07 İyun 2024 08:00
1351
SİYASƏT
A- A+
Azərbaycanı dünyaya tanıdan əməkdaşlıq platforması

Azərbaycanı dünyaya tanıdan əməkdaşlıq platforması

 

Bakı Enerji Həftəsi enerji sektorunda yeni əlaqələrin inkişafına xidmət edən tədbirlərlə əlamətdar oldu

 

Bu həftə paytaxtımız növbəti mötəbər beynəlxalq tədbirə - Bakı Enerji Həftəsinə evsahibliyi etdi. 
4-6 iyunda keçirilən, həmişə olduğu kimi, enerji sahəsində mühüm hadisəyə çevrilən Bakı Enerji Həftəsi bir daha Azərbaycanın enerji diplomatiyasının təntənəsinə çevrildi. 
37 ölkədən 300-dək şirkətin iştirakı Bakı Enerji Həftəsinin qlobal miqyasda qəbul edilən,  enerji sahəsində yeni əməkdaşlıqlara yol açan bir tədbir olduğunu göstərdi. 

 

Diqqət Azərbaycanın uğurlarına yönəldi

 

Bakı Enerji Həftəsinin qlobal miqyasda aktuallığını artıran əsas məqamlardan biri özündə bir neçə tədbiri birləşdirməsidir.   Belə ki, bu tədbir çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin, Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisinin və Bakı Enerji Forumunun keçirilməsi Bakı Enerji Həftəsinə olan qlobal marağı daha da artırırdı. 
Təsadüfi deyil ki, bu tədbir çərçivəsində təşkil olunan sərgilər şirkətlərə öz məhsullarını nümayiş etdirmək üçün əla fürsət yaratdı. 600-dən çox nümayəndənin iştirak etdiyi Bakı Enerji Forumunda isə həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə oldu.
1994-cü ildən bəri hər il keçirilməklə ənənə halını alan bu tədbir enerji sənayesində çalışan şirkətləri və onların liderlərini bir araya gətirir. Artıq 30 ildir ki, bu tədbir enerji sahəsində aparıcı şirkətlərin təmsilçilərinin görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanıb. Ən əsası isə bütün dünyanın diqqətini Azərbaycana, onun uğurlarına yönəldir. 
Budəfəki sərgidə Azərbaycanla yanaşı, enerji sahəsində fəaliyyət göstərən şirkətləri ilə tanınan ABŞ, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Almaniya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Türkiyə, Yaponiya kimi dövlətlərin şirkətləri iştirak edirdilər.  Prezident İlham Əliyevin tədbirin açılış mərasimində iştirakı və çıxışı, o cümlədən müxtəlif dövlət başçılarının təbrik məktubları Bakı Enerji Həftəsinin yüksək, həm də qlobal statusunu təsdiq edir.

 

İlham ƏLİYEV: "Sözümüz imzamız qədər dəyərlidir"

 

Bakı Enerji Həftəsinin əsas hadisəsi Prezident İlham Əliyevin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı oldu. 1994-cü ildə I Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən və "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanın neft-qaz sənayesindəki uğurlarına diqqət çəkən Prezident İlham Əliyev bütün bunların iqtisadiyyatımıza bir nəfəs verdiyini, eyni zamanda vaxtilə təbii qazı idxal edən ölkəmizin indi onu ixrac etdiyini bildirdi. Eyni zamanda dövlət başçısı bir neçə ay bundan öncə keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantısında Azərbaycanın ümum-avropa qaz təchizatçısı adlandırılmasının həqiqət olduğunu dedi. Bəli, bu gün 6-sı Avropa ölkəsi olmaqla, 8 ölkə Azərbaycandan təbii qaz alır. Bu il isə Azərbaycanın təbii qaz ixracı 24 milyard kubmetrdən artıq olacaq. 
Əlbəttə ki, Azərbaycan hər bir sahədə olduğu kimi, energi təhlükəsizliyi ilə bağlı məsələlərdə də etibarlı tərəfdaş olduğunu sübut edib. Bu barədə danışan Prezident İlham Əliyev bəyan etdi ki, bizim sözümüz imzamız qədər dəyərlidir: "İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub". 

 

Azərbaycanda "yaşıl enerji"yə keçid sürətli və uğurludur

 

Artıq uzun müddətdir ki, Bakı Enerji Həftəsinin əsas mövzularından biri "yaşıl enerji"dir. Belə ki, ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan "yaşıl enerji" istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Tədbir çərçivəsində təşkil olunan Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olur. Budəfəki sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş edildi. 
Azərbaycan neft-qaz sahəsində böyük uğurlar əldə etdiyi kimi, həm də bu sahədə irəliyə doğru baxan, yeni çağırışları reallaşdıran ölkədir. Bu baxımdan ölkəmizdə "yaşıl enerji" ilə bağlı çağırışların sürətlə reallaşması, başqa cür desək, bərpaolunan enerjiyə keçidin uğurlu olması bir daha Azərbaycanın mütərəqqi enerji siyasətindən xəbər verir. Bu məsələ "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb. 2030-cu ilədək olan dövrdə "yaşıl artım" ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Eləcə də işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı mühüm vəzifələr qarşıya qoyulub.  
Sərgilərin rəsmi açılış mərasimində ölkəmizdə bu istiqamətdə görülən işlərə toxunan Prezident İlham Əliyev artıq ötən il "Masdar" şirkəti tərəfindən 230 meqavat gücündə günəş-elektrik stansiyasının istifadəyə verildiyini, hazırda bu sahədə iki layihənin işlənilməkdə olduğunu və Azərbaycanın bərpaolunan enerji potensialının 2 qiqavata yaxın olacağını bildirdi. Bura isə təkcə günəş və külək enerjisi daxildir. Bundan başqa, indiyədək işğaldan azad edilmiş ərazilərimizdə 
270 meqavat həcmində hidroelektrik stansiyalar da istifadəyə verilib. 
Bütövlükdə, Bakı Enerji Həftəsi maraqlı tədbirlərlə yadda qaldı. Keçirilmiş sərgilər və forum enerji sahəsində tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcək, səmərəli işgüzar əlaqələrin qurulmasına gətirib çıxaracaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!