08 Oktyabr 2026 16:34
173
SİYASƏT
A- A+
Azərbaycanın bərqərar etdiyi sabitlik  

Azərbaycanın bərqərar etdiyi sabitlik  


Müasir dünyanın siyasi mənzərəsi getdikcə daha mürəkkəb xarakter alır. Ayrı-ayrı regionlarda davam edən müharibələr, silahlı qarşıdurmalar, dövlətlərarası gərginliklər, terror təhlükəsi, kiberhücumlar, informasiya müharibələri və xarici müdaxilə cəhdləri təhlükəsizlik anlayışının sərhədlərini xeyli genişləndirib. Bu gün təhlükəsizlik artıq yalnız dövlət sərhədlərinin qorunması və hərbi təhdidlərin qarşısının alınması demək deyil. İctimai-siyasi sabitlik, insanların gündəlik həyatını əmin-amanlıq şəraitində davam etdirməsi, informasiya və ideoloji məkanın qorunması da milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan sabitliyin və təhlükəsizliyin təmin olunduğu ölkələrdən biri kimi seçilir.

Azərbaycanın yerləşdiyi coğrafiyaya nəzər saldıqda bu sabitliyin əhəmiyyəti daha aydın görünür. Ölkəmiz mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi regionda yerləşir. Yaxın və daha geniş coğrafiyada müharibələr davam edir, qarşıdurmalar yeni mərhələlərə keçir. Bir vaxtlar təhlükəsiz hesab edilən ölkələrdə belə sabaha dair ciddi narahatlıqlar yaranır. Azərbaycan vətəndaşı isə bütün bu proseslərin fonunda təhlükəsiz və əmin-amanlıq şəraitində gündəlik həyatını davam etdirir. Ölkəmizdəki ictimai-siyasi sabitlik və dayanıqlı təhlükəsizlik sistemi dünyanın təqdir etdiyi reallıqdır.

Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra bu sabitlik daha da möhkəmlənib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə ölkənin təhlükəsizliyi baxımından təhdidləri aradan qaldırıb. Otuz ilə yaxın davam edən işğal təkcə torpaqlarımızın zəbt edilməsi deyildi, eyni zamanda ölkəmizin təhlükəsizlik mühitinə təhdid yaradan vəziyyət idi. Bu baxımdan, rəşadətli ordumuzun qazandığı Zəfər yalnız işğala son qoyulması ilə yox, həm də sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı oldu.

Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Azərbaycanda mövcud təhlükəsizlik mühitinə də diqqət çəkərək, ölkənin üzləşdiyi risklərin əsasən xarici amillərlə bağlı olduğunu qeyd etdi: “Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır”.

Dünyada risklərin xarakteri dəyişdikcə dövlətin onları qabaqlamaq imkanları da gücləndirilməlidir. Azərbaycanın son illərdə təhlükəsizlik sahəsində atdığı addımlar da məhz bu prinsipə əsaslanır. Dövlət sərhədlərinin müasir texnologiyalar vasitəsilə qorunması, müdafiə imkanlarının artırılması, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mümkün xarici təhdidlərə qarşı etibarlı müdafiə mexanizmi yaradıb.

Azərbaycan gücləndikcə və beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan müstəqil siyasət apardıqca ölkəmizə qarşı müxtəlif təzyiq cəhdlərinin meydana çıxması da istisna edilmir. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq deyib: “Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək”.

Müasir dövrdə informasiya və ideoloji təsirlər də sərhəd tanımır. İnternet, sosial şəbəkələr və süni intellekt texnologiyalarının sürətli inkişafı informasiyanın saniyələr ərzində milyonlarla insana çatmasına imkan verir. Bu imkan inkişaf və maariflənmə vasitəsi olduğu kimi, məqsədli dezinformasiya, saxta xəbərlər, manipulyasiya və cəmiyyət daxilində etimadsızlıq yaratmaq üçün də istifadə oluna bilər. Kiberhücumların miqyasının genişlənməsi isə təhlükəsizliyin artıq virtual məkanda da təmin edilməsini zəruri edir. Bu mübarizənin ən təsirli vasitələrindən biri savadlı cəmiyyətin formalaşdırılmasıdır. Bu amilin əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev qeyd edib: “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.

Təhsil bu mənada yalnız bilik əldə etmək vasitəsi deyil, eyni zamanda cəmiyyətin informasiya təhlükələrinə qarşı müqavimət qabiliyyətini formalaşdıran mühüm amildir. Hadisələri təhlil etməyi, doğru məlumatı saxta informasiyadan ayırmağı bacaran insanı manipulyasiya etmək mümkün deyil. Xüsusilə gənc nəslin milli tarixə, dövlətçilik ənənələrinə, ölkənin keçdiyi inkişaf yoluna dərindən bələd olması ideoloji təhlükəsizliyin təminatlarından biridir.

Vətən müharibəsi xalqımızın milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Müharibənin ən ağır günlərində xalqımızın ümumi məqsəd ətrafında səfərbər olması milli həmrəyliyin nə qədər böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Dünyanın müxtəlif bölgələrində gedən müharibələrdə tərəflərin arxasında ayrı-ayrı böyük dövlətlərin və siyasi-hərbi blokların dayandığı bir şəraitdə Azərbaycan torpaqlarını məhz öz gücü, iradəsi hesabına azad etdi. Bu tarixi Zəfər xalqımızda milli qürur, özünəinam və dövlətçilik duyğusunu daha da gücləndirdi. Bu da onu göstərir ki, cəmiyyətin milli dəyərlər ətrafında birləşməsi, yad təsirlərə qarşı ayıq və prinsipial mövqe nümayiş etdirməsi ölkənin ideoloji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Ali Baş Komandanın “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər” fikirləri də Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir.

Dünyada müharibələrin, qarşıdurmaların və geosiyasi rəqabətin dərinləşdiyi bir şəraitdə Azərbaycanın sabitlik və əmin-amanlıq şəraitində yaşaması dövlət və xalq olaraq böyük uğurumuzdur. Bu, həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, xalq-dövlət birliyinin və milli gücə əsaslanan inkişaf strategiyasının nəticəsidir. Vətən müharibəsində qazanılan Zəfər isə bu təməlləri daha da möhkəmləndirərək Azərbaycanın təhlükəsizlik mühitini yeni mərhələyə yüksəldib. Qarşıdakı dövrdə əsas hədəf əldə olunan bu nailiyyətləri qorumaq, milli həmrəyliyi daha da gücləndirmək və ölkənin təhlükəsiz, sabit və dayanıqlı inkişafını təmin etməkdir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-dən uşaqlarda piylənmə ilə bağlı həyəcan təbili  

16:49
08 Oktyabr

İki qardaş xalqın Xəzərdən keçən yolu  

16:44
08 Oktyabr

Azərbaycanın bərqərar etdiyi sabitlik  

16:34
08 Oktyabr

İtkin talelər, gecikən beynəlxalq ədalət   

16:13
08 Oktyabr

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər  

16:10
08 Oktyabr

“ChatGPT” daha vizual olur: “OpenAI” yeni funksiyanı təqdim edib  

16:04
08 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasında hərbi güc amili   

15:51
08 Oktyabr

Avropanın kosmos hədəfləri müzakirə olunub  

15:47
08 Oktyabr

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

15:32
08 Oktyabr

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

15:23
08 Oktyabr

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

15:11
08 Oktyabr

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb  

15:01
08 Oktyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

14:42
08 Oktyabr

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

14:21
08 Oktyabr

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

14:16
08 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub  

14:11
08 Oktyabr

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

14:02
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

13:51
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır  

13:42
08 Oktyabr

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

13:40
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!