16 Mart 2024 08:00
21946
SİYASƏT
A- A+
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi

Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi

 

Prezident İlham ƏLİYEV: "Niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir"

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  (COP29) başlanacağı günə səkkiz aydan da az vaxt qalır.  Günlər keçdikcə  dünyanın nəzərləri  bu möhtəşəm tədbirə evsahibliyi edəcək  ölkəmizə daha çox yönəlir.    
Bir çox dövlət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasətçilərin, ekoloqların, digər sahələrin nümayəndələrinin söylədikləri deməyə əsas verir ki, dünya COP29-a hazırlıqda Azərbaycanı dəstəkləyir və bu qlobal  tədbirin yüksək səviyyədə keçiriləcəyinə böyük ümid bəsləyir. Bunu elə  paytaxtımızda yenicə işini başa çatdırmış "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının dilindən eşitmək də xoş idi. Məsələn, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin qeyd etdi ki, indi iqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Azərbaycan məhz belə bir vaxtda COP29-un ev sahibi  olacaq. Bakı Forumunda müzakirə olunan bir sıra məsələlər də  həmin tədbirə hazırlığı dəstəkləyir. 
BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder də sözügedən tədbirdəki  çıxışında COP29-un uğurla təşkil olunması istiqamətində Azərbaycanda görülən işləri yüksək dəyərləndirdiyini qeyd etdi: "Azərbaycanda keçiriləcək COP29 da qlobal miqyaslı, qeyri-adi əhəmiyyətə malik BMT tədbiridir. Biz BMT olaraq bu kimi tədbiri və ölkənizin bu sahədəki sədrliyini tam dəstəkləyirik".
Qay Rayder  bu  fikri  Prezident İlham Əliyev onu  qəbul edərkən də vurğuladı və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə və ölkəmizlə işləməyə hazır olduğunu dedi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus uzun illər ÜST-yə və onun məramına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Azərbaycana təşəkkürünü ifadə etdi və sonda  bildirdi: "Azərbaycan Hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a evsahibliyi məsələsində siz öz rəhbərlik keyfiyyətlərinizi göstərdiniz. Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam bir gününü ilk dəfə səhiyyəyə həsr etmiş Birləşmiş Ərəb Əmirliklərinin ənənələrinə uyğun olaraq COP29-un gündəliyində səhiyyənin mühüm yerdə qalmasını təmin etmək üçün Azərbaycanın sədrliyi ilə işləməyi səmimiyyətlə arzulayıram".
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə göndərdiyi məktub da bizə böyük dəstəkdən xəbər verir. Baş nazir Rişi Sunak Bakının  noyabrda COP29-a evsahibliyi edəcəyini,  bütün dünyanın nəzərinin  heç zaman olmadığı qədər Azərbaycana yönələcəyini xatırladaraq əmin olduğunu bildirir ki, ölkəmiz bu çağırışın öhdəsindən layiqincə gələcək və tədbir ənənəvi qonaqpərvərliyimizlə mükəmməl təşkil olunacaq.
Məktubda daha sonra deyilir: "Dubayda COP28 çərçivəsində keçirilmiş Qlobal Dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanda olacaqdır. Birlikdə biz mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas vəziyyətdə olan ölkələrin iqlim dəyişikliklərinə qarşı dözümlülüyünü gücləndirməyə davam etməliyik. Böyük Britaniya da neft və qaz istehsalçısı olan bir ölkə kimi, qlobal istiləşmənin 1,5 dərəcədə məhdudlaşdırılmasına dair Paris öhdəliyinə sadiq qalaraq, xalqlarımızın və planetimizin gələcəyinin təmin edilməsi üçün ədalətli enerji keçidi üçün kursun müəyyən edilməsinin zərurətini anlayır".
Latviyanın sabiq Prezidenti Egils Levits Bakının zəngin keçmişə malik şəhər olduğunu söyləyib. O deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Bakı Forumundakı çıxışında  COP29  ərəfəsində ölkəmizdə gedən işlərdən də bəhs edib: "Niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq "yaşıl keçid"lə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var. Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş-elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Biz 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq "yaşıl enerji" elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır".
COP29  nümayiş etdirməyə imkan verəcək ki, müstəqil yaşayan və heç  kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq: "Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var".
 Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP29-a hazırlıq işləri və tədbirin keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacaq.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!