29 Yanvar 2019 01:11
1567
Sərəncamlar
A- A+
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir və bu istiqamətdə işlər uğurla davam etdirilir. 1997-2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 35,0 (otuz beş) milyon manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sarıcalı kəndinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər

15:18
28 Mart

Türkiyə və Rusiya prezidentləri son regional hadisələri müzakirə ediblər

15:02
28 Mart

Ağdama həyat qayıdır - Sarıcalı kəndinə birinci mərhələdə 203 ailə köçürüləcək

14:30
28 Mart

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim edilib

14:11
28 Mart

Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü ilə Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil olunub

13:41
28 Mart

Dünya Bankı Azərbaycanın enerji infrastrukturunun genişləndirilməsinə 173,5 milyon dollar kredit ayırıb

13:22
28 Mart

Sabah bölgələrdə hava əsasən yağmursuz keçəcək

12:51
28 Mart

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb

12:17
28 Mart

Keçmiş məcburi köçkünlər xoşbəxt həyatlarına qovuşurlar 

11:32
28 Mart

Azərbaycan neftinin qiymətində cüzi enmə var

10:51
28 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:19
28 Mart

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qürurla qeyd edirlər

09:16
28 Mart

Türkiyə və Somali liderləri arasında Ankarada danışıqlar aparılıb

22:41
27 Mart

Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb  

21:51
27 Mart

Zelenski müttəfiqlərin hərbi kontingentinin Ukraynaya göndərilməsi şərtlərini açıqlayıb

20:38
27 Mart

Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ 300-dən çox aztəminatlı ailəyə yardım edib

19:58
27 Mart

Britaniyada yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb

19:37
27 Mart

Almaniya və Avstriyanın daxili işlər nazirlərinin Suriyaya səfəri terror təhlükəsi ilə əlaqədar ləğv edilib

19:24
27 Mart

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

19:01
27 Mart

Martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub

18:27
27 Mart

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

17:44
27 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!