Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib, Azərbaycan və Türkiyə ikitərəfli və çoxtərəfli gündəliyində duran aktual məsələlər, son regional inkişaflar fonunda fürsətlər və çağırışlar müzakirə olunub.
Görüşlər zamanı Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi və gələcəyə baxışı sayəsində Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətlərinin geniş əhatə dairəsi, çoxvektorlu xarakteri və zəngin məzmunundan məmnunluq ifadə olunub.
Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, hərbi-müdafiə, humanitar və digər istiqamətlər üzrə dövlət və hökumət qurumlarımız arasında əməkdaşlığın müsbət dinamikası qeyd olunub.
İkitərəfli müttəfiqliyimiz fonunda ölkələrimizin Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Özbəkistan kimi üçtərəfli, Azərbaycan-Türkiyə-Gürcüstan-Qazaxıstan dördtərəfli əməkdaşlıq formatları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib.
BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Türkiyə tərəfdaşlığının həqiqi müttəfiqlik nümunəsi olduğu vurğulanıb.
Türk Dövlətləri Təşkilatında müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi, əhəmiyyətli qərarların qəbulu xüsusunda Azərbaycan və Türkiyənin bu təşkilata verdiyi əhəmiyyət və bu məqsədlə həyata keçirdiyi əməkdaşlıqdan danışılıb.
Azərbaycanın tamhüquqlu üzv kimi inkişaf etməkdə olan ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması prosesində Türkiyənin Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib.
Eyni zamanda, 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 beynəlxalq iqlim konfransında qardaş Türkiyənin dövlət başçısı səviyyəsində geniştərkibli və fəal iştirakı minnətdarlıqla xatırlanıb.
İqtisadiyyat, ticarət və investisiya ölçüləri üzrə Azərbaycan və Türkiyənin əlaqələrinin böyük məsafə qət etdiyi və nümunəvi xarakter daşıdığı ifadə olunub.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrinin Azərbaycanın və Türkiyənin iqtisadi əməkdaşlığında aparıcı rol oynadığı bildirilib.
Bu kimi layihələrdən qaynaqlanaraq ikitərəfli ticarət və qarşılıqlı investisiyalarımızın müsbət dinamikasından bəhs olunub, azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı məmnunluqla xatırlanıb.
Mövcud iqtisadi tərəfdaşlığımızdan daha çox faydalanmaq və onun yeni hərəkətverici elementlərlə zənginləşdirmək xüsusunda həmfikirlik ifadə olunub. Nəqliyyat-logistika, kommunikasiya və eləcə də təmiz enerji resurslarının istehsalı, tranziti və ixracı istiqamətində həyata keçirilən birgə fəaliyyətlər və müvafiq layihələr barədə fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında humanitar, o cümlədən turizm, səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində təmaslar, mübadilələr və işbirliyinə toxunularaq, eyni millətə, eyni dilə və eyni dinə bağlı olan xalqlarımız arasındakı körpülərin dövlətlərarası münasibətlərimizi sarsılmaz və əbədi etdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzərində aparılan danışıqların hazırkı mərhələsi barədə məlumat verib. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının qalmasının, həm iqtidar, həm də müxalifət qüvvələrində revanşizm əhvali-ruhiyyəsinin hökm sürməsinin və bu ölkənin sürətlə silahlanmasının sülh prosesinin irəliyə aparılmasına zərbə vurduğunu diqqətə çatdırıb.
Suriyada baş verən son inkişaflar fonunda qardaş Türkiyənin müsbət rolundan bəhs olunub, Suriyadakı yenidənqurma fəaliyyətlərində ölkələrimizin müştərək iştirak imkanları nəzərdən keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər, media nümayəndələrinin suallarını cavablandırıblar.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 may tarixli 2834 nömrəli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
"Yazın Şanslı Sığortası" tirajlı
Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib
Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir
İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir
Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var
Cəbrayılda əmək yarmarkası keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər
XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!