisadiyyat yönündəki tələblərini qarşılamaq mümkün olsun. Çalışmalıyıq ki, planetimiz və qlobal icma nəinki təhlükəsiz olsun, həm də gələcəkdə inkişaf etsin. Bu baxımdan iqlim davamlılığına qarşı Bakı Təşəbbüsü çərçivəsində bir çox fəaliyyətlər, o cümlədən hamı üçün “sıfır tullantı” və yaşıl gələcək sahəsində vacib işlər planlaşdırılır. Həmin işlərin həyata keçirilməsi üçün insanların, xüsusilə də gənclərin bilikləri, dünya görüşü və bu sahədəki təsirlərini artırmağa çalışmaq lazımdır. İnsan kapitalı bəşəriyyətin, planetin gələcəyi üçün COP29 Sədrliyi tərəfindən vacib vurğulanan prioritetlərdən biridir”, - deyə Nigar Arpadarai qeyd edib.

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaşıl iqtisadiyyata keçid dövründə vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsinin insan kapitalının inkişafı kontekstində dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Müasir dövrdə insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir. Beynəlxalq təşkilatlar tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə əksər inkişaf etmiş ölkələrdə milli sərvət strukturunda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Bu, özünü iqtisadiyyatda orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəlməsi kimi göstərir.

Eyni zamanda, sosial müdafiə sistemi insan kapitalının inkişaf meyillərini dəstəkləməyə hazır olmalıdır. Azərbaycan regional və qlobal səviyyədə mürəkkəb siyasi iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq, əhalinin sosial rifahının yüksəldilməsini ən əsas fəaliyyət olaraq müəyyən edib. 2018-ci ildən sonrakı dövrdə 4 milyon vətəndaşımızı əhatə edən, ümumi dəyəri 7 milyard manatdan artıq olan böyük sosial islahat paketləri həyata keçirilib. Həmin istiqamətdə yönəldilən illik maliyyə vəsaiti 4 milyard dollardan artıq olub. Prezident İlham Əliyevin son dövrlərdə verdiyi bəyanatlarda vurğuladığı kimi, sosialyönümlü siyasət davam edəcək. Növbəti ilin əvvəlində Azərbaycanda həm minimum əməkhaqqının, həm də minimum pensiyanın artırılmasına dair tapşırıqlar verilib. Növbəti ilin dövlət büdcəsində də həmin artımlar üçün müvafiq vəsait nəzərdə tutulacaq", - deyə nazir bildirib.

Daha sonra panel sessiyalar və dəyirmi masalar keçirilib.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Barnye hökumətinə etimadsızlıq

23:53
04 Oktyabr

Lukaşenko helikopterinə hücuma görə müharibə ilə hədələyib

23:52
04 Oktyabr

Həndbolçularımız Avropa Kuboku oyunlarına başlayır

23:35
04 Oktyabr

Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib

23:11
04 Oktyabr

Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb

23:02
04 Oktyabr

Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib

23:02
04 Oktyabr

Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir

22:08
04 Oktyabr

Cəbrayılda Şəhər Günü qeyd olunub

21:58
04 Oktyabr

Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

21:54
04 Oktyabr

Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur

21:10
04 Oktyabr

Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

20:57
04 Oktyabr

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib

20:50
04 Oktyabr

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

20:49
04 Oktyabr

ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?

20:27
04 Oktyabr

Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib

20:26
04 Oktyabr

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

20:23
04 Oktyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

20:19
04 Oktyabr

Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib

20:17
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

20:15
04 Oktyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

20:14
04 Oktyabr

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

19:51
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!